“Məqsədimiz daha çox gənci əhatə etmək,
ideyalarımızı evlərinə qədər
daşımaqdır”
MÜSAHİBİMİZ GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİNİN GƏNCƏ REGİONAL OFİSİNİN RƏHBƏRİ AYGÜN HƏSƏNZADƏDİR
Mərkəzinə gəlişiniz barədə bir qədər məlumat verərdiz.
- Gənclər üçün
Təhsil Mərkəzi
ilə qiyabi tanışlığım 10 ildən
artıqdır. O vaxt Mərkəzə rəhbərlik
edən şəxslərlə
işgüzar münasibətlərimiz
formalaşırdı. Mərkəzin fəallığı mənim
xüsusi marağımda
idi. Düşünürdüm ki, dəvət
olarsa, bu Mərkəzdə aparıcı
vəzifə tutmaq istəyərəm. Daha
sonra elə alındı ki, Gəncə şəhərində qadın
təşkilatlarının birində beynəlxalq bir layihədə koordinator vəzifəsində
çalışmağa başladım.
Eyni zamanda Samux rayonunda
gənclərin təşəbbüs
qrupunun təsisçisi
oldum. Bunları və qərb
regionunda ictimai fəal gənc olduğumu nəzərə
alaraq, Gənclər üçün Təhsil
Mərkəzinin rəhbərliyi
məni əməkdaşlığa
dəvət etdi.
Beləcə qısa müddət
ərzində Mərkəzin
Gəncə Regional Ofisinin
rəhbəri vəzifəsinə
təyin olundum. Bu mənim üçün
böyük etimad və şəxsi inkişafım üçün
əvəzedilməz fürsət
idi. Mən də artıq ölkəmizdə xüsusi
dəsti-xətti olan təşkilatın - GTM ailəsinin
bir üzvü olmaqdan yalnız fəxr
edirəm. Bir aydan sonra Gəncə
Regional Ofisinin rəhbəri
olmağımdan 2 il müddət ötəcək.
- Regionda işləmək və bu işə
cavabdeh olmaq çətin deyil?
- İlk növbədə
gərək öz məsuliyyətini dərk
edəsən. Əgər məsuliyyətli, sadiq, işgüzar və öyrənməyə
meylli insansa sənin üçün heç bir çətinlik olmayacaq.
Sənə göstərilən doğru yolla hərəkət etmək
lazımdır.
- Ötən il
Gənclər üçün
Təhsil Mərkəzinin
fəaliyyətə başlamasının
15 ili tamam oldu. Sizin rəhbərlik
etdiyiniz Ofisin bu təşkilatın uğurlarında nə kimi payı oldu?
- Mərkəz sözün əsl mənasında 15 il şərəfli
bir yol keçdi.
Bu illər ərzində
Mərkəz gənclərdə
Vətənə məhəbbət
hissi, elmə, təhsilə, yaradıcılığa
maraq oyatdı, gənclərin istəklərinə
cavab olaraq, çoxlu sayda proqram və layihələr reallaşdırdı.
Təbii
ki, Gəncə
Regional Ofisinin də Mərkəzin uğurlarında
rolu az
deyildir. Məndən öncə bu
Ofisə rəhbərlik
edən insanların da ciddi xidmətləri
olub və bunlar danılmazdır.
Həmin
ənənəyə sadiq
qalaraq, yenilənmiş
komanda ilə biz artıq 2 ildir ki, gənclərə xidmət edirik. Gənclərin maraqlarını özündə ehtiva edən layihələr reallaşdırırıq.
Bu gün Mərkəzin
regional ofisləri çoxdur
və onların hər birinin fəaliyyət göstərdiyi
ərazilərin özünəməxsus
xüsusiyyətləri var. Bizim fəaliyyət göstərdiyimiz ərazilərdəki
gənclərin marağında
olan layihə digər ofislərin əhatə etdiyi gənclərin marağında
olmaya bilər. Buna görə biz ilk növbədə
gənclərimizin istəklərini
öyrənməyə, onların
təşəbbüslərinin gerçəkləşməsinə çalışırıq. Elə bu səbəbdən də ətrafımıza
xeyli gənc toplaya bilmişik.
Biz uğurumuzu və Mərkəzdəki payımızı
layihələrimizin keyfiyyətində,
ətrafımızda olan
gənclərin fəallığında,
təşəbbüskarlığında,
sadiqliyində, fəaliyyət
göstərdiyimiz ərazilərdə
tanınmağımızda, oradakı dövlət və özəl qurumlarla sıx əməkdaşlığın qurulmasında, uzunmüddətli
layihələrimizin mövcudluğunda və s. görürük. Amma bunların
heç biri bizə əsas vermir ki, görülən
işlərlə kifayətlənək.
Biz daha çox
gənci əhatə etmək, onların hər birinin kəndinə, məhəlləsinə,
hətta evlərinə
qədər öz ideyalarımızı daşımaq
istəyirik. Bizim qarşımıza
qoyulan vəzifə budur.
- Bugünkü gənclərin
gələcəyə baxışı
necədir?
- Gənclər təşkilatlarına
fəal gənclərdən
əlavə cəmiyyətdə
özünə yer tapmaqda çətinlik çəkən, nitq qabiliyyəti zəif olan, öz bilik
və bacarığını
tam ifadə edə bilməyən gənclər
də qoşulur. İlk başda, onlar fəal olmağa tərəddüd edirlər.
Ancaq təşkilatın
peşəkar nümayənədləri,
təlimçiləri bu
gəncləri fəallaşdırmaq
üçün onlarla
fərdi inkişaf, nitq mədəniyyəti, liderlik və digər
mövzularda təlimlər
təşkil edirlər.
Beləliklə, gənclər tədricən
yeni bacarıqlar əldə edir, maariflənir və cəmiyyətə öz töhvələrini verirlər.
Eyni zamanda təşkilatın
fəal simalarına çevrilirlər. Gənclərlə hər gün
təmasdayam. Onların problemləri,
arzuları ilə yaxından tanışam. Gənclər daha çox fəallıq nümayiş
etdirmək üçün
hər zaman səmimi
bir aura, imkan və şərait görmək istəyirlər.
Təkcə ölkəmizdə deyil, xarici tədbirlərdə
iştirak etmək, ölkəmizi paytaxt gəncləri kimi layiqincə təmsil etmək istəyirlər.
- Benefisiarlarınız Gənclər üçün
Təhsil Mərkəzindən
nə kimi xeyir əldə edirlər?
- Biz ölkənin bir çox regionunda uğurlu fəaliyyət göstəririk. Biz peşəkar kadrlar hazırlayırıq, minlərlə fəal gənc yetişdiririk. Verdiyimiz rəylərlə kadrlarımız müxtəlif dövlət və qeyri dövlət təşkilatlarında işə götürülürlər.
Hər il yüzlərlə yaradıcı gənci tapıb, üzə çıxarırıq. Onları cəmiyyətə tanıdırıq. Xeyli sayda gənc üçün müxtəlif təlimlər təşkil edilir, biliklər verilir. Yüzlərlə gənc peşə bacarıqlarına yiyələnir və s.GTM bir imicdir.Bizimlə əməkdaşlıq, tədbirlərimizdə iştirak benefisiarlarımızın qazandığı faydadır.
- Son olaraq, rəhbərlik etdiyiniz qurumun gələcək planları haqqında danışardız.
- Bilirsiniz, Gəncə “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilib. Buna görə biz bu il daha çox gücümüzü bu işə səfərbər edəcəyik. Çünki Gəncə Avropa gənclərinin diqqət mərkəzində olacaqdır. Bu isə Gəncənin timsalında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına əlverişli imkan yaradacaqdır. Hər bir təşkilat kimi biz də bu işdə öz töhfəmizi əsirgəməməliyik.
Təbii ki, göstərilənlərlə yanaşı digər istiqamətlərdə də fəaliyyətlərimizi davam etdirəcəyik. Paralel olaraq, əhatə etdiyimiz digər rayon və şəhərlərin gəncləri ilə ardıcıl işlər aparılacaqdır. Hədəfimiz fəaliyyət göstərmədiyimiz regionlarda yeni ofislər açmaq, inkişaf etmiş, təhsilli gənclər ordusunun sayını artırmaq, vətənimizə, dövlətimizə layiqli gənclər yetişdirməkdir.
Samirə
QULİYEVA
525-ci qəzet.- 2016.- 12 mart.- S.6