Cakartada Azərbaycan haqqında təqdimat maraqla qarşılanıb

 

Martın 10-da Cakartada fəaliyyət göstərənBeynəlxalq Qadınlar Klubu”nun binasında ölkəmizin İndoneziyadakı səfirliyi tərəfindən Azərbaycan mədəniyyəti haqqında təqdimat keçirilib.

 

1950-ci ildə təsis edilən mahiyyətinə görə qeyri-siyasi qeyri-kommersiya təşkilatı olan bu qurum Cakartada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları qadın rəhbərləri daxil olmaqla, müxtəlif sosial statusa malik minlərlə qadını birləşdirir. Təşkilat tərəfindən müxtəlif sosial yönümlü tədbirlər, o cümlədən, illik xeyriyyə yarmarkaları təşkil olunur.

 

Cakartada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımlarının, klubun üzvlərinin, eləcə yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın mədəniyyətini, maddi-mənəvi irsini, incəsənətini adət-ənənələrimizi əks etdirən video nümayiş etdirilib, ölkəmizin sürətli inkişafı, xüsusən humanitar sosial sahədə, o cümlədən, səhiyyə, mədəniyyət, idmanda əldə edilən uğurlar barədə məlumat verilib. Bu nailiyyətlərin qazanılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu vurğulanıb, o cümlədən, Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm xarici ölkələrdə fəaliyyəti barədə dolğun məlumatlar çatdırılıb. Bildirilib ki, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin idmanın inkişafında məhsuldar fəaliyyətinə, beynəlxalq miqyasda Azərbaycan xalqının mədəni irsinin geniş təbliğinə “Bakı-2015” ilk Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ali mükafatıHeydər Əliyev Ordeniilə təltif edilən Mehriban xanım Əliyeva digər ölkələrin beynəlxalq təşkilatların da ali orden mükafatlarına layiq görülüb.

 

Ölkəmizin mədəniyyəti incəsənəti haqqında müxtəlif vəsaitlər, o cümlədən, “İrsjurnalının İndoneziya dilində nəşr olunan buraxılışları tədbir iştirakçılarına paylanıb.

 

Tədbirdə, həmçinin 2016-cı il aprelin 25-27-də Bakıda keçirilməsi planlaşdırılan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna həsr olunmuş təşviqi videoçarx da nümayiş etdirilib.

 

Sonda Azərbaycanın milli mətbəxinin nümunələri iştirakçılara təqdim olunub.

 

525-ci qəzet.- 2016.- 12 mart.- S.13