“Azərbaycan xalçalarının
açılmamış sirləri”
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şakir Qabıssanlının “Azərbaycan
xalçalarının açılmamış
sirləri” adlı kitabı nəşr olunub. Kitabın redaktorları Mustafa Çəmənli və Sevinc Nuruqızıdır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
kitabda dünyaya məlum olmayan, lakin dünyamızda olan sirli aləmlərə
yeni qapılar açılır. Xalçalar və
xalça işarələri
dünyanın 17 ölkəsində
olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamıza sanki mənəvi yollar açır.
Kitabda Nuh tufanının danılmaz
arqumentləri, “Zənd-Əvəsta”
(“Avesta”) ilə vəhdətdə İbrahim
peyğəmbərin ilkin
dini əlamətləri
fəlsəfi ideoloji tənlikdə oxuculara çatdırılır. Sonda rəqəmlərin,
xətlərin müqəddəsliyindən
doğulan məna-mahiyyətləri
işıqlandırmaqla dünyanın
yaranma əlamətləri
xüsusi sistemlə oxuculara çatdırılır.
Kitabda xalçaçılıq sənətinin
ilmələrində gizlənən
şifrlər müəllif
tərəfindən açılır.
“Təhsil” nəşriyyatında
yüksək poliqrafik
keyfiyyətlə çap
edilmiş kitab nazirliyin tabeçiliyində
olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
525-ci qəzet.-
2016.- 12 mart.- S.12