Səməd Vurğunun
ev-muzeyində ədəbi-bədii kompozisiya
Martın
10-da Xalq şairi Səməd Vurğunun ev-muzeyində AYTAM uşaqların
mədəni maarifləndirilməsi
İctimai Birliyinin
(İB) təşəbbüsü ilə “Vətənimizi və dilimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiya
təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə muzeyin foyesində şagirdlərin
rəsmlərindən ibarət
sərgiyə baxıblar.
Muzeyin əməkdaşı
Səidə Abdullayevanın
“Səməd Vurğun
yaradıcılığında vətənpərvərlik” mövzusunda
məruzəsi dinlənilib.
Tədbirdə İB-nin sədri
Aygün Zamanlı, tarix üzrə fəlsəfə doktoru Məhəmməd Teymurlu,
şair-publisistlər Rauf
İlyasoğlu, Z.D.Qayalı
və başqaları
Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi
S.Vurğunun və bu ocağın yetirdiyi böyük qələm sahibləri - Yusif və Vaqif
Səmədoğluların əvəzsiz xidmətlərindən
danışıb, onların
yetişməkdə olan
gənc nəslin vətənpərvər ruhda
böyüməsi üçün
qoyub getdikləri qiymətli ədəbi irsdən söhbət açıblar.
Sonra Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbinin fortepiano sinfinin
və Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin şagirdlərinin
ifasında Səməd
Vurğunun və Vaqif Səmədoğlunun
Vətənə, ana dilimizə həsr etdikləri şeirlər əsasında hazırlanmış
“Vətənimizi və
dilimizi qoruyaq!” mövzusunda ədəbi-bədii
kompozisiya təqdim olunub.
Sonda ev-muzeyinin
direktoru Nüşabə
Vəkilova şagirdlərə,
müəllimlərə minnətdarlığını
bildirib. Vurğun ocağında hər
zaman, ənənəvi
olaraq böyüməkdə
olan gənc nəslə diqqət və qayğı olduğunu və bu ənənənin davam etdiyini vurğulayıb.
Fərqlənən şagirdlərə, İctimai Birliyin üzvlərinə
Vaqif Səmədoğlunun kitabları təqdim
edilib.
525-ci qəzet.-
2016.- 12 mart.- S.13