Xatırlamaq da gözəldir,
xatırlanmaq da...
Bəşər tarixi boyunca adına nəğmələr
qoşulan, böyük
əsərlər yazılan,
adı hər zaman hörmət və ehtiramla çəkilən qadınlarsız
dünyanı təsəvvür
etmək mümkün
deyil.
Qadın həyat ağacıdır
və bu ağacın çətirinin
altında zalıma, zülümə yer yoxdur. Onun günəş kimi
hərarətli ürəyi
dilinə, dininə, rənginə fərq qoymadan hər kəsə sevgi ilə qucaq açmaq üçün
insanları dostluğa,
həmrəyliyə, sülhə
səsləyir.
Çünki qadın həm də Anadır. Analar isə dünyanın adları ilə birgə çəkilən
cənnətə çevrilməsi
üçün silahların
susmasını, insanlara
ölüm bəxş
edən müharibələrin
sona çatmasını
arzulayarlar həmişə...
Azərbaycan qadını da dünyada sülhün, əmin-amanlığın carçısıdır. Çünki
ötən illər ərzində qadınlarımızın
ağaran saçları
çox qanlı hadisələrə şahidlik
edib. Ölkəmizdə qadınlara həmişə
böyük hörmət
və ehtiramla yanışılıb, etimad
göstərilib, məsul
vəzifələr etibar
edilib.
Ümummilli liderimiz Heydər
Əliyev qadınların
cəmiyyətdəki rolu
ilə bağlı siyasətin səmərəli
şəkildə həyata
keçirilməsinə, onların
dövlət quruculuğunda,
elm, mədəniyyət, təhsil,
səhiyyə, idmanda və digər sahələrdə geniş
təmsil olunmalarına
müstəsna əhəmiyyət
verir və deyirdi: "Qadın bəşərə
yaraşıq, zinət,
insanlığa şərəf,
şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir". Elə bu
siyasətin nəticəsi
olaraq bu gün qadınlarımız
təkcə respublikamızda
deyil, ölkəmizin hüdudlarından kənarda
da yaxşı tanınır, beynəlxalq
qurumlarda ölkəmizi
ləyaqətlə təmsil
edir.
Bu gün daxili işlər orqanlarında
da onlarla qadın əməkdaş
xidmət edir. Onlar dövlətimizin
və DİN rəhbərliyinin
qayğısı ilə
əhatə olunur, əməyi yüksək qiymətləndirilir.
Qarşıdakı əziz günlər
- Novruz bayramı ərəfəsində bir
zamanlar daxili işlər orqanlarında
xidmət edib nailiyyətlərə imza
atmış, öz zəngin təcrübəsini,
təqaüddə olsalar
da, gənclərlə
bölüşən polis veteranı
qadınları axtarıb,
onların könlünü
xoş etməyə qərar verdik...
lll
Onun adını
bu gün daxili işlər orqanlarında çalşanlar
ehtiramla çəkirlər. Çünki işlədiyi dövrdə
həm həkim kimi, həm də qayğıkeş bir insan kimi
həmkarlarımızın sağlamlığının keşiyində
durub.
Polis ailəsində doğulub,
polis çörəyi yeyib. Evin böyük
övladının həkim
olmaq arzusu valideynlərini sevindirib.
Bir müddət keçdikdən sonra atasının - polis polkovniki
Məhi Quliyevin "İstəyirəm ki, sən mənim davamçım olasan"
fikri gələcək
ömür yolunda onun arzularına qol-qanad verib...
Əziz
oxucularımız, söhbət,
əlbəttə ki, uzun illər, düz 35 il, 6 ay, 19 gün daxili işlər orqanlarında
qüsursuz xidmət edən Elmira Məhi qızı Quliyevadan gedir. O, bu gün təqaüddə
olsa da yenə
də əli işdən-gücdən soyumayıb.
Yeni iş yerində görüşdüm.
Otağına daxil olanda diqqətimi çəkən
dibçəkdəki güllər
oldu. Bir qadın əlinin hərarəti ilə torpaqdan güc, Günəşdən nur alan güllər
sanki dil açıb danışmaq
istəyirdilər.
Elmira xanımın maraq dolu baxışları üzümə zillənmişdi
və sükutu onun səsi pozdu: "Deyəsən, siz də gül
həvəskarısınız?". "Bəli",-dedim.
Və beləcə, güllərə
həmdəm olan qadın ömrünün,
veteran Azərbaycan Polisinin
ömür yoluna güzgü tutub, onu ötən illərlə üzbəüz
qoydum. Keçmişə
qayıtmaq heç də asan deyil,
onu xatırlamaq insana sevinc də
yaşadır, qəm
də...
"Atamı respublikada yaxşı tanıyırlar. Onun ailəsində dünyaya göz açmaq mənim xoşbəxtliyim olsa da, bu həm də böyük məsuliyyət idi. Hər addımı götür-qoy edir, hər br hərəkətimi ölçüb-biçirdim. Evimizdə hər şey saat mexanizmi kimi işləyirdi. Bizdə hər şey dəqiqliklə ayarlanmışdı. Bu mühiti atam yaratmışdı. Bəlkə də hər adam bizdəki yaşam ritminə uyğunlaşa bilməzdi. Ancaq biz uyğunlaşmışdıq və kiçik yaşlarımızdan üzləşdiyimiz hər bir çətinliyi təkbaşına aradan qaldırmaq üçün kimdənsə kömək, dəstək gözləmirdik. Ailədə dörd övlad idik. Evin böyüyü mən idim".
Elmira xanım 1974-cü ildə Tibb Universitetini bitirdi. Daxili işlər orqanlarında 1975-ci ildən Terapevt kimi xidmətə başladı. 1982-ci ildə DİN-in Tibb İdarəsinin 1 nömrəli Poliklinikasında Terapiya şöbəsinin rəisi, 1985-ci ildə isə poliklinikanın rəis müavini vəzifəsinə irəli çəkildi. 1993-cü ildə 2 nömrəli Poliklinikanın, 2000-ci ildən 2011-ci ilə-təqaüdə çıxana qədər 1 nömrəli Poliklinikanın rəisi vəzifəsində xidmət etdi.
O, keçmişə qayıdıb ötənləri yad etdikcə üzündə illərin sınağından çıxan cizgilərdə, baxışlarında "Keçən günlərimi qaytaraydılar..." nidasını oxuyurdum...
lll
Təqaüddə olan polis polkovniki Zivər Xəlilova ilə bayramqabağı danışıb hal-əhval tutanda, onları unutmadığımız üçün təşəkkür etdi. "Görüşüb keçənlərə körpü salmaq, ötən illəri xatırlamaq istəyirik" deyəndə, telefonda bir anlıq susdu və tez də "yaxşı" dedi. Vədələşdiyimiz yerə vaxtından əvvəl gəlməsi məni heyrətləndirdi. Demək o, hələ də polisdəki dəqiqliyini qoruyub-saxlamışdı.
"Daxili işlər orqanlarında qadın polkovniklər barmaqla sayılacaq qədərdi və onlardan biri də sizsiniz" - deyəndə gülümsəyib: "Dövlətimiz sağ olsun,- dedi".
Zivər xanım Bakıda doğulub. Azərbaycan Dövlət Universitetini bitirib. Həm işləyib, həm də təhsil alıb. İşlədiyi müəssisədən onu polisə dəvət ediblər və canla-başla razı olub. Çətinlikdən qorxmayıb, çünki atası elə bu orqanda xidmət edib.
İlk işi uşaqlarla əlaqədar olub. Bacarığı, uğurları sayəsində müxtəlif xidmətlərdə yuxarı vəzifələr tutub. 1977-ci ildə N.Rzayev adına Bakı Orta Xüsusi Milis Məktəbinə qəbul olunub. Vəzifə pillələrində irəli çəkildikcə bilik və bacarığını gənclərə öyrətməkdən yorulmayıb. DİN rəhbərliyinin etimadını qazanıb, nazirlikdə idarə rəisinin müavini vəzifəsinə, polis polkovniki rütbəsinəcən çətin və şərəfli yol keçib. "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Zivər xanımdan yazı üçün şəkil istəyəndə "yoxdur" dedi və mən buna çox təəccübləndim. Demə, onun da peşəkar əməliyyatçılar kimi şəkil çəkdirməklə elə də arası yoxmuş. Ancaq mənim, "Sizinlə xatirə üçün bir şəkil çəkdirək" təklifimə də "yox" demədi...
Bayramınız mübarək olsun, əzizlərimiz, unudulmazlarımız!
Hafiz TƏMİROV
polis mayoru
525-ci qəzet.- 2016.- 15 mart.-S.2.