Mərdlik nümunəsi  

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada törədilən son terror aktından dərhal sonra Türkiyəyə əvvəlcədən planlaşdırılmayan səfəri qeyri-adi effekt yaratdı.

 

Türkiyədə böyük bir faciənin yaşandığı vaxt Azərbaycanın dövlət başçısının Ankara səfəri ağır gündə qardaş ölkənin yanında olmaq anlamını ifadə etməklə bərabər, bir siyasətçi dövlət adamı uçün gözlənilməz addım idi. Əslində, regionda vəziyyətin gərgin olduğu, xarici siyasətdə ehtiyatlı balanslı kursa üstünlük verməyin daha rahat əlverişli sayıldığı indiki dövrdə hər hansı müttəfiqliyi birliyi xoş qarşılamayan böyük güclərin potensial təzyiqlərindən çəkinmədən belə qətiyyətli mövqe ortaya qoymaq bir dövlət başçısı üçün böyük cəsarət nümunəsi sayılmalıdır.

 

Ankarada keçirilən görüşlərdən sonrakı mətbuat konfransında iki ölkə prezidentinin səmimi şəkildə bir-birini qucaqlaması isə Türkiyə Azərbaycan birliyinin əbədiliyinə işarə olmaqla yanaşı, Prezident İlham Əliyevin bir siyasətçi kimi alicənablığının, bir insan kimi etibar sədaqətinin göstəricisi idi. Keçirilən mətbuat konfransında Prezident İlham Əliyev Azərbaycanın Ankarada törədilən bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini vurğulayaraq, xalqımızın daima olduğu kimi, bu gün türk xalqının yanında olduğunu bildirdi birmənalı mövqe nümayiş etdirdi: “Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə , ağır günlərdə biz daim bir-birimizin yanındayıq... İyirmi beş ildir ki, Türkiyə Azərbaycan birlik, həmrəylik göstərir. İyirmi beş il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini bərpa etdi bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq... qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq... Mən hesab edirəm əminəm ki, həm Türkiyədə, həm Azərbaycanda bu fikirlə hər kəs razı olar, - bu gün dünya çapında Türkiyə Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq, qoruyacağıq. Əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik”.

 

Ümumiyyətlə, İlham Əliyevin prezident kimi ayrı-ayrı vaxtlarda ən müxtəlif situasiyalarda dəfələrlə qətiyyətli mövqe nümayiş etdirməsi haqda çox danışılıb. Biz dövlət başçısının Azərbaycanın mənafeyi ilə bağlı taleyüklü məsələlərdə birmənalı qətiyyətli mövqe ortaya qoymasının çox şahidi olmuşuq. Hələ 2009-cu ilin aprelində İstanbulda BMT-nin Qərb İslam ölkələri arasında anlayışı aşılayan beynəlxalq forumu ərəfəsində ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan Prezidentinə telefon açaraq onu tədbirə dəvət etmiş, ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevlə təkbətək görüşünün nəzərdə tutulduğunu bildirmişdi. Həmin vaxt dünyanın müxtəlif informasiya agentliklərinin yaydıqları xəbərlərdə Evin təşəbbüsü ilə forum zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin müzakirəyə çıxarılmasının mümkünlüyü vurğulanırdı. Buna görə Azərbaycanın mənafeyinə zidd bir məsələnin müzakirəyə çıxarılmasına etiraz olaraq Prezident İlham Əliyev qətiyyətlə bu mötəbər dəvətdən imtina edərək İstanbula getmədi.

 

İlham Əliyev həmişə öz çıxış bəyanatlarında birmənalı şəkildə ölkəmizin daim qonşu dövlətlərlə mehriban münasibətlərin qurulmasının tərəfdarı olduğunu, dünyadaböyük ölkə-kiçik ölkəanlayışının olmaması zəruriliyini vurğulayıb, Azərbaycanın öz siyasətini bütün ölkələrlə bu prinsiplər əsasında qurduğunu bildirib: “Bütün ölkələr bərabər hüquqa malikdir. Heç bir ölkə qarşısında öhdəlik götürməmişik bu, mümkün deyil... Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir bu səhv siyasətindən əl çəkməlidir”.

 

Hələ 2013-cü ildə Prezident İlham ƏliyevəJurnalistlərin dostumükafatı veriləndə onun jurnalistlərlə münasibətinə toxunarkənDostluğun böyük nümunəsiifadəsini işlətmişdim. Son illər Prezident İlham Əliyevin fəaliyyətindəki bir çox məqamlara diqqət yetirəndə ona xas qətiyyət, iradə prinsipiallıq kimi yüksək keyfiyyətləri əks etdirən kəlmələr sırasınaMərdlik nümunəsiifadəsinin əlavə olunmasına ehtiyac yaranır. Təsəvvür edin: Türkiyənin paytaxtında qısa müddət ərzində dəhşətli terror aktları həyata keçirilir, sosial şəbəkələrdə mediada hər iki terrorun Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində baş verməsi qabardılır müxtəlif aspektlərdən şərh edilir, bəzi qüvvələrin bu səfərin əngəllənməsində maraqlı olması haqda fikirlər səsləndirilir. belə bir gərgin situasiyada İlham Əliyev birdən-birə Turkiyəyə səfər barədə qəti qərar qəbul edir. Bu səfər ağır gündə Türkiyəyə böyük dəstək anlamını verməklə yanaşı, həm Azərbaycanın dövlət başçısının prezident kimi nümayiş etdirdiyi mərdlik nümunəsidir.

 

Təsadüfi deyil ki, müxtəlif dünyagörüşlü siyasət adamları da, Azərbaycan Prezidentinin digər ali xüsusiyyətləri ilə yanaşı, mərdlik keyfiyyətini vurğulayırlar. Yadımdadır, bir müddət öncə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın bir yazısını oxumuşdum. Həmin yazıda onun İlham Əliyevlə bağlı bir fikri xüsusilə diqqətimi çəkmişdi. Fazil Mustafa yazırdı: “Son dövrlərdə prezident İlham Əliyevin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə hakimiyyətdən gedəndən sonra göstərdiyi münasibəti məhz mərdlik kateqoriyasına aid edirəm. Öz ölkəsində həbs olunmaq təhlükəsi yaşayan sabiq prezident dar məqamında belə bir münasibəti bəlkə heç gözləmirdi. Mülki geyimdə, şəxsi arabası ilə gəldiyi Azərbaycanda, Gürcüstan hakimiyyətinin narazılıq etmə ehtimalı da gözardı edilərək, onun necə hörmətlə qarşılandığını gördük”.

 

Bu fikirləri isə Milli Məclisin sədr müavini Bahar Muradova 2014-cü ildə - aprel ayında Praqada keçirilənŞərq tərəfdaşlığısammitində Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin ünvanına ittihamlar səsləndirərkən Azərbaycan Prezidenti İlham Əliyevin ona etiraz etməsinə münasibət bildirərkən demişdi. Xatırladım ki, İlham Əliyev Sarkisyana Türkiyənin sammitdə təmsil olunmamasından istifadə etdiyini xatırladaraq sərt cavab vermişdi: “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm”. Bu nüansla bağlı öz fikirlərini bölüşən B.Muradova da məhz mərdlik amilini qabardırdı: “Prezident İlham Əliyevin mərdlik alicənablığını hər kəs alqışlayır. Bu, həm Azərbaycan Türkiyə münasibətlərinin səviyyəsini bir daha ortaya qoydu”.

 

Bir halda ki, söz yenidən Türkiyə ilə bağlı məsələyə qayıtdı, bir neçə ay öncə baş vermiş bir məqamı da xatırladım. Türkiyə-Rusiya münasibətləri gərginləşmişdi, həmin ərəfədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfərə gəlmişdi. Prezident İlham Əliyev baş naziri qəbul edərkən Türkiyə-Rusiya arasındakı gərginliyin aradan qaldırılması üçün özünün barışdırıcılıq missiyasını təklif etmiş, rəsmi Bakının Türkiyəyə məxsus yüklərin Azərbaycan üzərindən daşınmasına şərait yaratmağa hazır olduğunu bildirmişdi. Yenə də çətin gündə qardaş ölkəyə qarşı jestdaha bir mərdlik örnəyi...

 

...Prezidentin Ankara səfəri barədə xəbər yayılar-yayılmaz sosial şəbəkələrdə çeşidli fikirlər yer almağa başladı. Onların sırasında “bu səfərin bədəlinin ağır olacağı”, “Azərbaycanın bundan ziyan çəkəcəyi” ehtimalını önə çəkərək səmimi narahatlıq keçirən insanların fikirləri də vardı. Əksəriyyət də öz fikrini əsaslandırmaq üçün “siyasətdə soyuqqanlı olmağın zəruriliyi”ni önə çəkirdi. Ammasiyasət həm də anı tuta bilmək və dəqiq, qəti qərar vermək, məqamı qiymətləndirməyi bacarmaq, yeri gəldikdə tərəddüd etmədən addım atmaq sənətidir. Məqamında nümayiş olunan jest, atılan addım hec zaman unudulmur. İlham Əliyev Türkiyəyə bu səfəriylə hec zaman unudulmayacaq addım atdı, gerçək mərdlik nümunəsi sərgilədi. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu addımı yüksək qiymətləndirdi: “Mən bu səfəri həm bu hadisə ilə bağlı birlikdə gücümüzü, həmrəyliyimizi, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirirəm... Qardaşım İlham Əliyev Azərbaycanın millətimizin dar günündə dostu olduğunu bir daha göstərdi. Buna görə ona dərindən təşəkkürümü bildirirəm... Əziz qardaşım, cənab Prezident Əliyevə göstərdikləri alicənablığa və qədirbilənliyə görə şəxsən öz adımdan, millətim adından bir daha təşəkkürümü ifadə edirəm”.

 

 

 

Rəşad MƏCİD

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

525-ci qəzet.- 2016.- 17 mart.- S.3