Novruz bayramı rəssamlarımızın yaradıcılığında

 

 

Xalqımızın mənəviyyatında məişətində minilliklərlə yaşatmış olduğu, böyük coşqu şövqlə sevə-sevə qeyd etdiyi ən qədim bayramlardan biri bəlkə birincisi Novruz bayramıdır.

 

Məlum olduğu kimi, həyatın başlanğıcı qədim Şərq fəlsəfəsində dörd ünsürün vəhdəti şəklində qəbul edilir: od, su, hava, torpaq. Bahar bayramı həyatın yenidən yaranışı, doğuşu kimi təzahür olunur. Təbiətin canlanması, bütün ağacların çiçəkləməsi, kol bitgilərin yaşıllaşması, əkin işlərinin başlanması, heyvan quşların oyanışı nəsil artırması dövrü məhz Bahar bayramında başlayır. Bu təbiət hadisəsinin müdrik xalqımız tərəfindən hər il bayram edilməsi həmçinin insanların yaxınlarını təbrik etməsi, zaman-zaman formalaşmış müxtəlif el deyim məsəllərinin yaranması onu unudulmaz ənənəyə çevirib. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev Novruz bayramı ilə əlaqədar deyib: “Novruz bizim ümummilli bayramımızdır. Mən hesab edirəm ki, indi artıq müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz”.

 

Azərbaycanın folklor, musiqi təsviri sənət əsərlərində Novruz adət-ənənələri geniş hərtərəfli şəkildə təzahürünü tapıb. Novruz bayramının diqqəti cəlb edən, el dilindən el məişətindən süzülüb bugünədək gələn səhnələri Azərbaycan rəssamlıq sənətində rəssamlarımızın yaradıcılığında sevilərək müraciət edilən əks etdirilən ən maraqlı motivlərdəndir.

 

Azərbaycan təsviri sənət tarixində Novruz bayramı onun rəsssamlıq sənətimizdə əksi ayrıca bir səhifəni təşkil edir. Baxmayaraq ki, sovetlər dövründə bu bayramın qeyd edilməsinə rəsmi qadağalar vardı, xalqımız həmişə sevə-sevə bu bayramı qeyd edərək, onun ənənələrini yaşatdı.

 

Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan, Novruz bayramı mövzusunu əks etdirən əsərlər sırasında Xalq rəssamları Səttar Bəhlulzadənin (1909-1974) “Bahar nəğməsi”, “Xonça” (Etüd) “Torpağın arzusu”, “Azərbaycan nağılı”, Xalidə Səfərovanın (1925-2005) “Novruz”, “Çovkan”, “Çovkançılar”, Elbəy Rzaquliyevin (1926-2007) “Novruz bayramı”, Altay Hacıyevin (1931), “Novruz sandığı”, əməkdar rəssam Mahmud Tağıyevin (1923-2001) “Gül açan bağ”, “Bağçada yaz gülləri”, istedadlı rəssamlar Həsən Haqverdiyevin (1917-1978) “Bahar”, Sara Namitokova-Manafovanın (1932) “Novruz”, Orxan Hüseynovun (1978) “İçərişəhərdə bayram”, qrafika sahəsində Xalq rəssamları  Əzim Əzimzadənin (1880-1943) “Tonqal üstündən tullanmaq”, “Kos-kosa”, Elmira Şahtaxtinskayanın (1930-1997) “Novruz bayramı  ərəfəsində”, “Qutablar”, əməkdar rəssamlar Ələkbər Rzaquliyevin (1903-1974) “Gəlinə hədiyyə ilə” (“Köhnə Bakısilsiləsindən), Arif Ələsgərovun (1944) “Novruz”, “Kəndirbazlar  başqalarını xüsusi qeyd edə bilərik.

 

Yuxarıda sadalanan rəssamlar Azərbaycan təsviri sənət tarixində öz sözlərini demiş yaradıcılığı ilə silinməz izlər qoymuş sənətkarlardır.

 

Bənzərsiz zəngin yaradıcılıq dünyasına malik, əfsanəvi fırça ustası Səttar Bəhlulzadənin yaratmış olduğu tablolarında (baxmayaraq ki, rəssam daha çox mənzərə əsərləri yaradırdı) milli mədəniyyətimizin  hansısa bir elementini ya rəmzi ifadəsini görməmək duymamaq mümkünsüzdür. RəssamAzərbaycan nağılıadlı əsərində sanki Azərbaycan dünyasını tabloda əks etdirmək istəmişdir. Kompozisiyada əzəmətli dağlar fonunda, göl kənarında əks etdirilən dairəvi iri xonçalar xonçaların içərisindəki Azərbaycan nemətləri, çiçəkləmiş ağaclar, gözəl güllər o qədər ustalıqla əsl sənət coşqusu ilə təsvir edilib ki, bu sehrin ağuşuna düşməmək, bol estetik zövq almamaq mümkün deyil, bu əsərə tamaşa etməkdən doymaq olmur. Rəssam tablonun yuxarı hissəsində dalğalanan kəlağayını təsvir etməklə bir növ yaradıcılıq işinə möhür basmışdır, yəni əlavə heç bir şərhə ehtiyac duymadan tablodan Azərbaycan dünyasını asanlıqla sezmək olar. Sadalanan xüsusiyyətləri rəssamın Novruzla bağlı digər əsərlərinə şamil etmək mümkündür.

 

Xalidə SəfərovanınNovruzadlı əsəri olduqca diqqətçəkəndir. Kompozisiyada mərkəzdə Novruz bayramının ləziz nemətləri ilə bəzədilmiş xonça, xonçanın əhatəsində isə əllərində Bahar bayramının rəmzi olan səməni tutmuş xanımlar xoruz döyüşdürən milli geyimli gənc oğlanlar təsvir edilib. Yallı rəqsinin  ifaçılarının oyun hərəkətləri bayram sevincini daha da artırır. Əsər zəngin koloritli həlli ilə seçilir. Rəssamın həmçinin milli çovkan oyununa həsr edilmiş əsərləri   diqqəti cəlb edir.

 

Elbəy RzaquliyevinNovruz bayramıəsərində isə Xəzər dənizinin fonunda, İçərişəhərdə Novruz şənliklərinin bədii təsviri əks olunub. Tabloda oyun göstərən kəndirbaz milli geyimli rəqqasələr əsl bayram əhvali-ruhiyyəsini təcəssüm etdirir. Sağ tərəfdə təsvir edilmiş xalça nümunəsinin təsviri əsərin bədii ifadəliliyini daha da artırır.

 

Tanınmış rəssam Ələkbər Rzaquliyev öz yaradıcılığında xalqımızın məişət etnoqrafik ənənələrini böyük ustalıqla tərənnüm edib. RəssamınKöhnə Bakısilsiləsinə aid əsərlərinin hər biri bədii estetik məziyyətləri ilə yanaşı, həmçinin, özünəməxsus dəqiq işlənilmə xüsusiyyətlərilə seçilir. Gəlinə hədiyyə iləadlı əsərində rəssam, Novruz bayramı ərəfəsində bayram şirniyyatları ilə dolu xonçayla qız evinə bayram görüşünə tələsən ailənin bədii görüntüsü təsvir olunub. İçərişəhərin fonunda milli geyimli ailə üzvlərinin fərdi xarakterik xüsusiyyətləri incə cizgi, şrix elementləri ilə ustalıqla əks etdirilib.

 

Elmira ŞahtaxtinskayaNovruz bayramı ərəfəsində”, “Qutablaradlı əsərlərini yaradarkən Azərbaycan xalqının qədim adət-ənənələrinə yaradıcı şəkildə müraciət edib. Rəssam, Novruz bayramına hazırlıq mərhələsində, qadınların səmənilərin əhatəsində milli şirniyyat növləri - paxlava, şəkərbura, digər əsərində isə milli ornamentli kilim üzərində əyləşmiş üç qadının Azərbaycan mətbəxinin ləziz nemətlərindən hesab olunan qutab hazırladıqları məqamı təsvir edib. Hər iki əsər öz dolğun bədii məzmunu, zəngin etnoqrafik çalarları zəngin koloriti ilə diqqəti çəkir. Bu əsərlər həm milli-etnoqrafik ənənələrimizin mükəmməl təsviri baxımından əhəmiyyətlidir.

 

Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan əsərlər Azərbayan rəssamlarının Novruz bayramına həsr olunmuş bədii yaradıcılıq işlərinin kiçik bir qismini təşkil edir.  Azərbaycan xalqının tarixində məişətində geniş şəkildə kök salmış hər il dövlət səviyyəsində qeyd edilən bu bayram onun gözəl xüsusiyyətləri, şübhəsiz ki, həmişə rəssamlarımızın ilham qaynağı olacaq onların yaradıcılığında öz geniş təzahürünü  tapacaq.

 

Əsəd QULİYEV

Sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi

525-ci qəzet.- 2016.- 19 mart.- S.24.