“Azərbaycan”
qəzetində parlament
hesabatları və şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi qarşısında
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına
çevirəni, ön
sözün müəllifi,
lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
I cild (noyabr 1918 - aprel 1920)
Təəssürat
Parlamanımızın ikinci iniqadında fraksiyaların bəyənnamələrini
eşitdik.
Əvvəl sözünü deyən
“Müsavat” oldu.
“...Mülkədarlarla xüsusi
maliklərə məxsus
olan bütün topraqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xəlqə veriləcəkdir”,
- dedikdə məclis əhlindən bir parası qurcalandılar...
Lakin sol tərəfin gurultulu alqışı “işin üstünü örtüb”
əhvalı dəgişməklə
bərabər, mürgüləyən
əzaları da yuxudan oyatdı.
“Müsavat”dan sonra “Sosialistlər bloku”nun adamları çıxdı.
Aslan bəy Səfikürdski bəy də olsa kəndçi
tərəfdarıdır. Kənd
əhlinin ağır
halı Aslan bəyə o qədər təsir edibdir ki, o təsiri parlaman əhlinə yetirmək üçün,
bəlkə sözünə
inanmazlar deyə - kərrat ilə Allah-təalaya and içirdi:
“Vallah, mən doğru diyoram”.
“Camaət əldən
getdi, Allaha and olsun!”
Mən onu gözlüyordum ki, camaətdən birisi durub deyəcək:
- Mən ölüm, doğru diyorsan?
Bu da cavab verəcəkdir
ki:
- Sən öl, Həzrət Abbas həqqi!
Görünür, bizim sosialistlər
özgə millət sosialistləri kimi degildirlər: Allaha, peyğəmbərə inanırlar.
Amma mənim qəlbimi şad edən burasıdır ki, bizim sosialistlər Azərbaycanın istiqlaliyyətinə
də inanırlar!
Burası, sosialistlərimiz tərəfindən
göstərilən siyasi
bir hünərdir ki, bu hünər
- düşmənlərimizi məqhur və məyus, dostlarımızı
isə məsrur və məmnun edib, ümidsizlərə ümid, ümidlilərə
də qüvvət və səbat verməklə yavaş-yavaş
da olsa mənzili-məqsədə
tərəf qədəməndaz
oluruq.
Biz bir şeydən qorxurduq:
İstiqlal yolunda iki qədəm atmışdıq:
birisi istiqlali-elanı
və müstəqil hökumət təşkili,
ikincisi isə parlaman açılması.
Biz qorxurduq ki, üçüncü
qədəmi atmağa
bizə imkan vermiyib, yoldan qaytaralar...
Amma şükür
olşun Aslan bəy and içdigi Allaha ki, sosialistlərimiz
imdada yetişib, üçüncü qədəmimizi
daha da gen qoymaq üçün qolumuzdan yapışdılar.
Qədəmlərimiz bir-birindən mübarəkdir.
Bunlara ad qoyaq.
Birinci qədəm
- müstəqil hökumət.
İkinci qədəm Şurayi-Milli,
yaxud Parlaman. Üçüncü
qədəm isə - əlbirlik!
Bütün parlaman fraksiyalarımızın
- “istiqlal” - üstündə
əlbir olub, söz-sözə verdiklərini
xoşbəxt qulaqlarımız
ilə eşitdik. İnşaallah
bu yoldakı işlərini görməklə
gözlərimizin də
aydın olduğunu
hiss edərik.
İndi
doğrudan da demək olar ki:
- Millət irəli gedir!
Artıq bu sözə gülmiyəcəyik, çünki
irəli doğru üç böyük addım atmışıq
və geri dönmək fikrimiz də yoxdur. Aslan bəy demişkən:
- O getdi!
Aslan bəy bu iki
sözü bütün
məclis tərəfındən
gurultulu alqış almaq üçün demədi, həqiqət elə belədir ki, var:
- O, yəni o mənhus geri - getdi!
Arvadlar sözü olmasın:
- Elə
getsin ki, dalınca da bir qara daş!
Haman o “mənhus geri”nin
mənhus əsərlərindən
idi ki, Aslan
bəydən sonra kürsiyi-xitabətə çıxan
Şeyxülislamov “Hümmət”
firqəsinin adından
danışmaq istərkən
başındakı fikrini
söyləmək üçün
ağzında söz tapmıyordu!
Aşkar idi ki, natiqin
başındakı fikir
rus dilində hazırdır. İndi bunu türkcəyə
tərcümə etmək
lazım. Ona görə
gərək məclis
əhli səbr edib gözləsin, lakin tərcümə üçün də türkcə yaxşı bilmək lazımdır, halbuki natiq türkcə
bisavaddır. Pəs nə
olsun?
Hər nə oldu - desin!
Odur ki, “paydar”, deyəcək yerdə “paymal” diyordı.
“Cümhuriyyəti-ənam” əvəzinə “cümhuriyyətə
inam” çıxırdı. Bir çox
sözlər var idi ki, heç
deyə bilmirdi, gərək məclis əhli özü başa düşə idi. Qərəz, binəva çox
əziyyət çəkirdi.
Yaxşı ki, kömək edənlər
az degil
idi. Bir tərəfdən sədri-məclis, bir tərəfdən də yaxındakı yoldaşları
“sufliyorlıq” zəhmətini
müzayiqə etmiyordular.
Bir də natiqin canını qurtaran bir əhvalat idi: yalan yanlış
da olsa, dedigi sözlərin mənası o qədər
şayani-əhəmiyyət idi ki, haman hər mətləbindən sonra uzun alqışlar gurulduyor, natiq bu fasilədən istifadə edib o biri fikrini tərcüməyə
çalışırdı.
Həqiqət, Şeyxülislamov cənablarının
bir para mətləblərini qızıl
xətt ilə yazıb saxlasan - səzadır.
Diyordu ki:
- Azərbaycan istiqlalı yolunda mübariz etmək lazım gələrsə, birinci mübariz cərgəsin biz sosialistləri
görərsiniz!
İndi “Znamya Truda” qəzetəsi
müsəlman sosialistlərinin
bu cürə sözlərini eşidib də sögməsin bəs nə eləsin? Ümidləri puç oldu getdi...
“Znamya Truda” başına yığılmış
olan yalançı “sosialistlər” bu ümiddə idilər ki, Azərbaycan istiqlalının tazə qoyulmuş binasını uçurub dağıtmaqda
müsəlman sosialistləri
onlar ilə əlbir olacaqdırlar və Azərbaycan evi Azərbaycan övladının öz əlilə yıxılacaqdır.
Görünür, onlar belə güman edirmişlər ki, bizim sosialistlər,
sosializm kimi ali bir elmi əql və
bilik sayəsində dərk etmiyib, yalnız bir “moda” olmaq üzrə
özlərinə sosialist
adını qoyubdurlarmiş,
binaənileyh “bizdən
ayrılmağa utanarlar”,
ya ki onları
uşaq kimi tovlamaq olarmış ki, belə iş
yaxşı degil, rus demokratiyasından ayrılıb istiqlal qurmaq sosializm işinə xəyanətdir
və sairə, və sairə, və sairə.
Lakin bizim sosialistlərimizin əql və dərrakəsi “Znamya Truda” başına
yığılmışların şeytanət və xəbasətinə qələbə
çalıb, sosialistlərimizin
“moda” üçün
degil, bəlkə ciddi surətdə miskinlər tərəfdarı
olduqlarını hər
kəsə bildirdilər.
Miskinlərin də kim olduğu
məlumdur:
Bizim kəndçilərimizdən, bizim
əmələ və
rəncbərlərimizdən başqa miskin kim ola bilər?
Deməli,
“Znamya Truda”çıların
bu ümidi də çürük qoz kimi puça
çıxdı, sosialistlərimizi
uşaq kimi tovlaya bilmədilər!
Odur ki, indi də
qorxuzmaq istiyorlar, xox gəldi edirlər! Belə ki, “Znamya Truda”nın son nömrələrinin
birində bizim sosialistlərə itab və xitabən acıqlı bir məqalə yazılıbdır:
- Siz nə ixtiyarla
özünüzə “Azərbaycan
sosialistləri” adını
qoydunuz?
Deməli,
bunların sözündən
belə çıxır
ki, rus sosialisti,
alman sosialisti, firəng sosialisti olar, amma Azərbaycan
sosialisti olmaz, necə ki Azərbaycan
istiqlalı da ola bilməz!
Andronikləri müdafiə edən
bu cürə “sosialist”lərdən hələ
çox sözlər
eşidəcəyik ...
Belə güman edilməsin ki, bu sətirləri
yazan özü sosialistdir, ona görə də sosialistlərimizin hünərləri
həqqində bir bu qədər danışır. Xeyr, mən sosialist-filan degiləm, ola
bilər ki, hələ əqlim o dərəcəyə çatmayıbdır,
ancaq məni bu qədər fərəhləndirən - Azərbaycan
istiqlalı məsələsində
sosialistlərimizin bu dərəcə sağlam,
düzgün və həqiqi bir vəziyyətdə bulunmalarıdır.
Məni fərəhləndirən, sosialistlərimizin
parlaman kürsüsündə
ağızlarından çıxan
gözəl və pürməzmun sözlərdir.
Məsələn, Şeyxülislamovun bu sözlərini eşidib də hansı Azərbaycan övladı fərəhlənməz
ki, diyordi:
- İstiqlalımıza inanmayan,
gələcəyimizə ümidvar
olmayan adamlar, hökumətimiz içində
olmamalıdır!
lll
Qərəz! Mətləbi uzatmayaq. Növbət - dördüncü addımındır.
Bu addımın da adı:
- Ləyaqətdir!
- Yəni müstəqil yaşamağa layiq olduğumuzu bildirsək, axırıncı olan beşinci addımımızı
da atıb mənzili-məqsədə yetişərik.
Beşinci addım isə:
- İstehqaqdır.
İstiqlalə müstəhəqq olduğumuzu
dünaya aşkar edək.
Bu axırıncı addım
da atılarsa, özümüzü məqsədimizin
mənzilində görərik.
O məqsəd isə:
- Yaşasın müstəqil Azərbaycan!
Kəlami-insaniyyət pərvəranəsinin sülh konfransında “Vilson”ların ağzı ilə bütün cahana elan və elam edilməsindən ibarətdir!
Üzeyir
“Azərbaycan”, 13 dekabr 1918, ¹64
İtab - məzəmmət etmə
Azərbaycan Məclisi-Məbusanında Alişan Fətəli xan Xoyski Hüzuri-alilərinə Parlaman rəisinin sədri-vükəlayə göndərdigi məktub:
Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının 10 qanuni-əvvəl tarixli iclasında yeni kabinə təşkili üçün baş vəkili intixab və dəvəti bənə mühəvvəl edilmişdi. Parlaman fraksiyalarının rəyini nəzərə alaraq zati-alilərinin məharəti-siyasiyyələri və bu anadək Vətən və millət uğrunda göstərdikləri hüsni-xidmət və fədakarlıq böylə mühüm və müşkül bir məsələ üçün zati-alilərini dəvət etməyə bəni məcbur etməsinə, yəni baş vəkaləti qəbul və müştərək bir kabinə təşkil etmənizi arzu edirəm, əfəndim!
Zati-alilərinə olan səmimiyyət və iradətimin qəbul buyrulması mərcudur.
Parlaman rəisi naminə: Doktor Həsən bəy Ağayev
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 19 mart.- S.21