İmperiyalar və onların süquta
sürüklənməsi
(Əvvəli
ötən şənbə saylarımızda)
3. Karolinq
imperiyası
768-ci ildə atası Pipin öldükdən sonra
frankların çarlığının taxt-tacına
Böyük Karl və ya Şarleman çıxdı. O, qətiyyətli, bacarıqlı
və inadkar bir adam idi. Fərasətli
döyüşçü olmaqla yanaşı, həm də
savadlı dövlət xadimlərinin müdrik bir ağası
idi. O, özünün uzun hökmranlığı
dövründə Karolinq imperiyasının ərazisini xeyli
genişləndirmişdi.
773-cü ildə o, öz ordusunu İtaliya ərazisinə
gətirdi, lombardları tarmar etdi və Lombardiya dövlətini
öz nəzarətinə götürdü. Oğlu
İtaliyanın kralı kimi tanınsa da,
hökmdarlığı onun özü edirdi.
İtaliyanı tabe etdikdən dörd il
sonra İspaniyanın şimalına doğru irəlilədi. Lakin bu kampaniya onun ümidlərini doğrultmadı,
vətənə dönəndə Pireneyi keçərkən
basklar onun ordusunun aryerqardını tələyə salıb,
məhv etdilər.
Şarleman Almaniyanın şərqində saksonlarla
vuruşurdu, onları xristianlığa çevirməyə cəhd
edirdi. Nəhayət, 804-cü ildə on bir kampaniyadan sonra
Saksoniya sakitləşdi və Karolinq əraziləri üzərinə
əlavə edildi.
Şarlemanın imperiyası qərbi və mərkəzi
Avropanın əksər ərazisini tuturdu, XIX əsrdə
Napoleona qədər Avropada heç bir imperiya bu
ölçünü görməmişdi. Onun
gücü böyüdükcə, bir ən qüdrətli
xristian hökmdarı kimi nüfuzu da artırdı. Bir rahib onun imperiyasının “Avropa səltənəti”
adlandırmışdı. Şarleman 800-cü ildə
romalıların imperatoru kimi yeni titulu qəbul etdi və həmin
ili Papa Leo tacı Şarlemanın
başına qoyub, onu romalıların imperatoru
adlandırdı. Bu hadisə üç yüz il
sonra da Roma imperiyasının konsepsiyasının dözə
bilən möhkəmliyini nümayiş etdirirdi. Ən əhəmiyyətlisi isə o idi ki, bu roman
xristian və alman elementlərinin
qarışığını rəmzləndirirdi. Bu, Avropa sivilizasiyasının bünövrəsini təşkil
edirdi.
Şarleman şimalda Şimal dənizindən cənubda
İtaliyaya qədər və Avropanın qərbində
Fransadan mərkəzi Avropada Vyanaya qədər
uzanırdı. Bu imperiya Aralıq dənizi
dünyasını əhatə edən Roma imperiyasından da əhəmiyyətli
dərəcədə fərqlənirdi. Yeni
sivilizasiya meydana çıxmışdı və
Şarlemanın sonrakı bioqrafiyasını yazanlardan birinin
adlandırdığı kimi o, “Avropanın atası” kimi
görünürdü.
Şarlemanın 814-cü ildəki ölümündən
sonra tezliklə Karolinq imperiyasının parçalanması
başlandı. Oğlu Mömin Lui ona varislik etmişdi.
Güclü hökmdar olmadığından onun
özünün dörd oğlu daim bir-birilə vuruşurdu.
Atalarının 843-cü ildəki ölümündən
sonra sağ qalan üç oğul Verden müqaviləsini
imzaladılar.
Bu saziş Karolinq imperiyasını üç
başlıca bölməyə parçaladı. Qərbi Frank torpaqları sonra Fransa
krallığının özəyini təşkil etdi.
Şərqi ərazilər Almaniyaya
çevrildi, “Kiçik çarlıq” isə Şimal dənizindən
Aralıq dənizinə qədər uzanmaqla Niderlandı,
Reynlandı və Şimali İtaliyanı əhatə edirdi.
3. Müqəddəs
Roma imperiyası
Sakson kralları alman krallıqları üzərində
öz ağalıqlarını möhkəmləndirib,
Şarleman imperiyasını diriltdilər. Sali
kralları adlanan yeni sülalə 1024-cü ildən
başlayaraq, iki əsrə yaxın müddətdə
güclü alman monarxiyası və qüdrətli imperiya
yaradıb, ordularını İtaliyaya soxdular. İtaliya müdaxilə üçün olan bir
zonaya oxşayırdı, çünki onun mərkəzi
siyasi hakimiyyəti yox idi. Mühüm
kübarlar şimali İtaliyanı özlərinə tabe etmək
üçün mübarizə aparanda, mərkəzi
İtaliya Papalıq dövlətlərinin nəzarətində
qaldı. Cənubi İtaliyada Lombard
Hersoqları, müsəlmanlar və bizanslılar elə bil ki,
daimi bir münaqişədə idilər.
Qviskarın
(“Hiyləgər”) başçılığı altında
bir qrup norman macəra axtaranları
İtaliyanın şimalını işğal etdi. Onun qardaşı Rocer 1091-ci ildə müsəlman
Siciliyasını özünə tabe etdi, oğlu isə
Siciliya kralı kimi taclandı. XII əsrin sonundan Norman
krallığı Avropada ən qüdrətli dövlətlərdən
biri idi, xristian, yəhudi və müsəlman mədəniyyətlərinin
içində qarışdığı bir qazan olmaqla,
dövlət öz rəsmi sənədlərini latın, yunan və ərəb dillərində
dərc edirdi. Norman krallığı
İtaliyanın cənubunda olmaqla, həm də alman
krallarının iddialarından uzaqda idi. Lakin
alman kralları heç vaxt bütünlüklə
imperiyanı bərpa etmək barədəki istəklərindən
imtina etmirdilər. Yalnız Hohenştaufen
sülaləsi bunu reallığa çevirdi.
Barbarossa kimi tanınan Fridrix yeni növ imperiyanın
(1152-1190-cı illər) bünövrəsini yaratmağa cəhd
etdi. Hohenştaufen sülaləsindən olmaqla o, kral
seçildi. Müqəddəs Roma
imperiyası adlandırdığı “müqəddəs
imperiyanın” başlıca gəlirini mərkəz kimi
İtaliyadan götürməyi planlaşdırırdı.
Lakin İtaliyanın şimalını
işğal etmək cəhdi çətinliklərə səbəb
oldu. Papalıq dövlətini də ona
birləşdirmək istəyinə görə Papa bu plana
qarşı çıxdı və imperator Fridrixin qüvvələrini
1176-cı ildə məğlub etdi.
Fridrixin ölümündən sonra VI Henri Almaniyaya,
şimali və cənubi İtaliyalara nəzarət etməklə
Şarlemandan sonra ən güclü Avropa hökmdarına
çevrildi.
Lakin Henrinin imperiyası tezliklə süqut etdi.
Onun oğlu II Fridrix imperator kimi taclanana qədər
vaxtının çoxunu Almaniyada keçirirdi. Onun
başlıca vəzifəsi Şimali İtaliyaya nəzarəti
əldə etmək idi. Bu, Mərkəzi
İtaliyada Papalıq dünyəvi dövlətinin sonu
olmalı idi. Şimali İtaliyanın azad
şəhərləri də öz azadlıqlarını
itirmək istəmirdilər. II Fridrix
İtaliyada imperiya yaratmaq üçün 1273-cü ildə
Almaniyanı qarışıqlıq və xaos vəziyyətində
tərk etdi. Alman kralı olan Müqəddəs
Roma imperatoru nə Almaniyada, nə də İtaliyada heç
bir real hakimiyyətə malik deyildi.
Fransa və İngiltərədən fərqli olaraq, nə
Almaniya, nə də İtaliya orta əsrlərdə birləşmiş
milli monarxiya yarada bilmədilər. Onların hər ikisi
yüzlərlə kiçik müstəqil dövlətlərin
kral və ya imperatorun yayğın idarəçiliyi ilə sərbəst
konfederasiyası kimi bir coğrafi məna kəsb etdi. Bu bir faktdır ki, nə Almaniya, nə də
İtaliya XIX əsrə qədər birləşmiş dövlətə
çevrilə bilmədi. II Fridrixin
ölümündən sonra isə İtaliya siyasi
qarışıqlıq mühitinə düşdü.
4.
Çingiz xanın monqol imperiyası
Monqollar Asiyada qəribə bir sürətlə hakimiyyətə
qalxdılar. Müasir Monqolustan regionundakı çoban xalq
klanlarda və tayfalarda sərbəst qaydada təşkil
olunmuşdular və çox vaxt bir-birilə müharibələr
aparırdılar. Liderlərdən biri
Temuçin Monqol tayfalarını birləşdirəndə və
1206-cı ildə Çingiz xan (1162-1227-ci illər) titulunu,
bu, “Kainat hökmdarı” mənasını verirdi, qəbul edəndə
həmin vəziyyət dəyişdi. O vaxtdan etibarən
Çingiz xan güclü hərbi qüvvə yaratdı və
özünü döyüşlərə, yürüşlərə
həsr etdi. Çingiz xan qeyd edirdi ki, “İnsanın ən
yüksək sevinci qələbədədir: öz
düşmənlərini məğlub etməkdə,
onları təqib etməkdə, mülkiyyətlərindən
məhrum etməkdə, əzizlərini ağlatmaqda,
atlarını çapmaqda, arvadlarını və
qızlarını qucaqlamaqdadır”. Çingiz
xan öldükdən sonra onu bərabər qaydada səriştəli
olan oğlanları və nəvələri əvəz etdi.
Monqollar XIII əsrdə səhnəyə qasırğa
kimi çıxdılar, onlar şərqə tərəf irəliləyib,
Çini və Koreyanı işğal etdilər. Çingiz
xanın nəvələrindən biri Xubilay xan Çində
işğalı başa çatdırıb,
hökmdarları Yuan kimi tanınan yeni Çin sülaləsini
yaratdı. 1279-cu ildə Xubilay xan
Çinin paytaxtını Xanbalığa (“Xanın şəhərinə”)
köçürdü, sonralar bu şəhər Pekin kimi
Çin adı ilə tanındı.
Monqollar həmçinin qərbə tərəf,
İslam imperiyasına qarşı hərəkət etdilər. Persiya
1233-cü ildə təslim oldu, 1258-ci ildə isə onlar
Bağdadı işğal edib, Abbasid xilafətini məhv etdilər.
1230-cu illərin əvvəllərindən
Avropanın içərilərinə hərəkət etdilər.
Onlar Rusiyanı işğal edib, Polşaya və
Macarıstanın içərilərinə irəlilədilər
və 1241-ci ildə polyak qüvvələrini və Tevton cəngavərlərini
Sileziyada darmadağın etdilər. Elə
bil ki, Avropaya bir xoşbəxtlik bəxş olundu. Monqol orduları daxili vuruşmalara görə geri
döndülər. Qərbi və cənubi
Avropa beləliklə monqolların qəzəbindən
yayınmalı oldu. Bütövlükdə,
monqollar Avropada kiçik təsirə malik oldular, baxmayaraq ki,
onlar tərəfindən Rusiyanın işğalı müəyyən
qədər saxlanıb, qalmaqda davam edən effektlərə
malik oldu.
5. Rusiya
dövlətinin yaranması
987-ci ildə rəsmi qaydada xristianlığı qəbul
edən Kiyev Rus dövləti sonralar xeyli inkişaf etdi. XI əsrin
birinci yarısında bu inkişafın yüksək nöqtəsinə
çatdı. Kiyev cəmiyyətində
boyarlar adlanan torpaq sahiblərindən ibarət olan kübarlar
ağalıq edirdi. Kiyev tacirləri
şimali-qərbdə Skandinaviya ilə, cənubda isə
İslam və Bizans dünyaları ilə daim ticarət əlaqəsi
saxlayırdılar. Dağıdıcı
vətəndaş müharibələri və Asiya
nomadlarının (köçəri xalqlarının) yeni
müdaxilələri Kiyev knyazlığının bir
neçə hissələrə parçalanmasına səbəb
oldu. Gələcək geniş Rusiya
imperiyasının bünövrəsi - məkanı
sayılan bu ərazi uzun müddət hücumlara və
işğallara məruz qaldı. Şimali
Rusiya hökmdarları tərəfindən Kiyevin qarət edilməsi
ilk Rusiya dövlətini biabırçı sonluğa gətirib
çıxardı.
Erkən Rusiyada əsas sivilizasiyalanma və birləşmə
gücü kimi xristian kilsəsi çıxış edirdi. Rusiya kilsəsi
ibadətlərini və təşkilatlanmasını Bizans
imperiyasından götürmüşdü, onun Şərqi
Ortodoks (ruslar bunu Pravoslav adlandırmışdı)
keşişləri X əsrin sonunda Kiyev rusunu
xristianlığa çevirdilər. Rusiya
kilsəsi özünün sərt dini ortodoksiyaya çevrilməsi
ilə tanındı. Baxmayaraq ki,
xristianlıq Rusiya və Avropa sivilizasiyası arasında
ümumi bənd kimi çıxış edirdi, Rusiyanın
dini inkişafı hətta Rusiya və Bizans sivilizasiyaları
arasındakı yaxın oxşarlığa təminat verirdi.
XIII əsrdə monqollar Rusiyanı işğal edib, onu Qərbi
Avropadan hətta daha çox qaydada ayırdılar. Monqollar sayca o
qədər çox deyildilər ki, geniş Rusiya torpaqlarını
məskunlaşdıra bilsinlər. Lakin
aşağı Volqa, Xəzər və Qara dənizlərin
şimalını Kiyevə qədər birbaşa idarə etməyə
başladılar, birbaşa olmayan ağalıqlarını isə
hər yerdə həyata keçirirdilər.
Axırıncılarda Rusiya hökmdarlarından öz monqol
ağalarına bac vermək tələb
olunurdu.
Rusiya hökmdarlarından biri tezliklə digərlərindən
daha güclü oldu. Aleksandr Nevski (1220-1263-cü illər)
Novqorod hökmdarı olmaqla, 1242-ci ildə Buz gölü
döyüşündə müdaxilə edən alman ordusunu
məğlub etdi. Onun monqollarla birgə əlaqəsi,
bura öz qardaşını məhkum etməsi və yerli
vergi qiyamçılarını darmadağın etməsi də
həmçinin daxildir, ona monqolların rəğbətini
qazandırmışdı. Monqol
imperiyasının qərb hissəsinin tanınmış
lideri olan xan, Aleksandr Nevskini böyük hökmdar titulu ilə
mükafatlandırmışdı, bu isə onun varislərinə
Moskvanın və bütün Rusiyanın hökmdarlarına
çevrilmək hüququ verirdi.
1380-ci ildəki
Kulikovo döyüşündən sonra monqol zülmü
nominal xarakter daşımağa başladı, yüz il sonra isə monqol ağalığının
bütün cəhətlərinə son qoyuldu.
XV əsrdə yeni rus dövləti - Moskva knyazlığı əmələ gəldi. Böyük Moskva knyazı III İvan Vasilyeviç Yaroslavlı, Novqorodu, Tveri və başqalarını birləşdirdi, onun dövründə tatar-monqol boyunduruğuna tamamilə son qoyuldu. Rusiya dövlətinin beynəlxalq nüfuzu yüksəldi. XVI əsrdə isə birinci rus çarı IV İvan Vasilyeviç (o, Qroznı adını daşıyırdı) Qazan və Həştərxan xanlıqlarını işğal etdi. Onun hökmranlığı dövründə İngiltərə ilə ticarət əlaqəsi yarandı və Sibirin birləşdirilməsinə başlandı.
XVIII əsrin başlanğıcında Rusiya daha da böyüdü. Daimi islahatlar keçirməkdə Böyük Pyotrun məqsədi Rusiyanı böyük dövlətə çevirmək və onu hərbi qüdrətə yiyələndirmək idi. Onun başlıca məqsədi “Avropaya pəncərə açmaq” olmaqla, bu qitəyə asan çıxmağa imkan verən liman yaratmaq idi. Buna isə yalnız Baltik dənizində nail olmaq olardı, lakin həmin vaxt onun sahillərinə şimali Avropada ən mühüm qüvvə olan isveçlər nəzarət edirdi. İsveçin gənc kralı XII Karl 1700-cü ildəki Narva döyüşündə 8 minlik qoşunu ilə rusların 40 min nəfərlik ordusunu məğlub etdi. Lakin Pyotr 1709-cu ildəki Poltava döyüşündə Karlın ordusu üzərində həlledici qələbə çaldı.
İsveç ikinci dərəcəli dövlətə çevrildi, Rusiya isə Pyotrun istədiyi kimi bu vaxt böyük Avropa dövləti oldu. Pyotr yeni şəhər olan Sankt-Peterburqu saldı, onun Qərbə baxan pəncərəsi Rusiyanın qərbə tərəf, Avropaya baxmasının simvolu idi. Şəhərin tikintisi Pyotrun sağlığında başa çatdı və 1917-ci ilə kimi Rusiyanın paytaxtı oldu.
Pyotrun modernləşdirdiyi və qərbləşdirdiyi Rusiya 1725-ci ildə Pyotr ölərkən Avropa dövlət sisteminin mühüm üzvünə çevrildi. Ancaq qərbləşmə əslində xəyal idi, çünki Qərb mədəniyyəti yalnız yuxarı siniflərə gəlib çatmışdı. Güclü orduya malik olmaq isə Rusiya xalq kütləsi üzərində olan yükü daha da ağırlaşdırmışdı.
(Ardı
var)
Telman
Orucov
525-ci qəzet.- 2016.- 19 mart.- S.20