“Ənənədən gələcəyə”də
milli geyimlər nümayiş
etdirilib
Martın 17-də Muzey Mərkəzində Bakı Milli Geyim Evinin “Ənənədən
gələcəyə” adlı
milli geyim dəfiləsi keçirilib.
AZƏRTAC
xəbər verir ki, geyim evinin
bədii rəhbəri
Könül Vəlibəyli
hər il
Novruz bayramından əvvəl ənənəvi
olaraq bu layihəni həyata keçirdiklərini deyib.
Bildirib ki, dəfilədə Azərbaycanın
bütün bölgələrinə
xas olan 20-dən çox qadın, kişi və
uşaq geyimləri nümayiş olunacaq. Geyimlərin hər biri əl
işidir və geyim evinin kollektivi
tərəfindən hazırlanıb.
K.Vəlibəyli onu da diqqətə çatdırıb
ki, bir neçə
ildir bu layihə ilə yanaşı, Bakı milli geyim evinin
50-dən çox geyimi
ənənəvi olaraq
hər il
keçirilən Novruz
bayramı şənliyində
sərgilənəcək.
Dəfilədə qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin
“Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək nümayiş ediblər.
Balacaların milli geyimdə bayram ab-havalı mahnı oxuyaraq rəqs etməyi dəfiləyə xüsusi
rəng qatıb.
Qeyd edək ki,
Bakı milli geyim evi 2009-cu ildə təsis olunub.
Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus
milli geyimləri əldə etmək mümkündür.
525-ci qəzet.- 2016.- 19 mart.- S.13