Yazıçılar Birliyində şair İlham Bədəlbəyli ilə görüş

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda şair, AYB-nin Moskva bölməsinin katibi, MoskvadakıOcaqAzərbaycan mədəniyyəti cəmiyyətinin vitse-prezidenti, Ümumrusiya Azərbaycanlılar Konqresinin Mərkəzi Şurasının üzvü İlham Bədəlbəyli ilə görüş keçirilib. TədbirLuçƏdəbi-Yaradıcılıq Assosiasiyası tərəfindən təşkil edilib.

 

AZƏRTAC xəbər verir ki, “LuçAssosiasiyasının sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikli qonağı təqdim edərək onun həyat yaradıcılığı barədə qısa məlumat verib. Qeyd edilib ki, İlham Hidayət oğlu Bədəlbəyli 1945-ci il yanvarın 27-də Azərbaycan SSR Sabirabad şəhərində həkim ailəsində anadan olub. O, əmək fəaliyyəti dövründə zavodda fəhlədən tutmuş qəzet müxbirliyinə qədər bir neçə müxtəlif peşədə özünü sınayıb. Lakin poeziyaxəstəliyi”nə çoxdan həmişəlik mübtəla olub. Bu həvəs onu A.M.Qorki adına Moskva Ədəbiyyat İnstitutuna gətirib çıxarıb. İ.Bədəlbəylinin şeirləri rus dilində çapdan çıxmışCənuba məktublar”, “Haraya gedirəm”, “Dənizdə adalar”, “Vernisaj”, “Paradokslar başqa kitablarda toplanıb. “Dənizdə adalarməcmuəsinə görə ədəbiyyat sahəsində N.Ostrovski adına mükafata layiq görülüb.

 

İ.Bədəlbəyli həm tərcüməçilik fəaliyyəti ilə məşğul olur. Onun tərcümə etdiyi kitabların sayı 100-dən yuxarıdır.Xudojestvennaya literaturaRaduqanəşriyyatlarında redaktor işlədiyi dövrdə İ.Bədəlbəyli Nizami Gəncəvinin, Səməd Vurğunun, Mirzə İbrahimovun, Mixaylo Stelmaxın seçilmiş əsərlərini, Rəsul Rza, Nəbi Xəzri, Osman Sarıvəlli, Fikrət Qoca Nazim Hikmətin ikicildlik bircildlik əsərlərini, müxtəlif antologiya almanaxları çapa hazırlayıb.

 

1991-ci ildən yenidən nəşr edilməyə başlamışRusskoye boqatstvojurnalının aparıcı redaktoru redaksiya heyətinin üzvüdür. Elə həmin ildəİzdatelstvo Rusanovaredaksiya-nəşriyyat kompleksinin təsisçilərindən biri dəyişməz rəhbəri olub. Bu nəşriyyatda Çingiz Abdullayevin, Fransuaza Saqanın, Cülyetta Bentsoninin roman povestləri, “Rus klassikləri sevgi haqqında”, “Dünya xalqlarının rəvayətləri başqa seriyalar nəşr edilib. 1993-cü ildə İlham Bədəlbəyli Rusiyada ilk yeganə irihəcmliArionpoetik jurnalının təsisçilərindən sponsorlarından biri olub.

 

İlham Bədəlbəyli həm geniş ictimai aparır. O, MoskvadakıOcaqAzərbaycan mədəniyyəti cəmiyyətinin təsisçisi bu qurumu yaradanlardan biri, onun vitse-prezidentidir. İ.Bədəlbəyli həm Ümumrusiya Azərbaycanlılar Konqresinin Mərkəzi Şurasının üzvüdür.

 

Görüşdə çıxış edən İlham Bədəlbəyli Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin işi barədə danışaraq xatırladıb ki, bu yaxınlarda orada Fikrət Qocanın yubileyi qeyd edilib, rus-Azərbaycan poeziya gecəsi keçirilib.

 

Tədbirin sonunda qonaq özünün nəşr edilmiş kitablarında yer almış, habelə son vaxtlar yazdığı şeirlərini oxuyub.

 

 

525-ci qəzet.- 2016.- 19 mart.- S.12