Mələk timsallı
Uca Tanrının verdiyi ömür payını ləyaqətlə yaşayan,
həyatının mənasını
nəcib, xeyirxah əməllərdə görən, xalqımıza
xas yüksək əxlaqı, mənəvi
dəyərləri parlaq
xarakterində cəmləşdirən
Tükəzban Cahangirova
sözün həqiqi
mənasında cənüb
bölgəsinin nur çeşməsidir.
Bu işıqlı insanın
öz vətəninə,
millətinə bəxş
etdiyi töhfələr
sonsuzdur. O, təhsil və elm sahəsində fəaliyyəti olan dəyərli alim, nəcib ziyalıdır. Keçdiyi şərəfli həyat
yolunun hər günü öz şirinliyi ilə qəlblərə sevinc və xoşbəxtlik gətirir. Eşqi, muradı yaratmaq olan yurdumuzun alim qızının büllur kimi saf əməlləri dünyanı gözəlləşdirməklə
ürəklərdə xalqın
səadəti naminə sevgi göyərdir. Elə yaxşılıq etmək
Tükəzban xanımın
ömür qismətinə
Böyük Yaradan tərəfindən pay düşüb.
Günəş nəfəsi aləmi
isitdikcə, özü
də kamillik və mənəviyyat zirvəsində daha parlaq görünür.
Zəka məşəli
ilə həyatlara şölə saçan Tükəzban Cahangirova Lənkəran şəhərindəndir . O dil
və ədəbiyyat müəllimi kimi fəaliyyətinə Lənkəran
şəhər
6 saylı
məktəbdə başlayıb.
İlk gündən müəllim adı ona hər şeydən uca və əziz olub. Qəlbinin odunu şagirdlərin mənəvi dünyasına hopdura-hopdura millətin gələcəyi
üçün çalışır.
Tez də geniş dünyagörüşü, biliyi,
gözəl əxlaqı,
sözə və elmə olan sevgisi ona uğur
qazandırır. Ən əsası
dərs adlı sənət əsərində
özünün bənzərsiz
dəst-xəttini yaradır.
Qəlbində gəzdirdiyi həyat
eşqi, yaşatmaq, yaratmaq həvəsi də hər an onu müşayiət edir. Bir müddət məktəbdə
şagirdlərin təlim-tərbiyəsi
ilə məşğul
olur. O rahatlığı , həyatın gözəlliyini
şagirdlərinin uğurlarında,
yeniyetmələrinin firavanlığında
axtarır. Bir qayda olaraq geniş, çoxcəhətli
pedaqoji fəaliyyəti,
sənətinə vurğunluğu
Tükəzban Cahangirova
həmişə nüfuz
gətirir. Və yurdu
üçün qəlbində
günəş odu yaşadır ki, dünyanın gözəlliklərini
görməklə ömrümüz,
günümüz mənalı
olsun. Bütün
bunlara görə Lənkəran elində böyük də , kiçik də onun zəngin daxili aləminə , davranış və ünsiyyət mədəniyyətinə,
vətəninə olan
sonsuz məhəbbətinə
heyran kəsilir. Tükəzban xanımın
ürəyindən keçən
bütün işlər
el-obasına , millətinə mənəviyyatına olan
sevgidən başlayır.
Yəni həyatda nə edirsə sevgi ilə edir.
T .Cahangirova 1999-cu ildə Pedaqoji elmlər namizədi elmi dərəcəsini alıb.
Lənkəranın ilk alim qadınıdır.
Parlaq istedad böyük ürək sahibi olan Tükəzban
xanım 15 il
Lənkəran Pedaqoji
Texnikumunda çalışıb.
Həmişə də tələbələrinə
qayğı göstərib,
arxa durub, uğurlarına sevinməklə
onları xoşbəxt
gələcəyə həvəsləndirib.
Bəli, Tükəzban
xanımın elmə
sonsuz məhəbbəti , doğma yurduna
qəlbən bağlılığı
, xalqına təmənnasız
xidməti texnikumda ondan layiqli nişanələr
saxlayır. İndinin
özündə də
onun qoyduğu yadigarlardan yetərincə
faydalanan müəllimlər
çoxdur.
T.Cahangirova 2006-cı ildən Lənkəran Dövlət Universitetindədir. Vətənpərvər, milli qeyrət hissinə malik ziyalı, öz millətinin təəssübkeşi
olduğuna görə
burada böyük hörmət sahibidir.
Həyatının mənasına nəcib
xeyirxah əməllərdə
taparaq bütövlükdə
xalqının tərəqqisinə,
maariflənməsinə əvəzsiz
töhfələr verir.
Universitetdə baş müəllim,
pedaqogika üzrə fəlsəfə doktoru kimi elmi fəaliyyəti
çox dəyərlidir.
Fəqət, bəşər övladına xas yüksək mənəvi
əxlaqi dəyərlər
onun xarakterinə, ruhuna elə hopub ki, hər
əməli paklıq,
saflıq dünyasından
xəbər verir.
Xalq üçün çalışmaq, yazıb-yaratmaq
insanlara səmimi xidmət etmək istəyi Tükəzban xanımın iş dünyasından mənəvi
aləmindən qaynaqlanır.
Tanınmış alim, pedaqoq, şair Tükəzban Cahangirova hər an fəaliyyətdədir. Məqamında öz sözünü
deməyi bacarır.
Sözə , elmə olan
sevgisi onu həmişə uzaq edir. O , elə
insandır ki, onunla ünsiyyətdə olmaq adama zövq
verir. Həyatda çox alicənab,
mehriban, sakit təbiətli, xeyirxah bir Azərbaycan xanımıdır. Onun
haqqında bir şeirdə gözəl deyilir:
Qadınlıq nümunəsi, bizim
səcdə yerimiz,
Ey gözəllər
gözəli, əziz
müəllimimiz.
Doğma
bir ana kimi
qəlbimizdə qor oldun,
Üzünüzdəki gülüş yolumuzda nur oldu.
Onu da deyim ki, pedaqogika elminin bütün incəliyinə dərindən bələd olan, ensiklopedik bilik, dərin zəka sahibi olan Tükəzban Cahangirova 2008-ci ildə fəxri professor adina layiq görülüb. O, iki kitabın ,1 dərs vəsaiti, ali məktəblər üçün pedaqogika proqramının, 5 metodik tövsiyənin, onlarla elmi məqalənin müəllifidir. Hazırda yeni dərslik üzərində çalışır. Tükəzban xanımın son aylar çapdan çıxmış dəyərli dərs vəsaiti olan kitabı "Müasir təlim texnologiyaları" adlanır. Vəsaitdə təhsilin orta, orta ixtisas və ali məktəb pillələrində müasir təlim texnologiyalarının tətbiqi imkanlardan geniş bəhs edilir. Əsasən ali məktəblərdə "Müasir təlim texnologiyaları" adlı seçmə kursları aparan və bu tipli fənlərdən dərs keçən müəllimlər üçün nəzərdə tutulub. Kitabdan müəllimlər, tələbələr, dissertantlar, doktorantlar, pedaqoji və psixoloji sahədə tədqiqat aparanlar istifadə edə bilərlər.
Ümumiyyətlə, dərslik yazmaq çətin işdir. Müəllifdən dərin bilik, yüksək təfəkkür, böyük pedaqoji ustalıq tələb edir. Tükəzban xanım alim-pedaqoq olmaqla bərabər, həm də həssas psixoloq olduğu üçün bu işi layiqincə görə bilir.
Tükəzban xanımın bədii yaradıcılığı da zəngindir. Öz yaradıcılığında klassiklərə daim istinad edir. Odur ki , hər bir poetik əsəri oxucu qəlbinə tez yol tapa bilir. Millilik, dövlətçilik, vətənpərvərlik, doğma el-obaya sahiblik əsərlərinin ruhu və mahiyyətidir. Şeirləri, müxtəlif səpgili oçerkləri tez-tez mətbuatda dərc olunur. Bu da onu göstərir ki, xalqın tərəqqisi üçün Tükəzban xanım öz bacarığı, qabiliyyəti, eyni zamanda dərin zəkası ilə çox şeyə qadirdir. Gördükləri də ona xüsusi hörmət qazandırır. O, Yazıçılar Birliyinin, Azərbaycan Psixoloqlar Assosiasiyasının, Amerika " SORUS " proqramının, İstanbulda Azərbaycan Kültür Cəmiyyətinin üzvüdür.
Tükəzban xanım layiqli vətəndaş, nəcib ziyalı kimi bütün sevgilərə layiqdir. Tərbiyə etdiyi üç oğlu da öz xeyirxah, savab əməlləri ilə ananın adını ucaldırlar. Tükəzban xanım bütün işlərdə insanlara işıq tutur. Bu da çox gözəl ömürdür.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.- 2016.- 29 mart.- S.8