Türkiyə-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub

 

ELÇİN ƏHMƏDOV: "İKİ ÖLKƏ ARASINDA BÜTÜN SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ DİNAMİK ŞƏKİLDƏ İNKİŞAF EDİR"

 

 

"Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət hökumət başçılarının, eləcə siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub".

 

Bu sözləri Qarabağ Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

 

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində Türkiyə Azərbaycanla münasibətlərdə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləyib, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib: "Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ökələri arasında nəqliyyat kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən "Avropa-Qafqaz-Asiya Transqafqaz" nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi "Böyük İpək Yolu"nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verib. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi strateji maraqlarının təmin edilməsinə xidmət edir".

 

E.Əhmədov bildirib ki, Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir: "Xəzər regionunda fəal mövqeyi ilə seçilən Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə  cəmləşdirib. Bu məqsədlə Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürüb kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən mübahisəli müzakirələrə səbəb olan "Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş"in Azərbaycan, Gürcüstan, Türkiyə ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı Avropaya inteqrasiyası sahəsində mühüm addım olub. Bununla yanaşı, "Şahdəniz" yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin inşasının həyata keçirilməsi haqqında qərar qəbul edilib. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycan Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində hər iki dövlətin dünya birliyinə hərtərəfli inteqrasiyası istiqamətində mühüm əhəmiyyət kəsb edir".

 

Mərkəz sədri qeyd edib ki, hazırda prezident İlham Əliyev Türkiyə ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək starteji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb: "Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir: "Bu mənada 2008-ci il iyulun 24-də Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu dəmir yolunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirib. Hazırda regionun ən böyük mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft qaz ehtiyatlarına malik olması deyil, eləcə ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə   həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir".

 

E.Əhmədov bildirib ki, 2010-cu il avqustun 16-da imzalanan "Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə", eləcə də  "Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" nin imzalanması mühüm əhəmiyyət kəsb edir: "Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adı çəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addımdır. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının  ilk iclası 2011-ci il oktyabrın 25-də İzmir, ikinci 2012-ci il sentyabrın 11-də Qəbələ, növbəti 3 iclas isə 2013-cü il noyabrın 13-ü, 2015-ci il yanvarın 15-ü və 2016-ci ilin martın 15-də Ankarada keçirilib. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Azərbaycan Prezident İlham Əliyev bütün dünyaya bəyan edib ki, Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq: "Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz, Türkiyə xalqının iradəsinə təsir edə bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz".

 

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsi olduğunu bildirən siyasi elmlər doktoru hesab edir ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasiiqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynayır: "Prezident İlham Əliyev bu barədə qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir: "Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulub. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz var. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur".

 

Ümumiyyətlə, müstəqillikdən keçən 25 il ərzində Türkiyə ilə arasında əlaqələr daim yüksək səviyyədə olub. Hazırda ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafı Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin genişlənməsinə yönəlmiş ardıcıl və məqsədyönlü siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub".

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 29 mart.- S.4