“Erməni
zindanında səkkiz gün” kitabı Bilik fondunda müzakirə
edilib
31 mart Azərbaycanlıların soyqırımı günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü ilə Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının müzakirəsi olub. Azərbaycan Respublikasının Prezidenti yanında İnformasiya Təminatı sektorundan SİA-ya verilən məlumata görə, kitabda Xocalı sakini-müəllif əsirlikdə olduğu məşəqqətli günləri qələmə alıb.
Bilik Fondunda keçirilən tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev açıb, qonaqları salamlayıb və kitab haqqında fikirləri ilə bölüşüb.
Sonra Azərbaycan Sosial Rifah Partiyasının rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı belə bnir kitabaın Azərbaycanda və ölkədən kənarda yayılmasının vacibliyindən söz açıb.
Yazıçı Mirmehdi Ağaoğlu ötən ilin Nobel mükafatçısının məhz real hadisələri qələmə alan Svetlana Alekseyevna olduğunu xatırladaraq bu gün dünya ədəbiyyatında artıq reallıqlara üstünlük verildiyini bildirib.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Erməni zindanında səkkiz gün” kitabının ədəbiyyatdan çox tarix üçün önəmindən bəhs edib.
Kitabın geniş müzakirəsindən sonra Dürdanə Ağayeva yaşadıqlarını gündəlik kimi yazmağa başlayanda kitab çap etdirmək fikrinin olmadığını deyib və bildirib ki, bu fikrini illər keçəndən sonra məhz ona görə dəyişib ki, yaşananlar tarixdir və bu tarix gələcək nəsillərə çatdırılmalıdır.
Tədbirdə Sosial
Rifah Partiyasının Qadınlar
Şurasının sədri Əsli Kazımlı, Dövlətlərarası
Media və Diplomatiya Mərkəzinin
rəhbəri Ülkər Musazadə, İsrailin
“Cəmiyyət üçün beynəlxalq
layihələr” Qeyri-Hökumət Təşkilatının
başçısı Arye Qut, ictimaiyyət və media
nümayəndələri iştirak
ediblər.
525-ci qəzet.- 2016.- 30 mart.- S.4.