Əyyub Quliyev beynəlxalq
müsabiqənin münsiflər heyətində
Astanada görkəmli qazax bəstəkarı, tanınmış
ictimai xadim və pedaqoq Erkeqali Raxmadiyev adına dirijor
və vokal ifaçılarının birinci
beynəlxalq müsabiqəsi
keçirilib.
Müsabiqə Qazaxıstanın Mədəniyyət
və İdman Nazirliyi, Astana şəhər
meriyası, bu ölkənin Elmlər Akademiyası və Dövlət İncəsənət
Universitetinin təşkilatı
dəstəyi ilə reallaşıb.
Beynəlxalq müsabiqədə Rusiya,
Qazaxıstan, Qırğızıstan
və digər ölkələrdən 104 gənc
dirijor və müğənni iştirak
edib. Müsabiqənin təşkilat komitəsinə
Xalq artisti, professor, Qazaxıstan İncəsənət
Universitetinin rektoru, tanınmış skripka ifaçısı Ayman Musaxodjayeva sədrlik edib. Müsabiqənin münsiflər heyətində
tanınmış sənət
adamları ilə yanaşı, Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyev də təmsil olunub.
Ə.Quliyev AZƏRTAC-a bildirib ki, münsiflər
gənc ifaçıları
dinləyib və ən layiqlilərini qiymətləndirib.
Qaliblərin təqdimat mərasimi və yekun konserti
Qazaxıstan Dövlət
İncəsənət Universitetinin
böyük zalında
keçirilib. Mərasimdə Əyyub Quliyevin
dirijorluğu ilə Qazaxıstan Dövlət İncəsənət Universitetinin
orkestri və müsabiqənin laureatları
çıxış edib.
Müsabiqə proqramı çərçivəsində
musiqişünas alimlərin
Beynəlxalq elmi-praktiki
konfransı və münsiflər heyəti üzvlərinin ustad dərsləri də keçirilib.
525-ci qəzet.- 2016.- 30 mart.- S.4.