"Göz muncuğu" "Drujba narodov"un səhifələrində

 

 

Moskvada nəşr olunan "Drujba narodov" jurnalında (№ 3 2016) Xalq yazıçısı Anarın "Göz muncuğu" povesti dərc edilib.

 

Povesti rus dilinə Natiq Rəsulzadə çevirib.

 

Jurnalın elə həmin nömrəsində moskvalı tənqidçi və yazıçı Lüdmila Lavrovanın Anarın yaradıcılığına həsr edilmiş "Gələcəyin məkanında suallara cavab varmı" adlı geniş məqaləsi çap olunub.

525-ci qəzet.- 2016.- 30 mart.- S.4.