Dinləsin bəşər
90 yaşlı böyük
şair Söhrab Tahirin şərəfinə
Köksünə iki-üç cahan yerləşər,
Düşməz yaxınına nə zülmət, nə şər.
Dinləsin planet,
Dinləsin bəşər
Vətən nəğməsini Söhrab Tahirin.
Millət
ayılsa da hələ yatan var,
Halal el malını
çalıb-çatan var.
Fəqət dəfinədən üstün
tutan var,
Bircə kəlməsini Söhrab Tahirin.
Gah göyə qalxırıq,
gah enirik biz,
Bəzən dayaqlara söykənirik
biz.
Ömür kitabından öyrənirik
biz,
"Yaxşılıq" dərsini Söhrab Tahirin.
Gec-gec fərəhlənib, tez-tez
qəm yeyir,
Zili-zil çağırır, bəmə-bəm
deyir;
Bütün uşaqlara Nəsibəm
deyir,
Gördüm nəvəsini Söhrab Tahirin.
Verir fərmanını vaxt yavaş-yavaş,
Quzeyə
xoş gəlir güneyli qardaş...
Bütövlük əsrinin hər
günündə kaş,
Eşidək səsini Söhrab
Tahirin!
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.- 2016.- 31 mart.- S.8.