Hərbi liseydə Səttar
Bəhlulzadə ilə bağlı görüş
Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Rəssamlar
İttifaqının kollektivi ilə incəsənət həftəsi
çərçivəsində Xalq Rəssamı Səttar Bəhlulzadənin
yaradıcılığına həsr olunmuş
görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xalq Rəssamı Arif Hüseynov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və rəssam Adil Şıxəliyev Səttar Bəhlulzadənin yaradıcılığından və yaratdığı əsərlərdən danışıblar.
Hərbi liseydə rəsmlə məşğul olan kursantlara rəsm ləvazimatları və S. Bəhlulzadənin yaradıcılığına həsr olunmuş kitablar hədiyyə edilib.
Sonda qonaqlar
kursantların çəkdikləri rəsmlərə tamaşa edib və onlarla xatirə fotosu
çəkdiriblər.
525-ci qəzet.- 2016.- 31 mart.- S.7.