Elnarə
Abdullayevanın üç günlük konserti uğurla yekunlaşıb
Əməkdar
artist Elnarə Abdullayevanın Heydər Əliyev Sarayında
keçirilən üç günlük konserti başa
çatıb.
Axşam.az-ın məlumatına görə, xanəndə gecəni muğamla açıb. Tamaşaçıları salamlayan E.Abdullayeva onu tək qoymayanlara təşəkkürünü bildirib:
“Qonaqlar, gələn
ayaqlarınız var olsun.
Allah sizə dəyməsin. Konsertimi
heç bir sponsor təşkil etməyib. Mən sponsorum olan xalqıma minnətdaram.
Sizi verən Allaha qurban olum. Yaxşı ki, varsınız. Hamınız xoş gəlmisiniz”.
İfası ilə yanaşı
maraqlı söhbətləriylədə
yadda qalan E.Abdullayeva konsertin 3 gün davam etməsinin səbəbini
açıqlayıb:
“Burada xüsusi diqqətə ehtiyacı olan özəl qonaqlarımız var. Buraya
qocalar evinin sakinlərini, qaziləri və şəhid ailələrini toplamışıq. Canımız dövlətimizə, millətimizə
fəda olsun. İnsanlarımıza göstərdiyi qayğıya
görə dövlətimizin
rəhbərinə minnətdaram”.
E.Abdullayevanın konserti
qalmaqalsız ötüşməyib. Özünü
təşkilatçılardan biri kimi təqdim edən Akif
adlı şəxs mətbuat nümayəndələrinə
qarşı hörmətsizlik edib. O,
fotokameraların içəri keçirilməsinə və
çəkiliş edilməsinə icazə verməyib.
Jurnalistlər gizli şəkildə
fotoaparatları içəri keçirməyə
çalışıblar.
525-ci qəzet.- 2016.- 31 mart.- S.7.