Daşnakların Türküstanda qanlı izləri

 

Şuxrat Salamovun "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə" sensasiyalı kitabı haqqında. Daşkənd , "Yangi asr avlodi" nəşriyyatı, 2015-ci il

 

 

Orta Asiya Qafqazın türkdilli xalqları arasında ümumi cəhətlər çoxdur - dilləri dinləri birdir, adət ənənələri oxşardır. onları bir çox oxşar çox dramatik tarix birləşdirir. Xüsusilə, əvvəlcə Rusiya imperiyası tərkibində, sonra isə Sovet İttifaqında birgə yaşadıqları dövr.

 

Biz mədəniyyət bayramlarında, müxtəlif ədəbiyyat incəsənət dekadalarında bir-birimizə qonaq getməyi sevirdik, mənəvi əcdadlarımızı ustadlarımızı xatırlayırdıq. Müstəqillik uğrunda mübarizə tariximizin bu mübarizənin faciəvi səhifələri barədə söz açmaq bir qədər yasaq idi. Daha çox xalqlar dostluğundan, könüllü olaraq Rusiyaya birləşməyimizdən çarlığın ucqarlarındakı geri qalmış müsəlman xalqlarının bu isti "qardaş" ağuşunda nəhayət ki azadlığa qovuşduğundan, sivilizasiyanın nemətlərindən faydalandığından danışırdıq. Birləşmənin kifayət qədər qanlı keçməsi, azadlığın isə demək olar ki hər yerdə yeni əsarətə çevrilməsi haqda fikir söyləmək qadağan idi qarşısı kifayət qədər sərt alınırdı.

 

XX əsrin sonlarında SSRİ dağıldı, bir sıra xalqlar bu əsr müddətində ikinci dəfə milli dövlət qurmaq imkanı qazandılar dərhal bundan istifadə etdilər. Milli ziyalıların qarşısında tarixi ideoloji laylardan Sovet rejiminin təhriflərindən təmizləmək, ölkənin, millətin, etnosun əsl tarixi salnaməsini yazmaq vəzifəsi zərurət kimi dayandı.

 

1993-cü ildə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev  alimlərin qarşısında məhz bu vəzifəni qoydu:

 

"... Biz tariximizi həmişə obyektiv təhlil etməliyik bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif edilir".

 

O vaxtdan keçmiş 20 ildən bir qədər artıq zaman ərzində Azərbaycan alimləri fundamental silsilə tədqiqatlarında daşnak ideoloqlarının başçılığı altında erməni şovinist millətçilərinin Azərbaycan xalqlarına qarşı törətdikləri dəhşətli cinayətləri və soyqırımı faktlarını üzə çıxararaq bu istiqamətdə çox böyük həyata keçirmişlər. budur, indi Daşkənddən gəlmiş və Rusiya imperiyasının Türküstanın işğalı tarixini bütünlüklə yeni baxışla gözdən keçirməyə məcbur edən, bizə daşnaklar tərəfindən 1918-ci ildə Fərqanə vadisində dinc əhalinin kütləvi surətdə qətl edilməsinin faciəvi səhifələrini göstərən ilk qaranquş.

 

"Parçalahökm sür!"

 

İnqilaba qədər, indi müstəqil Özbəkistan, Qırğızıstan, Türkmənistan, qismən Qazaxıstanın torpaqları daxil olan Mərkəzi Asiyanın geniş əraziləri Türküstan adlanırdı. Kitabın müəllifi ilk fəsillərdə türk torpaqlarının tarixi keçmişindən, Rusiyanın XVI əsrdən başlayaraq öz geostrateji maraqları zonasına daxil etdiyi Türküstanın işğal edilməsi və müstəmləkəyə çevrilməsinin  necə və hansı şəraitdə baş verdiyindən danışır. Bu fəsillərdə Azərbaycanın geniş ictimaiyyətinə bu vaxtacan məlum olmayan çoxlu tarixi faktlar vardır. Şuxrat Salamov çar Rusiyasının Türküstana bütün hərbi ekspedisiyalarından söz açır, bu missiyaların rəhbərlərinin soyadlarını verir, o dövrün qəzet-jurnal mənbələrindən sitatlar gətirir, çarizmin əsl planlarının və işğal siyasətinin gerçək mahiyyətini ortaya çıxarır. Başlıcası isə, Türküstanın işğalının görünməmiş zorakılıq və qırğınla müşayiət olunduğunu inandırıcı surətdə, çoxsaylı faktlar göstərməklə sübut edir. Rusların bütün hərbi əməliyyatları istər Kokandda, Səmərqənddə olsun, ya Buxarada, yerli əhalinin şiddətli müqavimətinə tuş gəlirdi. Axaltəkə mahalındakı Göy Təpə qalası isə düz altı ay rus ordusuna qarşı müqavimət göstərmişdir. Sonda rus əsgərləri necə olsa qalaya soxulduqda isə sağ qalanların hamısını kəsib-doğramış, bütün ətraf torpaqları qarət etmiş, viran qoymuşlar. "Mütərəqqi Rusiya ziyalıları,  -  yazır Ş.Salamov,  -  o cümlədən, böyük rus yazıçısı, "Hərb və sülh" romanının müəllifi Lev Tolstoy general Skobelevin başçılığı altında rus ordusunun Göy Təpə qalası müdafiəçilərinə etdiyi vəhşilikdən nifrət və ikrah hissi ilə yazırdılar".

 

Bununla belə, tarixi sükutla keçmək mümkün deyil, həqiqət gec ya tez üzə çıxmalıdır. Bu gün ərazilərində bir vaxtlar Göy Təpə qalası yüksələn türkmənlər hər il 1881-ci ilin kədərli 12 yanvar hadisələri ilə əlaqədar Milli Yaddaş Gününü qeyd edir və şəhidlərə dualar oxuyurlar. Göy Təpənin yerində isə həlak olanların xatirəsinə abidə ucaldılmış və əzəmətli məscid inşa edilmişdir.

 

Müəllif türküstanlıların qəhrəmanlığından qürurla yazır və bir zamanlar müstəqil olan xanlıqların məğlubiyyətinin səbəbləri barədə - hərbi cəhətdən gerilik, daxili çəkişmələr və ziddiyyətlər, xanlıqların arasına nifaq salınması və s. - kədərlə danışır. XIX əsrin ikinci yarısında bu xanlıqların ərazilərində Rusiya imperiyasının Türküstan general-qubernatorluğu yaradıldı. Mərkəzi Asiya torpaqlarında yaşayan türklərin tarixinin yeni səhifəsi başlandı. 

 

Cadidizm və Türküstanın müstəqilliyi uğrunda mübarizə

 

İstorioqrafiyada az öyrənilmiş cadidizm hərəkatı, onun tərəfdarlarının milli tərəqqi, birləşmə və Türküstanın dövlət müstəqilliyi uğrunda mübarizəsinə kitabda kifayət qədər maraqlı səhifələr həsr edilmişdir. Türküstan cadidlərinin proqramı üç ideya prinsipinə əsaslanırdı - Hürriyyət (Azadlıq), Müsavat (Bərabərlik) və Adolat (Ədalət). Türküstan cadidlərinin müəssisi böyük türk İsmayıl bəy Qaspıralı (Qasprinski) hesab edilir. Cadidlər üsuli-cədid məktəbləri açır, maarif və nəşriyyat fəaliyyətini tənzimləyirdilər, çarizmin devrilməsindən və fevral inqilabından sonra isə imperiyadan tamamilə ayrılmaq, yaxud heç olmasa Rusiya Federasiyası tərkibində milli muxtariyyat uğrunda mübarizə apararaq öz siyasi partiyalarını yaratmışlar. 1917-ci ilin aprelində müsəlmanların I Ümumtürküstan qurultayında cadidlər Türküstan muxtariyyatının qurulmasını elan etməyə müvəffəq oldularbu, müəllifin fikrinə görə müsəlman dünyasında parlament respublikası yaradılmasına ilk cəhd hesab edilməlidir. Lakin bu, məhz cəhd idi, çünki ADR-dən fərqli olaraq həmin muxtariyyat çox qısa müddətdə mövcudiyyətini sürmüşxeyli nominal mahiyyət daşımışdır. Tezliklə muxtariyyat bu diyarda Sovet hakimiyyəti qurmuş bolşeviklər tərəfindən darmadağın edilmişdir. Bir çox cadidlər həbs edilmiş, 30-cu illərdə Stalin repressiyaları zamanı isə onların əksəriyyəti məhv edilmişdir.

 

Görünməmiş bolşevik terroruna cavab olaraq yerli əhalinin, müəllifin milli azadlıq mübarizəsi adlandırdığı üsyanları baş qaldırmışdır. Sovet tarixində 1918-dən 1935-ci ilədək davam edən bu mübarizə "basmaç hərəkatı" kimi məlumdur. Vladimir Motılın məşhur "Səhranın bəyaz günəşi" filmi hamımızın yadındadır, orada qızıl əsgər Suxov qadınları Abdullanın hərəmxanasından xilas edir. Özü də, basmaç Abdulla aşkar quldur kimi təsvir edilir. Əslində isə Abdulla kimi insanlar bolşeviklərə və ya ruslara qarşı vuruşmurdular, onlar bolşevik terrorunun çapıb-taladığı doğma ocaqları, öz həyat tərzi, dəyərləri uğrunda döyüşürdülər. Və bu dəhşətli müharibə yüz minlərlə türküstanlının həyatına son qoydu, milyonları qaçqınlığa məhkum etdi. Bütün bunlara səbəb isə 1918-ci ildə Fərqanədəki qanlı hadisələr idi, burada müsəlman əhalisinin erməni daşnakları tərəfindən kütləvi qətliamı və etnik təmizləmə baş vermişdi. Bu hadisələrə "Türküstan və Cənubi Qafqaz" kitabının müəllifi öz tədqiqatında xüsusi yer ayırır.

 

Daşnakların Türküstanda qanlı izləri

 

Qəribədir, amma Azərbaycanda çox az adamın bundan xəbəri var. Bununla belə, 1918-ci ildə Bakıda dəhşətli mart qırğınlarından bir ay qabaq elə o cür qətliam daşnaklar tərəfindən Kokandda, ətraf qışlaqlarda və Fərqanə vadisinin bir çox yaşayış məntəqələrində həyata keçirilmişdir.  Türküstanda daşnakların etdikləri vəhşiliklər haqqında bir çox özbək tarixçiləri və publisistləri yazmışlar, halbuki, məlum məsələdir, bu mövzu Sovet zamanında bizdə, Azərbaycanda olduğu kimi qadağa altında idi. Bu hadisələrin şahidlərindən biri Turar Rıskulov erməni daşnakların Türküstanda törətdikləri cinayətlər haqda müfəssəl hesabat qoymuşdur.

 

Məsələ ondadır ki, bolşeviklər Türküstan muxtariyyatı hökumətindən silahı yerə qoymağı, səlahiyyətlərindən əl çəkməyi və Sovet hakimiyyətini tanımağı tələb etmişlər. Hökumət bu qanunsuz tələbləri cavabsız qoymuşdu. onda bolşeviklər cəza əməliyyatına gedirlər, həm də bunu əsas etibarilə dinc əhaliyə qarşı icra edirlər. Əsas cəza funksiyalarını isə, sonralar Qafqazda olduğu kimi ermənilərin millətçi-şovinist partiyası "Daşnaksütyun"un silahlı dəstələri öz üzərinə götürüb. Belə ki, daşnaklar Kokand şəhərini bütünlüklə yandırıb məhv etmiş, şahidlərin söylədiyinə görə "ölülər şəhərinə çevirmişdilər". Fərqanə vadisində təkcə Türküstan muxtariyyatı müdafiəçilərinin xeyli hissəsini təşkil edən özbəkləri deyil, həm də Kokandın digər icma nümayəndələrini - farsları, yəhudi və hətta rusları da qırıb çatmışlar (Quba hadisələrindəki analogiyalar yada düşür). Cinsinə və yaşına fərq qoymayaraq hamını məhv ediblər. Məhəllələr və qışlaqlar yandırılıb, daşnakların çalıb-çapdıqları saysız əşyalar isə vağzala daşınıb ki, "hərbi qənimət" qismində dəmir yolu ilə Qafqaza aparılması rahat olsun. 1918-ci ilin iyununda Türküstan kommunist partiyasının birinci qurultayında daşnaklara "Türküstan diyarında   inqilabi hərəkatda  iştirak etdiklərinə görə, yerli hakimiyyətin ortadan qaldırılmasında bolşeviklərə fəal yardıma görə, döyüşlərdə iştirakayerli müsəlman əhaliyə qarşı cəza aksiyalarının icrasına görə" (?!) rəsmi təşəkkür bildirilib.

 

Təəssüf ki, özbək tarixçilərinin etirafına görə, bu mövzuda hələ bütün arxivlər tədqiq olunmayıb, daşnakların əliylə həlak olanların dəqiq sayı belə məlum deyil. Belə ki, Milli ensiklopediyada Fərqanə vadisində dinc əhali qurbanlarının sayı 35 min rəqəmi ilə göstərilir, lakin Türküstanın bolşeviklər tərəfindən işğalı bütövlükdə, demək olar ki, 2 milyon insanın həyatına son qoyub. Axı Türküstan muxtariyyatının ləğv edilməsi və yerli əhalinin erməni daşnakları tərəfindən qətliama uğramasına cavab olaraq diyarda, xatırladıram, güclü milli azadlıq hərəkatı başlayıb və bolşeviklər bunu yalnız 30-cu illərin sonuna yaxın aradan qaldıra biliblər. Yerli əhaliyə qarşı etnik təmizləmə aparan Sovet-bolşevik diktaturası qəsdən uzunmüddətli vətəndaş müharibəsi törətmiş və bu, bütün Mərkəzi Asiyada milyonlarla dinc əhalinin məhvinə səbəb olmuşdur.

 

Tarixin dərsləri

 

Ş.Salamovun kitabının son fəsilləri Qarabağ münaqişəsinin tarixinə və səbəblərinə, müəllifə görə, faşizm ideologiyası ilə müqayisə oluna bilən təcavüzkar separatçılıq və millətçi-şovinizm siyasətinin ifşa edilməsinə həsr olunmuşdur. Müəllif Qərbin yürütdüyü ikili standartlar siyasətindən, Yerevanın saxtakar tarixçilərinin sərsəm ideya və konsepsiyalarından, Xocalıda dinc əhalinin kütləvi qətliamından, ATƏT-in Minsk qrupunun köməksizliyindən, acizliyindən və s. söhbət açır.  Müəllif millətçiliklə köklənmiş ermənilərin Qafqazda, Türkiyədə, yaxud Orta Asiyadakı  yerli əhali ilə münaqişələr törətməsində böyük dövlətlərin rolunu müəyyən edir. Ş. Salamovun fikrincə, üzdəniraq "erməni məsələsi" hər dəfə böyük dövlətlər tərəfindən öz geosiyasi maraqlarının reallaşdırılması üçün qaldırılmış, ermənilər isə bu iyrənc oyunda itaətkar əlaltı rolu oynamışlar.

 

Yeri gəlmişkən, kitab müəllifinin yazdığına görə, SSRİ-nin dağılmasından bu günə qədər Özbəkistan və onun rəhbərliyi bütün istiqamətlər üzrə Ermənistana etinasızlıq siyasəti yürüdür. Belə ki, Özbəkistan Mərkəzi Asiyada, öz paytaxtında Ermənistan səfirliyi olmayanöz səfirliyinin Ermənistanda olmadığı yeganə ölkədir! Bütün postsovet mövcudiyyəti illərində Özbəkistan Ermənistanla heç bir siyasi, ticari yaxud mədəniyyət sazişi imzalamamışdır.

 

Müxtəsər söyləsək, Özbəkistan rəhbərliyinin Ermənistanın təcavüzkar separatçılıq siyasətinə münasibəti birmənalı olaraq mənfidir. Və bu münasibət böyük əhəmiyyət kəsb edir. Yazıçı və publisistlərin vəzifəsi isə ondan ibarətdir ki, bu siyasət haqda və erməni millətçi-şovinistlərin artıq XX əsrin sonlarında Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən Özbəkistanda və SSRİ-nin digər respublikalarında adi insanlar xəbərdar olsun. Şuxrat Salamovun kitabına bənzər tədqiqat və əsərlərin dəyəri buna görə çox böyükdür. Təsadüfi deyil ki, bu layihənin reallaşmasında özbək aliminə kömək etmiş Azərbaycanın Özbəkistanda Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü və səyləri sayəsində "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə" kitabı hazırda dünyanın aparıcı xarici dillərinə tərcümə olunur. Ş.Salamovun tədqiqatından təsirlənmiş Azərbaycan deputatı Fəzail Ağamalı isə özbək müəllifinin kitabının Azərbaycan dilinə tərcüməsinin və nəşrinin zəhmətini öz üzərinə götürmüşdür.

 

Deyirlər, çətini başlamaqdır. Biz üzdəniraq erməni şovinizmi kimi qorxulu bəlaya qarşı sadəcə olaraq birgə dayanmağa borcluyuqbunu həyata keçirməliyik. Biz, türk xalqları əlimizdən gələn hər şeyi etməliyik ki ziyalıların və sadə insanların geniş kütlələri erməni faşistlərinin həm XX yüzilliyin əvvəllərində, həm də əsrin sonlarında törətdiyi vəhşiliklərdən xəbərdar olsunlar. Yalnız o zaman biz, bilik və məlumatla silahlandığımız halda onların müasir tərəfdarlarının müstəqil dövlətlərin sərhədlərini, bununla birgə isə insanların ağıl və düşüncələrini də biçmək və dəyişmək cəhdlərinin qarşısını ala bilərik. Kitabın ön sözündə tarixçi-publisist Əhməd Nəzərin haqlı olaraq yazdığı kimi "mövzu, Stalinə qeyri-əxlaqi cəhdlərlə bəraət vermək, Rusiya-imperiyaSovet-bolşevik işğalını, aralarında həmin erməni şovinizmi olan, bu işğalçılığın elə həmin tarixi müttəfiqlərinin dəstəyi ilə yeni redaksiyada bərpa edib, Sovet terroruna bəraət qazandırmaq cəhdləri ilə əlaqədar artan yeni təhlükələr səbəbindən aktualdı

 

 

Elmira Axundova

525-ci qəzet.- 2016.- 31 mart.- S.4.