"Gəncə - Avropanın Gənclər
Paytaxtı 2016" layihəsinin başlanğıc tədbiri
keçirilib
"Gəncə - Avropanın
Gənclər Paytaxtı
2016" layihəsinin başlanğıc
tədbiri keçirilib.
Qədim
və həmişəcavan
şəhərimizin 2016-cı il üçün
Avropanın Gənclər
Paytaxtı seçilməsinin
çox qürurverici
bir hadisə olduğunun vurğulandığı
tədbirdə bu yöndə il ərzində aparılacaq
işlər müzakirə
olunub.
Qeyd edilib ki, şəhərin
2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 24 fevral tarixli sərəncamını
əsas tutaraq Gəncə şəhərində
keçiriləcək tədbirlərin
vaxtında və mütəşəkkil həyata
keçirilməsini təmin
etmək məqsədilə
Gəncə şəhər
İcra Hakimiyyətinin
başçısının müvafiq sərəncamı
ilə bu yöndə fəaliyyətin
koordinasiyası üçün
qərargah yaradılıb.
Qərargah üzvlərinin və
şəhər ictimaiyyəti
nümayəndələrinin iştirakı ilə keçirilən ilk toplantıda
"Gəncə -Avropa
Gənclər Paytaxtı
2016" layihəsinin start götürdüyü elan
edilib. Cari il ərzində
Avropa gənclərinin
diqqət mərkəzində
olacaq bu qədim və müasir şəhərdə
ölkəmizlə bağlı
həqiqətlərin qitə
və dünya ictimaiyyətinə çatdırılmasını
daha mütəşəkkil
təşkil olunmasının
vacibliyi vurğulanıb.Şəhər
Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov
il ərzində keçiriləcək layihələr
və təşkilati
məsələlərlə bağlı ətraflı
məlumat verib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev Gəncənin Avropanın
Gənclər Paytaxtı
seçilməsini Azərbaycanı
və Gəncəni təmsil etmək baxımından çox mühüm bir hadisə olduğunu diqqətə çatdırıb. O, xüsusi
vurğulayıb ki, bu tədbirin yüksək və beynəlxalq səviyyədə
keçirilməsi məhz
Gəncə ictimaiyyətinin
üzərinə böyük
vəzifələr qoyur.
Şəhər rəhbəri qeyd
edib ki, tədbirlər planına uyğun olaraq işlərə artıq
start verilib.
Daha sonra tədbirin daha uğurlu təşkili üçün fikir mübadiləsi aparılıb,
gənclər və ictimaiyyətin nümayəndələri
tərəfindən irəli
sürülən təkliflər
müzakirə olundu.
Xatırladaq ki, Avropa Gənclər Paytaxtı "Avropa Gənclər Forumu"nun (AGF) həyata
keçirdiyi beynəlxalq
layihədir. AGF qitə
ölkələrinin Milli
Gənclər Şuralarının
və qeyri-hökumət gənclər
təşkilatlarının beynəlxalq platformasıdır.
AGF ilk dəfə Avropa Gənclər Paytaxtı
(AGP) layihəsini 2009-cu ildə
həyata keçirib.
Avropanın ilk gənclər
paytaxtı Rotterdam şəhəri
(Niderland
, 2009), daha sonra
Turin (İtaliya, 2010), Antverpen
(Belçika, 2011), Braqa
(Portuqaliya , 2012), Maribor (Sloveniya,
2013), Saloniki (Yunanıstan,
2014) və Kluj Napoca (Rumıniya, 2015) şəhərləri olublar.
Hər hansı
şəhərin Avropa
Gənclər Paytaxtı
seçilməsi, orada
fəal gənclər
fəaliyyətinin həyata
keçirilməsindən, gənclərin
yüksək məlumatlılıq
və inkişaf səviyyəsindən xəbər
verir. Gənclər paytaxtı seçilən
şəhər bir il ərzində
gənclər sahəsində
həyata keçirdiyi
proqram və layihələr haqqında
məlumatı Avropa ölkələrinə nümayiş
etdirmək imkanı qazanır. Avropa Gənclər Paytaxtının
seçimi münsiflər
heyəti vasitəsilə
həyata keçirilir.
Gəncə şəhəri 2016-cı ildə
Avropanın Gənclər
Paytaxtı olmaq üçün 2014-cü ildən
Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə
Avropanın müxtəlif
ölkələrindən olan
12 şəhərlə yarışan
Gəncə hədəfinə
yaxınlaşmağa nail olub.
Müsabiqənin final mərhələsinə
adlayan Gəncə digər 5 şəhərlə
Badajoz (İspaniya), Galvay
(Şimali İrlandiya),
La Laguna (İspaniya), Varna (Bolqarıstan)
və Vilnüs (Litva) şəhərləri
ilə yarışıb
və qalib gəlib.
Qeyd edək
ki, 2012-ci ildə Gəncə şəhəri
Azərbaycanın Gənclər
Paytaxtı da olub.
Zakir MURADOV
Gəncə
525-ci qəzet.-
2016.- 31 mart.- S.2.