Tahir Eynullayevin benefisi- musiqi rəqs tamaşası

 

 

 

Mayın 1-də Rəşid Behbudov adina Azərbaycan Dövlət Mahnı teatrında tanınmış rəqqas-xoreoqraf, Əməkdar Artist Tahir Eynullayevin benefisi - musiqi rəqs tamaşası təqdim ediləcək.

 

AZƏRTAC xəbər verir ki, konsertin ssenari müəllifi Rusiyanın Sankt-Peterburq şəhərinin “LenFilmkinostudiyasinin ssenaristi Marina Aleksandrinadır. Musiqi tamaşasının rejissoru Leyla Zülfüqarova, baş baletmeysteri Şəhriyar Cəfərov, musiqi redaktoru Günel Eynullayeva, prodüseri Nərminə Cəfərovadır.

 

Rəqslərin quruluşu Xalq Artisti Xumar Zülfüqarova, Əməkdar Artist Tamilla Məmmədova və Sima Feyzullayeva, Ali Aşari, Əziz Əzizov, Natella Həsənovaya məxsusdur.

 

Tamaşaya populyar muzikllardan parçalardünya xalqlarının mahnı və rəqsləri daxildir. Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanan Tahir Eynullayev hazırda teatrın heyəti ilə gərgin məşqlər keçir.

 

Tamaşa Tahir Eynullayevin həyat və yaradıcılığına həsr olunacaq. Yaxınlarda bu tamaşanın Gürcüstanda da səhnələşdirilməsi planlaşdırılır.

 

 

525-ci qəzet.- 2016.- 3 may.- S.7.