Diqqət: şərh verilmir!  

 

YAXUD "NO COMMENT"İ ŞƏRHETMƏ CƏHDİ

 

 

 

 

Tamaşanın başlanma işarəsi veriləndə foyedə divardan asılmış rəsmlərə baxırdım.

 

Zala girəndə duruxdum, səhnə yox idi, səhnəni əvəz edən boş meydançada 3 süni gülüşlü adam hamıya baş əyir, qondarma təbəssümüylə gülürdü. Adamlardan biri mənə baş əyib yalançı təbəssümünü üzümə yapışdırdı. Birtəhər üzümə təbəssüm verməyə çalışaraq nəyə uğradığımı bilmədən, çaşmış halda boş gördüyüm ilk yerdə əyləşdim. Zal da çox kiçik idi, sonradan öyrənəcəkdim ki, cəmi 40 tamaşaçı tutur. İşıqlar söndü tamaşa başladı. Başdan-ayağa geyinib tənzif maska taxmış adam bayaqdan təzim edib yalandan gülümsəyən adamların bir-bir düymələrini burdu. Daha onlar da bizim kimi idilər - quru, qaşqabaqlı donuq...

 

Bir saatdan artıq davam edən tamaşada çığırtı qəhqəhədən başqa səs yox idi, aktyorlar susmaqda israrlı idilər, tez-tez sönən səhnə işıqları, dəyişən səhnələr elə tamaşaçıları da nəfəslərini içinə çəkməyə məcbur etmişdi...

 

Mayın ilk günü Azərbaycan  Dövlət Pantomima Teatrında "No comment" tamaşası idi. İlk dəfə pantomima tamaşasına baxdığımdan məndə bir qədər qarışıq magik bir fikir oyatdı. Tamaşada, teatrın aurasında qəribə, sehrli harmoniya vardı. Sanki bu dəqiqə nələrsə baş verəcək, hər şey kökündən dəyişəcəkdi. Amma dəqiqələr ötür, tamaşa öz axarında davam edirdi. Yer kürəsi hələ məhvərindən qopmamışdı. Zalda "Tatar çölü" ab-havası hökm sürürdü.

 

Bəhruz Vaqifoğlunun quruluşunda səhnələşdirilən "No comment" adı kimi özü şərhə yer buraxmayan tamaşadır. İnsanların beyninin yuyularaq, zombiləşdirilməsi, məcburi, mühitin təsirilə istəmədiyi həyatı yaşayan adamlar, əsrlər keçsə insan irqinin dəyişməz zalımlığı, narkotik alkoqolun dəhşətləri, müharibələr...

 

lll

 

Aktyor heyəti öz işinin öhdəsindən bacarıqla gəldi, xüsusən, Nuridə Musabəyli, Bəhruz Vaqifoğlu, Cavad Nuriyevin oyunu diqqət çəkirdi.

 

Tamaşadan sonra təəssüratlarımızı bölüşmək üçün teatrın direktoru, Xalq artisti Bəxtiyar Xanızadə ilə söhbətləşdik. Rejissor bir qədər yorğun görünürdü, deyəsən, təkcə işi yox, illər yorub onu...

 

- Teatrın tarixi barəsində, bilirsən, qədər danışmışam? 22 ildir, danışıram. Teatrımız 1994-cü il mayın 16-da yaranıb. Həmin vaxt Həsənağa Turabovun rəhbərliyi ilə Azərbaycanda ilk pantomim festivalı keçirilirdi. Təşkilatçı isə mən idim. Elə o vaxtdan davam etdik.

 

- Komanda neçə aktyordan ibarətdir?

 

- 11 aktyor var, üstəlik, yerimiz kiçikdir.

 

- Tamaşa bitəndə kulisi soruşdum. Dedilər ki, bizdə kulis yoxdur.

 

- , bəzi problemlərimiz var, amma kimdə yoxdur ki (gülür)... Tamaşaya gəlincə, adı "Şərhsiz"dirsə, şərh verim?! Hər adam nəsə tapa bilər. Mənim şərhim artıq subyektivdi. Üstəlik, şərhsiz olmaqdan çıxır. Şərhsiz odur ki, görə bilirsən, onu da görürsən. Məsələn, səndə hansısa münasibət formalaşmadı?

 

- Müəyyən münasibət formalaşdı, əlbəttə... Teatrdan filmə daha yaxınam, daha çox araşdırmışam. Filmdə obyektiv subyektiv kamera anlayışı var, bildiyiniz kimi. Film kimi götürsək, rejissorun baxışı obyektiv kamera hesab olunur. Yəni obyektiv kamera olaraq rəy almaq istəyirəm. İstənilən halda aktyorun da rəyi, oyunu subyektiv kameradı. Tamaşaçı kimi mənim də baxışım subyektiv olacaq.

 

- Belə deyək, tamaşa var ki, rejissor öz fikrini şərh edir. Düzdür, istər-istəməz rejissor baxışı hər tamaşaya filmdə var. Sadəcə olaraq bəzi situasiyalarda onun finalını rejissor yozmur. Misal üçün sənə stul göstərir, onun təzəsini də göstərir, köhnəsini də, amma ondan nə anlamalı olduğunu demir. Eyni stulun köhnəsi, yaxud təzəsi səni haralara aparırsa, artıq o aparır, rejissor deyil. O, sadəcə bir stulun keçmişiniindisini göstərir. Nə şərh verəcəyin səndən asılıdır.

 

- Bir məsələ də var, düzdür, zamanı, ümumiyyətlə, tələsdirmək mümkün deyil. Amma insanın maksimum zamanı 100 ildir. Ona görə də tələsməyə məcburdur.

 

- Məsələni bu cür nəticələndirək. O nə cür istəyirsə, elə də olacaq. Sadəcə olaraq, sən də hərəkət etməlisən. Ona görə mən də öz işimlə məşğulam...

 

Teatrın aktyoru Cavad Nuriyev də fikirlərini bizimlə bölüşdü:

 

- Pantomima Teatrına gələndə bəzi məsələlər mənimçün darıxdırıcı idi, çox şeyi başa düşmürdüm. Amma indi həyatda öz yerimi tapdığım qənaətindəyəm. Bir neçə tamaşada mən də oynayıram, biri də elə "No comment"dir, insan həyatından bəhs edir. İnsanların istəmədiyi yerlərdə olduqları, zombiləşməsi kimi məsələlər tamaşada əks olunub. Mənim üçün burada işləmək çox xoşdur. Pantomima Teatrı doğma evimdir.

 

 

Cavid QƏDİR

525-ci qəzet.- 2016.- 3 may.- S.7.