Elçin Hüseynbəylinin Qarabağ mövzulu məşhur hekayəsi Litva mətbuatında

 

Tanınmış yazıçı dramaturq Elçin Hüseynbəylinin Qarabağ müharibəsi mövzusunda yaratdığı məşhur əsərlərdən biri - "Boz eşşəyin məktubları" adlı hekayəsi Litva dilində işıq üzü görüb.

 

Hekayə Litva Yazıçılar İttifaqının  "Literatura ir Menas" ("ədəbiyyat İncəsənət") həftəliyinin 8 aprel 2016-cı il tarixində çıxmış 14-cü sayında çap edilib.

 

Əsəri orijinaldan litvacaya tanınmış türkoloq alim tərcüməçi, karay türklərinin ünlü simalarından biri, nüfuzlu Litva ictimai-mədəni xadimi, Litvanın Azərbaycan Türkiyədəki sabiq səfiri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas Mahir Həmzəyev çeviriblər.

 

Publikasiya, litoqrafiya oymaları ilə tanınmış latış rəssamı qrafika əsərləri ustası Lasma Puyatenin linoqravür texnikası üsulu ilə yaratdığı "Resolve" ("Düyün") adlı əsəri ilə illüstrasiya olunub.

 

Bu tərcümə Litva oxucularının E. Hüseynbəyli yaradıcılığı ilə ilk tanışlığı deyil. Belə ki, 2013­cü ildən indiyədək Litvanın ədəbi­bədii jurnallarında Azərbaycan nasirinin yeddi əsəri - "Nənəm, babam kommunizm", "Sular günəşə nəğmə oxuyanda", "Məzar gəlini",  "Gözünə gün düşür", "İlk öpüş", "Oyun" "Qumru quşu" adlı hekayələri oxuculara təqdim olunmuşdu. Odur ki, "Boz eşşəyin məktubları"nın tərcüməsi ədibin Litva oxucuları ilə səkkizinci görüşüdür.

 

Göstərilən hekayələrdən ikisi - "Gözünə gün düşür" "Boz eşşəyin məktubları" əsərləri Azərbaycan nəsrində Qarabağ müharibəsi mövzusunda qələmə alınmış diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.

 

E.Hüseynbəylinin Litva ədəbi­mədəni ictimaiyyəti tərəfindən ciddi maraqla qarşılanmış  əsərləri Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə tərcümə edilib yayımlanıbdır.

 

1988­ci ildə Vilnüsdə yaradılmış Litva Azərbaycanlıları Cəmiyyətinin prioritet məqsədlərindən biri Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsilə ilgili həqiqətləri, tarixi bilgiləri və xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq, ölkədə ictimai fikri doğru istiqamətdə formalaşdırmaq üçün təbliğat və maarifləndirmə tədbirləri keçirmək, Ermənistanın işğalçı siyasətini ifşa edərək onu qınaq hədəfinə çevirmək, Litva xalqını bu münaqişəyə biganə qalmamağa çağırmaq, münaqişənin beynəlxalq hüquq normaları əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini əsaslandırıb təşviq etmək, problemi daima ictimaiyyətin diqqətində saxlamaqonun ədalətli həllinə Litva Respublikasının Seymi və Hökuməti tərəfindən siyasi dəstəyin verilməsi üçün lazımi lobbiçilik fəaliyyəti qurub konstruktiv addımlar atmaqdan ibarətdir.

 

İndiyədək Cəmiyyət tərəfindən bu yönümdə bir sıra konkret işlər görülüb. Həmin işlərin davamı olaraq, E. Hüseynbəylinin hekayələrinin, həmçinin onun Qarabağ müharibəsi mövzusunda əsərlərinin litvaca nəşr olunması oxucuları müasir Azərbaycan nəsrinin önəmli nümunələrilə tanış etmək, Litva-Azərbaycan ədəbi əlaqələrinin üfüqlərini genişləndirmək və xalqlarımızın mədəniyyətlərarası dialoqunu inkişaf etdirməklə yanaşı, həm də Qarabağ müharibəsilə bağlı həqiqətləri və onun indiki ağrı-acılarını bədii üsullarla Litva ictimaiyyətinə çatdırmaq işinə xidmət edir.

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü

Vilnüs, 2 may 2016-cı il.

525-ci qəzet.- 2016.- 3 may.- S.7