Daşkənddəki festivalda Azərbaycan da təmsil
olunub
Daşkənddəki
ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi
olaraq “Xalqların mədəniyyəti və adət-ənənələri”
adlı festival keçirilib.
"Report"un məlumatına görə, tədbirdə ölkəni Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan üçün ayrılmış otaqda ölkənin mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlər, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri göstərilib.
Tədbirin bədii hissəsində Daşkənddəki
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki
"Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa
ediblər.
525-ci qəzet.- 2016.- 3 may.- S.7.