Gülnar Səmanın "Gül" kitabı təqdim edildi

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc şairə Gülnar Səmanın AYB kitab layihəsi çərçivəsində çap olunan "Gül" şeirlər kitabının təqdimatı keçirilib.

Tədbiri şair Əkbər Qoşalı açıb:

 

"Bu gün Gülnarın günüdür. Onun "Gül" kitabının təqdimatına toplaşmışıq. "Gül" sözünü istər isim kimi, istərsə feil kimi anlamaq olar. Mən inanıram ki, bu "gül"ün ətri, rayihəsi daha geniş arealda yayılacaq bizi həmişə riqqətə gətirəcək... Gülnar öz ədəb-ərkanı, təmkinliliyi ilə seçilir. Şeirləri daha çox gənclərin ruhu ilə səsləşir".

Tənqidçi Vaqif Yusifli gənc şairənin elmi fəaliyyətlə məşğul olduğunu bu işin öhdəsindən uğurla gəldiyini vurğulayıb:

"Gülnar mənim doktorantımdır. Onun "Müstəqillik illərində poema janrının inkişaf yolu xüsusiyyətləri" adlı dissertasiya işi var. Elmi yaradıcı fəaliyyəti qaneedicidir. Ancaq elmi dili daha da püxtələşməlidir. Elmi fəaliyyətlə bədii yaradıcılıq bir-birinə qətiyyən mane olmur. Şeirdə elmilik obrazlı ifadələrdir. Bu mənada elmi fəaliyyəti onun yaradıcılığı üçün xüsusi bir avantajdır".

AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza layihənin gənc yazarlar oxucular üçün əhəmiyyətindən danışıb:

"Bu gün həm Türkçülük bayramıdır. Kitabın təqdimatının belə bir günə təsadüf etməsi sevindiricidir.

İstedadlı şair tərcüməçi Gülnar Səmayla artıq ikinci imza günü keçiririk. "Gül" şeirlər toplusundan öncə Gülnar Səmanın dilimizə tərcümə etdiyi Mehmet Nuru Parmaksızın "Həsrət, eşq sükut" kitabının da təqdimatını keçirmişdik. AYB-kitab layihəsinin uğurlu fəaliyyəti davam edir bu, gənc imzaların tanıdılmasında, oxucuların kitaba marağının artırılmasında önəmli rol oynayır".

"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, şairlər Oqtay Rza, Fərqanə Mehdiyeva, yazar Şəhla Aslan başqaları da çıxış edərək kitab barədə fikirlərini bölüşüb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda G. Səma oxucular üçün kitablar imzalayıb.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 4 may.- S.2