Tibb Universitetində akademik Vəli Axundovun 100 illik yubileyi qeyd edilib

 

 

Mayın 3-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında görkəmli alim, səhiyyə işinin təşkilatçısı dövlət xadimi, akademik Vəli Yusif oğlu Axundovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti İlham ƏliyevinAkademik V.Y.Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Azərbaycan elminin inkişafında ölkənin ictimai-siyasi həyatında Vəli Axundovun böyük xidmətləri var. Akademik dövlət idarəçiliyində müxtəlif məsul vəzifələrdə çalışdığı uzun illər ərzində təqdirəlayiq fəaliyyət göstərib alim-həkim kimi respublikada səhiyyə işinin təşkilinə töhfə verib.

Respublikanın baş epidemioloqu, ATU-nun epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev alimin şərəfli ömür yolundan, geniş elmi ictimai fəaliyyətindən, xalqımız qarşısında xidmətlərindən söhbət açıb. O, tədbir iştirakçılarına akademikin həyat fəaliyyətinin əsas mərhələləri haqqında məlumat verib.

Bildirib ki, Vəli Axundov 1916-cı il mayın 14-də Bakının Saray kəndində anadan olub, 1935-ci ildə Bakı Sənaye Texnikumunu, 1941-ci ildə isə Azərbaycan Tibb İnstitutunu bitirib. V.Axundov hərbi həkim kimi 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, ordudan tərxis olunduqdan sonra Elmi-Tədqiqat Virusologiya, Mikrobiologiya Gigiyena İnstitutunda işləyib, instituta Səhiyyə Nazirliyinə rəhbərlik edib. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifələrində çalışıb. V.Axundov eyni vaxtda Sov.İKP MK-nın Zaqafqaziya bürosunun üzvü olub. 1969-cu ildə Elmlər Akademiyasının vitse-prezidenti seçilib, 1972-ci ildə Virusologiya, Mikrobiologiya Gigiyena İnstitutuna direktor təyin edilib.

İ.Ağayev, həmçinin qeyd edib ki, böyük alimin xatirəsini əbədiləşdirmək üçün Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna Vəli Axundovun adı verilib.

ATU-nun qidalanma gigiyenası kommunal gigiyena kafedrasının professoru Maqsud Qasımov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun epidemiologiya mikrobiologiya kafedrasının müdiri, professor Fəxrəndə Sadıqova, uşaqların yeniyetmələrin gigiyenası kafedrasının professoru Rüxsarə Əliyeva görkəmli alim haqqında xatirələrini bölüşüblər. Onlar alimin elmi nailiyyətlərindən danışaraq qeyd ediblər ki, akademik ətraf mühitin, o cümlədən su təchizatı, torpağın gigiyenası sahəsində tibbi-ekoloji problemlərin aktual aspektlərini tədqiq edib ümumiləşdirib, ətraf mühitin qarşılıqlı əlaqəsi faktorlarının insan orqanizminə təsiri prosesini, infeksiya xəstəliklərinin su, torpaq, hava vasitəsilə yayılmasının qanunauyğunluğunu öyrənib. Alim 5 monoqrafiyanın, 100-dən çox elmi məqalənin müəllifi olub. Onun rəhbərliyi altında 5 doktorluq 30-dan çox namizədlik dissertasiyası müdafiə edilib. Ölkəmizdə elm səhiyyənin, qtisadiyyatın, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında V.Axundovun mühüm rolu olduğu vurğulanıb, onun istedadlı təşkilatçı, ictimai dövlət xadimi olduğu qeyd edilib.

Sonra V.Axundovun həyatı ictimai-siyasi fəaliyyəti haqqında videokadrlar nümayiş etdirilib.

Alimin qızı Nigar Axundova atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

 

525-ci qəzet.- 2016.- 4 may.- S.2.