Fəal və fədakar alim ömrünün işığı

 

GÖRKƏMLİ ARXEOLOQ VƏLİ BAXŞƏLİYEYİN NAXÇIVAN TARİXİNİN ARAŞDIRILMASINDA MÜHÜM XİDMƏTLƏRİ VAR

 

 

Elmin inkişafı ayrı-ayrı şəxsiyyətlərin, fərdlərin fəaliyyətinə bağlıdır. Azərbaycan öz elm xadimləri ilə həmişə dünyada tanınıb, dünya elm xəzinəsinə mühüm töhfələr verib.

 

Qədim yurd yeri olan Kəngərlidə müxtəlif dövrlərdə görkəmli elm, ədəbiyyat, sənət adamları, hərbi ictimai xadimlər yetişib.

 

Azərbaycanın elm mətbuat tarixində Məhəmmədağa Şahtaxtlının, siyasət diplomatiya tarixində Behbud ağa Şahtaxtinskinin, təbabət sahəsində görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın adları iftixarla çəkilir. Kəngərli yurdunun  çoxsaylı nümayəndələrinin adlarını çəkmək olar. Onlar istər hərb, istər elm, istərsə müxtəlif sahələrdə öz məharət istedadları ilə tanınıblar. Bu ənənələr müasir dövrümüzdə davam etməkdədir. Belə tanınmış simalardan biri arxeoloq-alim Vəli Baxşəliyevdir. Naxçıvan tarixinin araşdırılmasında, Naxçıvan arxeologiyasının mühüm nailiyyətlər əldə etməsində tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin özünəməxsus xidmətləri vardır.

 

Alimin tərcümeyi-halı onun şərəfli zəhmətlə dolu həyat yolunu uğurla təcəssüm etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyev 1955-ci ildə Kəngərli rayonunun  Böyükdüz kəndində anadan olub. 1972-ci ildə Xok kənd orta məktəbini bitirən Vəli Baxşəliyev 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə Naxçıvan Dövlət Universitetini müvəffəqiyyətlə bitirən Vəli müəllim əvvəllər Azərbaycanın müxtəlif rayonlarında müəllimlik etmişdir. Sonralar elmi tədqiqat həvəsinə düşən Vəli Baxşəliyev 1982-ci ildə A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1986-cı ildə aspiranturanı bitirən alim "Qədim Naxçıvanın metallurgiya metal işləmə sənəti" mövzusunda namizədlik dissertasiyasını yazmış həmin il SSRİ Elmlər Akademiyasında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Tədqiqatlarını davam etdirməklə bərabər "Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti" adlı doktorluq dissertasiyası üzərində işləmiş, 2005-ci ildə həmin dissertasiyanı uğurla müdafiə etmişdir. İxtisasca tarixçi, arxeoloq olan zəhmətkeş alim fədakar alim V.Baxşəliyev 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

 

Vəli Baxşəliyev öz ömrünü Naxçıvan arxeologiyasının tədqiqinə həsr edən yorulmaz fədakar alimdir. 1988-ci ildən başlayaraq zəhmətkeş alim Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aparmış, aşkar olunan abidələr haqqında monoqrafiya müxtəlif əsərlər çap etdirmişdir.

 

Elmi fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikasının I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, Şahtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala onlarla digər abidələrin tədqiqində yaxından yorulmadan iştirak etmişdir. Alim 1995-1999-cu illərdə qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin müəllim tələbə heyəti ilə birlikdə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində yaxından iştirak etmişdir. O, Ərzurum, Van, Konya, Təbriz, Tehran, Münhen, Corciya, Lion digər universitetlərin müəllimləri ilə elmi əməkdaşlıq etmiş, Omsk, Tiflis, Bakı, Bitlis, Alanya, Van, Ərzurum İstanbulda keçirilən çoxsaylı beynəlxalq elmi konfranslara qatılmış, özünün maraqlı məruzələri ilə çıxış etmişdir.

 

Alimin elmi tədqiqat fəaliyyəti yaradıcılığı olduqca zəngindir. Apardığı tədqiqatların nəticələrini elmi əsərlərində təqdim edən alim zəngin yaradıcılıq məhsullarına sahibdir. Onun xaricdə beş monoqrafiyası qırxdan artıq məqaləsi nəşr edilmişdir. Hazırda 30 kitabın, 210 elmi 40-dan artıq elmi-kütləvi məqalənin müəllifidir. Əsərlərinin bir qismi ingilis, rus, alman, fars türk dillərində nəşr olunmuşdur. Elmi fəaliyyəti müddətində Azərbaycan arxeologiyasının mühüm problemlərini araşdırmağa çalışmış, Naxçıvanın arxeoloji abidələrini toplu halında nəşr etdirməyə nail olmuşdur. Apardığı araşdırmaların nəticələrindən Azərbaycan arxeologiyasına aid monoqrafik əsərlərin, Naxçıvan ensiklopediyasının yazılmasında istifadə edilmişdir. Naxçıvanın tarixi abidələri ensiklopediyasının hazırlanması prosesində iştirak etmiş, 600-dən artıq elmi məqalə hazırlamışdır. Bunu da əlavə etmək lazımdır ki, Naxçıvanda müstəqillik illərində elmə göstərilən qayğı istiqamətində Naxçıvan tarixşünaslıq məktəbinin formalaşmasında tanınmış alimlərdən biri kimi Vəli müəllimin tədqiqatları diqqəti cəlb edir. Məhz elmi əhatə, üslub, özünəməxsusluq səciyyənin, mövzunun digər Naxçıvan tarixçilik məktəbinə xas keyfiyyətlərin müəyyənləşməsində cəfakeş alimimizin tədqiqatları xüsusi rol oynayıb. Bu gün Naxçıvan tarixşünaslıq elmi məktəbinin layiqli, sanballı aparıcı nümayəndələri sırasında görkəmli elm adamı, akademik İsmayıl Hacıyevin, AMEA-nın müxbir üzvləri Qadir Qədirzadənin, Hacıfəxrəddin Səfərlinin digərlərinin fəxarətlə çəkilən adları sırasında AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin adı öncül yerdə gəlir.

 

Naxçıvan tarixi arxeologiyasının yorulmaz tədqiqatçısı Vəli Baxşəliyevin Naxçıvan tarixinə aid elmi əsərləri öz sanbalı əhəmiyyətinə görə böyük oxucu marağı ilə qarşılanır. Çünki alim bu araşdırmalarda şəxsən iştirak etmiş, hətta bir sıra tədqiqatlara rəhbərlik etmişdir. Belə ki, alim 2006-cı ildə ABŞ-ın Corciya Universiteti Fransanın Lion Universitetinin əməkdaşları ilə birlikdə Ovçulartəpəsi, I Kültəpə, Maxta Kültəpəsi, Oğlanqala onlarla digər abidələrin araşdırılmasında yaxından iştirak etmiş, tədqiqatlar aparmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə "Naxçıvan tarixi" çoxcildliyinin yazılmasında, habelə "Naxçıvan abidələri ensiklopediyası"nın, o cümlədən, 2 cilddə "Naxçıvan ensiklopediyası"nın tərtibi yazılmasında da bu zəhmətkeş alim fəallıqla iştirak etmişdir. Məhz onun rəhbərliyi iştirakçılığı ilə aparılan arxeoloji tədqiqatlar müasir Naxçıvan arxeologiyasının zənginləşməsində mühüm rol oynayıb. Məhz bu tədqiqatlar Naxçıvanın ən qədim dövrlərinə aydınlıq gətirilməsinə böyük vəsilə olub. Bütün bu tədqiqatların nəticəsində Naxçıvanda ilkin yaşayışın tarixi 300-500 min il bundan əvvəl, şəhər mədəniyyətinin tarixi isə 5 min illik tarixə malik olduğu təsdiqini tapıb.

 

Alimin müxtəlif illərdə apardığı tədqiqatlarının nəticəsi olaraq "Naxçıvan arxeologiyası" (Türkiyədə türk dilində), "Naxçıvan ərazisində Orta Son Tunc dövrü boya bəzəməli çanaq-qaşıq mədəniyyəti" (türk dilində), "Gəmiqaya Təsvirlərinin poetikası", "Naxçıvanın Erkən Dəmir dövrü abidələri", "Gəmiqaya təsvirləri", "Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti", "Azərbaycan arxeologiyası", "Naxçıvan  arxeoloji abidələri", "Naxçıvanın arxeologiyası. Yeni tədqiqatların on ili" (ingilis dilində), "Qədim Şərur", "Qədim Ordubad" sair kimi kitabları, habelə neçə-neçə məqalələri, tezisləri dərc olunub.

 

Görkəmli alimin aparılan tədqiqatlarla bağlı özünəməxsus fikirləri öz əksini tapmışdır. Alim Azərbaycanda yayılan arxeoloji mədəniyyətlərin tarixləndirilməsi mənşəyi ilə bağlı yeni fikirlər söyləmiş, Gəmiqaya təsvirlərinin semantikasının açılmasında, habelə arxeoloji mədəniyyətlərin etnik mənsubiyyətinin müəyyən edilməsi sahəsində müəyyən mülahizələr irəli sürmüşdür.

 

Vəli Baxşəliyev hazırda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Tarix, Arxeologiya Etnoqrafiya İnstitutunun Arxeologiya şöbəsinin müdiridir. Alim Naxçıvan tarixi tədqiqatlarının zənginləşdirilməsi istiqamətində öz xidmətlərilə iştirak edir. Gənc kadrların yetişməsi Naxçıvanla bağlı arxeoloji tədqiqatların yeni istiqamətlərdə davam etdirilməsində Vəli müəllimin yorulmaz fəaliyyətini vurğulamaq yerinə düşər.

 

Bütün bu xidmətlərinə elmin inkişafındakı səmərəli fəaliyyətinə görədir ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş, AMEA Rəyasət heyətinin fəxri fərmanını almışdır.

 

Ramiz QASIMOV

filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2016.- 5 may.- S.6.