Multikultural dəyərlərin qorunması və inkişafı inklüziv cəmiyyətin optimal modeli
kimi
Yaşadığımız XXI yüzillik qloballaşma, inteqrasiya əsridir; xalqlar, millətlər və dövlətlər onları ayıran sərhədləri dəf
edir, bir-birinə yaxınlaşır, sıx
iqtisadi, ticari, mədəni münasibətlər
qururlar.
Bu gün dünyada
çoxmillətli, çoxkonfessiyalı
dövlətlər kifayət
qədərdir, lakin bu dövlətlərdən
heç də hamısı vahid cəmiyyət çərçivəsində
vətəndaş həmrəyliyini
təmin edərək
tolerantlıq prinsiplərini
bərqərar edə
bilməyiblər. Yalnız Azərbaycan Respublikası
bu baxımdan dünyaya əsl nümunə ola
bilər - ölkəmiz
qədim dövrlərdən
tolerantlığın, indi
dəbdə olan və çox işlənən terminə
çevrilən multikulturalizmin
vətəni olmuşdur.
Dövlət başçımız cənab
İlham Əliyev də dəfələrlə
bildirmişdir ki, dini dözümlülük
və multikulturalizm vətənimizdə həmişə
mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı zamanda belə, həmin ideyalar tarixən Azərbaycanda yaşamışdır
və bu gün də yaşayır. Bu xüsusiyyət - multikultural
dəyərlərə hörmət
və tolerantlıq prinsiplərinin prioritetliyi
bu gün də özünü daha qabarıq şəkildə büruzə
verməkdədir.
Müasir Azərbaycan dünyanın
ən mötəbər
tədbirlərinin, ən
nüfuzlu toplantılarının
mütəmadi olaraq keçirildiyi, beynəlxalq
önəm daşıyan
problemlərin müzakirə
obyektinə çevrildiyi,
qlobal miqyaslı forumların yüksək səviyyədə təşkil
olunduğu nadir ölkələrdəndir. Respublikamız beynəlxalq mədəniyyətlərarası
forumların keçirildiyi
ənənəvi məkanlardan
birinə çevrilmişdir.
2008-ci ildə bütün qitələri
əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş
və mədəniyyətlərarası
dialoqda qadınların
roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir.
2009-cu il Bakı
İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuşdur. 2018-ci ildə isə Naxçıvanın İslam
Mədəniyyətinin paytaxtı
elan olunması qərara alınmışdır.
2009-cu ildə Bakıda
İslam Konfransı Təşkilatına üzv
olan ölkələrin
və həm də Avropa dövlətlərinin mədəniyyət
nazirlərinin toplantısı
keçirilmişdir.YUNESKO, İSESKO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə 2011 və 2013-cü illərdə
Bakıda I və II Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumları keçirilmişdir. Növbəti
Forum - III Mədəniyyətlərarası
Dialoq Forumu 2015-ci ilin mayında təşkil olunmuşdur.Azərbaycan
2017-ci ildə IV Ümumdünya
Mədəniyyətlərarası Qlobal Forumuna ev sahibliyi
edəcək. Artıq bu
Mədəniyyətlərarası Dialoq Forumları ölkəmizdə iki ildə bir dəfə
olmaqla ən yüksək səviyyədə
keçirilir.
Məlum
olduğu kimi, Azərbaycan paytaxtı
2011-2014-cü illərdə I, II, III və IV Bakı Beynəlxalq Humanitar Forumlarına və başqa nüfuzlu tədbirlərə də
həmçinin ev sahibliyi etmişdir. Azərbaycan habelə dinlərarası
dialoqun da mərkəzi sayıla bilər. Məsələn,
Dünya Dini Liderləri Sammiti, MDB Dinlərarası Şurası,
MDB Müsəlmanları Məşvərət
Şurası, Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını Bakı şəhərində təşkil
etmişlər.
Qeyd etmək
lazımdır ki, multikulturalizm öz mahiyyətinə görə
tolerantlıqla sıx
bağlıdır. O, müxtəlif
mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul
edən tolerant cəmiyyətin
başlıca xüsusiyyətlərindən
biridir. Tolerant cəmiyyətlərdə multikulturalizm
mədəniyyətlərin qarşılıqlı surətdə
zənginləşməsinə və xalqları ayıran deyil, məhz birləşdirən
mədəniyyətin formalaşmasına
gətirib çıxarır.
Bu isə insanların
gələcək mədəni
birliyi məqsədilə
bir mədəniyyətin
digər mədəniyyətə
inteqrasiya prosesi ilə əlaqədardır.Multikulturalizmin
əsasını çoxetnoslu
tərkibi olan Azərbaycan xalqı müxtəlif etnosların
monolit, sarsılmaz birliyini təmsil edir. Azərbaycan Respublikasında müxtəlif
etnosların nümayəndələri
kompakt şəkildə
yaşayırlar.Onların hər
biri öz maddi və mənəvi
mədəniyyətini, dilini,
tarixi yaddaşını,
mentalitetini, etnik özünüdərketmə və
etnopsixologiyasını qoruyub
saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır.
Məlum
olduğu kimi, azərbaycançılıq ideologiyası
ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb.
Ümummilli lider Heydər
Əliyev 1993-cü ildə
hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycanın
müstəqilliyini möhkəmləndirməklə,
onun siyasi və iqtisadi əsaslarını yaratmaqla
yanaşı, Azərbaycan
cəmiyyətinin inkişafının
ideya təməli olan azərbaycançılıq
konsepsiyasını irəli
sürüb.
Azərbaycanda multikulturalizmə dövlət rəhbərliyi səviyyəsində böyük önəm verildiyini sübut edən parlaq faktlardan biri budur ki, 2014-cü il 15 may tarixində Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında sərəncam imzalanıb. 2016-cı il isə ölkəmizdə "Multikulturalizm ili" elan olunub.
Bir neçə gün öncə isə Azərbaycan çox mötəbər bir tədbirin yüksək səviyyədə keçirildiyi ölkə kimi bütün dünyanın diqqətini bir daha cəlb etdi: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu. "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında keçirilən foruma dünyanın 140 ölkəsinin nümayəndələri qatıldılar. VII Qlobal Forumunun Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında qəbul edilmişdi. Belə bir qərarın qəbul edilməsinə səbəb ilk növbədə dövlətimizin rəhbəri cənab İlham Əliyevin ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirərək mədəniyyətlərarası, dinlərarası münasibətlərə verdiyi töhfələr, həmçinin prezidentimizin liderliyi ilə xalqımızın çoxəsrlik multikultural və tolerant mədəniyyətinin dünyada bir nümunə, bir model kimi qəbul edilməsidir.
Qeyd etmək istərdik ki, inklüziv cəmiyyət - etnik və dini mənsubiyyəti, siyasi baxışları, iqtisadi və maddi durumu, fiziki vəziyyəti və s. keyfiyyətlərinə görə aralarındakı fərqlərə baxmayaraq cəmiyyətdə bütün kateqoriyadan olan vətəndaşlar arasında bərabər imkanlar yaradıldığı cəmiyyət deməkdir. Azərbaycan multikulturalizm dəyərlərinə üstünlük verməklə və multikulturalist cəmiyyət qurmaqla, hazırda dünyada nümunəvi inklüziv modelə çevrilmişdir. "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Forumu da müxtəlif kateqoriyalı insanların həmrəy olması, birgəyaşayış mədəniyyətinin müzakirəyə çıxarıldığı tədbir sayıla bilər. Forumda nüfuzlu ölkə rəhbərləri, baş nazirlər, din xadimləri, alimlər, siyasətçilər, iqtisadçılar, filosoflar - bir sözlə, hamı bir araya gələrək ən müxtəlif problemləri əhatə edən məsələləri müzakirə etmişlər.
BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" devizi altında aprelin 26-27-də Bakıda keçirilmiş VII Qlobal Forumu həqiqətən də çox məhsuldar oldu və uğurla başa çatan tədbirdə 147 xarici ölkədən 1500-dən çox qonaq iştirak etdi. Forumun keçirildiyi 3 gün ərzində demək olar ki, bütün dünyanın diqqəti Bakıya yönəlmişdi, bütün beynəlxalq aləm Bakıda müzakirə edilən məsələləri nüfuzlu KİV-lər vasitəsilə izləyirdi.
Ölkəmizin prezidenti cənab İlham Əliyev tədbirdəki çıxışında qeyd etdi ki, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Ölkəmiz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar: "Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. "Multikulturalizm" sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik".
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir də öz çıxışında Azərbaycan prezidenti İlham Əliyevin forumda müzakirəyə çıxarılacaq məsələlərlə bağlı liderliyini xüsusi qeyd etmiş və prezidentin 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi təşəbbüsünün dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönəlmiş mühüm addım olduğunu xüsusi vurğulamışdır.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində "Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar" mövzusunda ikinci plenar iclasında Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çıxış etdi. Ölkəmizin Birinci xanımının çıxışında mədəniyyətlərarası dialoq, dinlərarası əməkdaşlıq məsələləri xüsusi yer tutdu. Mehriban xanım bildirdi ki, başçılıq etdiyi Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət göstərir və bu fəaliyyətlərdən birini də məhz ayrı-ayrı dini konfessiyalarla sıx əməkdaşlıq əlaqələri təşkil edir."Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə verir. Müsəlman ölkəsi olan Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombaları bərpa edilib. Fransanın müxtəlif regionlarında bir neçə qədim kilsə bərpa olunub: "Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Mütərəqqi dünyada demokratiyanın vacib sütunu kimi qəbul edilmiş dini və etnik tolerantlıq Azərbaycan cəmiyyətində normaya çevrilib. Qürur hissi ilə bəyan etmək istəyirəm ki, tarixən bizdə milli və dini zəmində ayrı-seçkilik və düşmənçilik halları heç vaxt baş qaldırmayıb. İnsanlarımızın əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə xristian, yəhudi və digər dinlər də təmsil olunub".
BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" mövzusunda VII Qlobal Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası barədə qısaca olaraq onu qeyd edə bilərəm ki, tədbirdə Forumun Bakı Bəyannaməsi qəbul olunmuşdur. Sənəddə Forumun mövzusunun BMT-nin bütün Davamlı İnkişaf Məqsədlərinə, o cümlədən, Alyansın gənclər, təhsil, media və miqrasiya kimi təməl fəaliyyət istiqamətlərinə əsaslı töhfə verməsi qeyd olunmuş, VII Qlobal Forumun keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Bakı şəhərinə minnətdarlıq bildirilmişdir.Bəyanatda o da öz əksini tapmışdır ki, VII Bakı Qlobal Forumu inklüziv cəmiyyətlərdə birgəyaşayış üzrə qabaqcıl təcrübələrin mübadiləsi, sülh, universal insan hüquqları və davamlı inkişafın təşviq edilməsi və təhdidlərə, xüsusilə terrorizm üçün münbit rol oynayan zorakı ekstremizmin yayılmasına qarşı həll yollarının tapılması, BMT-nin Sivilizasiyalar Alyansının qlobal platforma kimi rolunun vurğulanması baxımından qarşısına qoyduğu mühüm məqsədlərə nail olmuşdur.
Beləliklə, daha bir mötəbər tədbir müvəffəqiyyətlə başa çatdı, Azərbaycan daha bir nüfuzlu toplantının yüksək səviyyədə təşkilinə və keçirilməsinə nail oldu. Hesab edirəm ki, bu forumun iştirakçılarının toxunduğu məsələlər, gəldiyi qənaətlər, qəbul olunan Bakı Bəyannaməsi və digər məsələlər hələ uzun müddət mütəxəssislərin diqqət mərkəzində olacaq və müvafiq təhlillər aparılacaq. Ölkəmiz BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" mövzusunda VII Qlobal Forumunun məhsuldar fəaliyyətini təmin etmiş və sübuta yetirmişdir ki, dövlətimiz istiqamətindən asılı olmayaraq, beynəlxalq səviyyəli istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də idman tədbirlərinə uğurlu ev sahibliyi etmək kimi gözəl bir ənənənin əsasını qoymuşdur.
İradə HÜSEYNOVA
Bakı Dövlət Universitetinin
"Qafqaz xalqları tarixi" kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının
üzvü
525-ci qəzet.- 2016.- 5 may.- S.4