İmperiyalar və onların süquta sürüklənməsi

 

 

Proloq

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

11. Amerika koloniyalarının İstiqlaliyyət müharibəsi 

 

Britaniyanın Şimali Amerikadakı koloniyalarında 1880-ci illərin böhranı 1776-cı ilə qədər davam etdi, bu vaxt kolonistlər Britaniya imperiyasından müstəqilliklərini elan etdilər. 4 iyul 1776-cı ildə İkinci Kontinental Konqress Tomas Cefferson tərəfindən yazılmış İstiqlaliyyət Deklarasiyasını bəyəndi. Deklarasiya Maarifçilərin irəli sürdüyühəyat, azadlıq xoşbəxtliyə can atmaqbarədəki təbii hüquqlara tərəfdar çıxdı bəyan etdi ki, koloniyalarBritaniya tacı ilə birlikdən uzaqlaşmaqla azad müstəqildir”. Amerikanın istiqlaliyyəti uğrunda müharibə rəsmi olaraq başlandı.

 

Böyük Britaniyaya qarşı müharibə böyük oyun idi. Britaniya nəhəng maliyyə resursları olan güclü Avropa hərbçi dövləti idi. İkinci Kontinental Konqress Corc Vaşinqtonun (1732-1799-cu illər) baş komandanlığı altında Kontinental ordunun yaradılmasına sərəncam verdi. Vaşinqton Virciniyada siyasi, fransız hindu müharibələrində isə hərbi təcrübə qazanmışdı. O, bu üçün yaxşı seçim idi. Kontinental ordu Britaniya qüvvələri ilə müqayisədə həvəskarlardan ibarət olmaqla, intizamsız qoşun idi. Döyüşçülərin xidməti adətən qısa müddətli olurdu.

 

Müharibə cəhdinin mürəkkəbliyi koloniyaların içindəki daxili ayrılıqlar idi. İstiqlaliyyət uğrunda vuruşmaqla İnqilabi Müharibə həmçinin vətəndaş müharibəsi idi, ailə üzvlərini qonşuları birini digərinə qarşı qoymuşdu. Loyalistlər əhalinin 15 30 faizi arasında idi, onları bu sual düşündürürdü ki, Britaniya siyasətçiləri üsyanı mühakimə edəcəklərmi? Loyalistlər Nyu-Yorkda Pensilvaniyada güclü idi, varlılardan, yaşlılardan siyasi cəhətdən mülayimlərdən ibarət idi.

 

Koloniyalar, əhalinin yarısı bu mübarizə başlayanda güman ki, apatiya vəziyyətində idi, vətənpərvərlər loyalistlər kimi əhalinin az hissəsini təşkil edirdi. Varlı vətənpərvərlər fermerləri sənətkarları əhatə edən geniş koalisiyada birləşmişdilər. Koalisiyanın geniş sosial spektri müharibədən sonra nümayəndələrdən ibarət olan hökumətə öz təsirini göstərdi.

 

Britaniyadan əvvəllər məğlub olmuş xarici dövlətlərin, həmin məğlubiyyətin qisasını almaq istəyi ilə kömək göstərməsi koloniyalar üçün böyük əhəmiyyət kəsb edirdi. Fransızlar müharibənin başlanğıcından Britaniya ağalığına qarşı vuruşan kolonistləri silah pulla təmin edirdi, fransız zabitləri əsgərləri Vaşinqtonun Kontinental ordusunda xidmət edirdilər. General Kornuollisin Britaniya ordusu Vaşinqtonun komandanlıq etdiyi birləşmiş amerikan fransız ordusuna təslim olmağa 1781-ci ildə Yorktaunda məcbur edildikdə, Britaniya hökuməti müharibəni başa çatdırmağı qərara aldı. 1783-cü ildə imzalanan Paris müqaviləsi ilə amerikan koloniyalarının müstəqilliyi tanındı amerikanlara Appalaç dağlarından Missisipi çayına qədər qərb ərazilərinə nəzarət etmək hüququ verildi.

 

On üç amerikan koloniyası Amerika Birləşmiş Ştatları kimi öz müstəqilliyini qazandı. Lakin onlar güclü bir mərkəzi dövləti olan Birləşmiş Milləti qurmağa az həvəs göstərirdilər. 1787-ci ildə Filadelfiyada qurultaya gələn 55 nümayəndə Konfederasiya maddələrini təftiş etməli idi. Lakin onlar təftişdən imtina etdilər yeni Konstitusiya yaratmağı qərara aldılar. Təklif olunan Konstitusiya fərdi ştatların hökumətlərindən fərqlənən ali olan mərkəzi hökumət yaratdı. Milli hökumətə vergi qoymaq, milli ordunu qaldırmaq, daxili xarici ticarəti nizamlamaq, milli valyuta yaratmaq səlahiyyətləri verildi. Mərkəzi ya federal hökumət üç qola bölündü, onların hər biri digərlərinin fəaliyyətini yoxlamaq üçün müəyyən səlahiyyətə malik idi. Prezident icra qolunun başçısı kimi qanunları icra etmək, qanunverici aktlara veto qoymaq, xarici işlərə nəzarət etmək hərbi qüvvələri istiqamətləndirmək səlahiyyətlərinə malik olmağa xidmət etməli idi. Qanunvericilik hakimiyyəti hökumətin ikinci qanadı olmaqla ştat qanunvericiliyinin seçdiyi (sonralar bu, əhali tərəfindən birbaşa seçimlərlə əvəz olundu) Senatdan xalqın birbaşa seçdiyi Nümayəndələr Palatasından ibarət olmaqla ikipalatalı qanunverici orqan idi. Ali Məhkəmə digər məhkəmələr Konqres tərəfindənvacibkimi hesab edilməklə hökumətin üçüncü qolu idi. Onlar KonstitusiyanıTorpağın ali qanunukimi həyata keçirəcəkdilər.

 

Birləşmiş Ştatların Konstitusiyası 1788-ci ildə ştatlar tərəfindən bəyənildi. 1789-cu ildə yeni Konqress Konstitusiyaya 12 yeni əlavələr etdi, onlardan 10-u ştatlar tərəfindən ratifikasiya edildi o, həmin vaxtdan İnsan Haqları haqqında Bill kimi tanınır. Bu maddələr din, çıxış etmək, mətbuat, petitsiya (ərizə vermək, məsələ qaldırmaq) toplaşmaq azadlığına təminat verirdi, həmçinin silah gəzdirmək, səbəbsiz axtarışlardan həbsdən himayə edilmək, qanuni prosesə əməl edilməklə jüri tərəfindən mühakimə olunmaq mülkiyyət hüququnun müdafiə edilməsi kimi hüquqlar verirdi. Bu hüquqların çoxu amerikanın kolonistləri arasında populyar olan XVIII əsr filosoflarının təbii hüquq fəlsəfəsindən götürülmüşdü. 

 

12. Napoleon erası

 

Napoleon tez-tez iddia edirdi ki, İnqilabın fransız xalqına verdiyi töhfələri qoruyub saxlamışdır. Respublika azadlığı idealı, əlbəttə, Napoleonun avtokratiyası tərəfindən dağıdılmışdı. Bu, Napoleonun həmin sözlərinin saxta olduğunu sübut edir.

 

1801-ci ildə Napoleon inqilabın köhnə və barışmaz düşmən olan Katolik kilsəsi ilə sülh bağladı. O, hansısa bir fərdi dindən özünü məhrum etmişdi. Misirdə özünü müsəlman, Fransada isə katolik adlandırmışdı. O, Papa VII Piylə danışıqlar aparıb, Fransada katolik kilsəsini yenidən qurdu. 1801-ci ildə bağlanan Konkordatdan hər iki tərəf fayda götürdü.

 

Hələ 1799-cu ildə Napoleon konsul olanda Fransa Rusiyadan, Böyük BritaniyaAvstriyadan ibarət İkinci Avropa Koalisiyası ilə müharibədə idi. 1803-cü ildə Britaniya ilə müharibə təzələndi, ona Üçüncü Koalisiya kimi tezliklə AvstriyaRusiya da qoşuldu. 1805-ci ildə cənubi Almaniyadakı Ulm döyüşündə Napoleon Avstriya ordusunu mühasirəyə aldıqda, düşmən tez qaydada təslim oldu. Ulmdan şərq tərəfdə Austerlitsdə Napoleon çar I Aleksandrın başçılığı altındakı iri Rusiya ordusubir sıra Avstriya qoşunları ilə üz-üzə gəldi. Birləşmiş Müttəfiq qüvvələr Napoleonun qüvvələrindən sayca xeyli çox idiNapoleon müttəfiq qüvvələri darmadağın etdi. Avstriya sülh xahiş etdiçar Aleksandr qüvvələrini geri, Rusiyaya çəkdi. Napoleon Prussiya qoşunlarına 1806-cı ildəki iki döyüşdə - İenaAuerştadt döyüşlərində tarmar etdi. Napoleonun Böyük Ordusu (Grand Army) Koalisiyanın Kontinental üzvlərini məğlub etməklə, yeni Avropa qaydası yaratmaq imkanı əldə etdi.

 

Napoleonun Böyük İmperiyası üç başlıca hissədən ibarət idi: fransız imperiyasından, bir sıra məğlub edilmiş dövlətlərdən və müttəfiq dövlətlərdən. Fransız imperiyası Böyük imperiyanın daxili özəyi olmaqla, şərqdə Reynə qədər böyüməklə, İtaliyanın Romadan şimaldakı qərb yarısına sahib idi. Asılı dövlətlərə İspaniya, Niderland, İtaliya krallığı, İsveçrə respublikası, Varşava Böyük HersoqluğuReyn Konfederasiyası (AvstriyaPrussiya istisna olmaqla, bütün alman dövlətlərinin birliyi) daxil idi. Müttəfiq dövlətlər isə Napoleonun məğlub etdikləri idiBritaniyaya qarşı onun mübarizəsinə qoşulmağa məcbur edilmişdilər. Onlara Prussiya, AvstriyaRusiya aid idi. Napoleon özünü bu bütöv birliyin lideri hesab edirdi: “Avropa bir sadə başın rəhbərliyi altında olmasa sakitlikdə dayana bilməz, bu baş öz zabitləri kimi krallara malik olacaqdır, krallar isə krallıqlarını öz leytenantları arasında böləcəkdir”.

 

İmperiyanın içində Napoleon özünə hamının tabe olmasını tələb edirdi, çünki o, Britaniyaya qarşı ümumi cəbhəyə möhtac idi. Həm də artan şəxsi eqoizm onun iradəsinə tabe olunmasını istəyirdi. Napoleon həmçinin hər yerdə müəyyən inqilabi prinsiplərin qəbul edilməsini istəyirdi, bunlara leqal bərabərlik, dini tolerantlıq və iqtisadi azadlıq daxil idi.

 

Onun Böyük İmperiyasının daxili özəyində və asılı dövlətlərdə Napoleon köhnə qaydanı dağıtmaq istəyirdi. Bu dövlətlərdə hər yerdə kübarlıq və din xadimləri öz xüsusi imtiyazlarını itirmişdilər. O, istedada görə vəzifədə irəliləmək imkanının bərabərliyini, qanun qarşısında bərabərliyi və dini tolerantlığı tətbiq etmişdi. Fransız inqilabi prinsiplərinin yayılması həmin ölkələrdə liberal ənənələrin inkişafında mühüm amilə çevrildi. Bu islahatlar bəzi tarixçiləri belə bir nöqteyi-nəzərə gətirmişdi ki, Napoleon maarifçi mütləqiyyətlərdən axırıncısı idi.

 

130 il sonrakı Hitler kimi, Napoleon da ümid edirdi ki, onun Böyük İmperiyası əsrlərlə yaşayacaqdır. Hitler imperiyası kimi, onunku da, demək olar ki, yarandığı kimi də sürətlə süqut etdi. Bunu iki başlıca səbəblə - Böyük Britaniyanın sağ qalması və millətçiliyin gücü ilə izah etmək olar. Britaniyanın sağ qalması birinci növbədə onun hərbi-dəniz qüvvəsinə borclu idi. Britaniya nə qədər ki, dalğalara hakim idi, o, hərbi hücum qarşısında, demək olar ki, kövrək olmurdu. Baxmayaraq ki, Napoleon İngiltərəyə müdaxilə barədə fikirləşirdi və hətta bunun üçün gəmilər də toplamışdı, lakin o, 1805-ci ildə Trafalqarda fransız-ispan birləşmiş donanmasının admiral Nelsonun başçılığı altında Britaniya hərbi-dəniz qüvvələri tərəfindən qəti məğlub edilməsinə qarşı heç bir şey edə bilmədi. Napoleon bu vaxt Britaniyanı məğlub etmək üçün özünün Kontinental sisteminə tərəf döndü. 1806-1807-ci illərdə bu sahədə uğur qazanmaqla, bununla Britaniya mallarının Avropa qitəsinə daxil olmasının qarşısını almağa cəhd edib, Britaniyanı iqtisadi cəhətdən zəiflətmək və onun müharibə başlamaq qabiliyyətini məhv etmək istəyirdi. Lakin Kontinental sistem uğursuzluğa düçar oldu. Müttəfiq dövlətlər özlərinin Fransa iqtisadi hegemonluğuna sıx birləşmələrinə nifrət edirdilər, bəziləri Napoleonu aldatmağa, digərləri isə müqavimət göstərməyə keçdilər, qapıları Britaniyanın qitə kollaborasionistlərinə açdılar. Şərqi Aralıq dənizindəki və Latın Amerikasındakı yeni bazarlar həmçinin Britaniya üçün kompensasiya variantı kimi xidmət edirdi. Həqiqətən də, 1810-cu ildə Britaniya dənizlərin o tayına ixracda rekord səviyyəyə yüksəldi.

 

Napoleonun məğlubiyyətində ikinci mühüm faktor rolunu millətçilik oynadı. Bu siyasi iradə fransız xalqı arasında qardaşlığı və digər xalqlara qarşı həmrəyliyi vurğulanmaqla, Fransız İnqilabı ərzində qalxmışdı. Millətçilik xalqın ümumi dil, dinmilli simvollarına əsaslanmaqla, vahid mədəni varlığını əhatə edirdi. Fransız Millətçiliyi inqilabNapoleon erasında kütlə ordularının yaranmasını mümkün etmişdi. Fransızlar Avropada millətçiliyi iki yolla qaldırmışdılar: özlərinin istismarçılara nifrət edənə çevirməklə və bununla fransız millətçiliyinə əks olan digər vətənpərvərlik nümunələrini irəli sürməklə. Napoleona qarşı ispanların üsyanı Britaniyanın köməyi ilə 200 min nəfərlik fransız qüvvəsinin illər ərzində İspaniyada qalmağa məcbur edirdi. Almaniya dövlətlərində də millətçi hərəkat yüksəlirdi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 7 may.- S.20