Yazıçı dost haqqında roman

 

 

...Sən demə, illərdən bəri dostluq etdiyim, yaxşıca tanıdığımı düşündüyüm qələm yoldaşım Aydın Tağıyevin - bunağıl adam”ın şəxsən mənə məlum olmayan qəribəliklərlə dolu bir həyatı varmış.

 

Bu gün əksər Azərbaycan yazıçılarının şəxsi həyatı belə qəribəliklərlə, maraqlı hadisələrlə doludur, bəs niyə yazıçılarımız özlərinin dostlarının ömür yolunu povestlərə, romanlara çevirmirlər? Sabir ƏhmədlininYazılmayan yazı”, Vidadi BabanlınınGizlinlər Seyran SəxavətinQaçaqaçəsərlərindən başqa daha nələr oxumuşuq bu mövzuda? mən bu sıraya tanınmış yazıçımız Novruz NəcəfoğlununNağıl adamromanını da daxil edirəm.

 

Aydın Tağıyevi doğulduğu, boya-başa çatdığı Şabranda hamı tanıyır, tanımayanlar varsa da, onlar hələ bu gözəl dünyaya göz açmayanlardır. Altmış dörd yaşlı bu Şabran sakini, gözəl ziyalı, Azərbaycanda kifayət qədər yaxşı tanınan yazıçı mənim dostumdur qırx ildir ki, bu dostluq heç bir sapıntıya uğramadan üzü gələcəyə doğru yol gedir. Onu bir insan kimi , bir yazıçı kimi çox sevirəm bizim nəinki mənəvi yaxınlığımız, hətta fiziki görkəmimiz bir-birinə uyğundu. Amma o balaca, arıq cüssəsiylə Aydın Tağıyev ərazicə o qədər böyük olmayan Şabranın ən tanınan adamlarından biridir. Mən vaxtilə, dörd il öncə, “Görünən adam - Aydın Tağıyevadlı bir yazı yazmışdım istəyirəm ki, Novruz Nəcəfoğlunun Aydına, onunla dost münasibətinə ümumən dostluq mövzusuna həsr etdiyiNağıl adambioqrafik romanından söz açmamışdan öncə burada həmin məqalədən bəzi xatırlatmalara yer verim: “Aydın Tağıyev istedadlı bir nasirdir... O, müasir nəsrimizin müxtəlif ədəbi nəsilləri arasında öz balaca boyu, cüssəsi ilə seçilir, fərqlənir... Aydın Tağıyev çox vəfalı, sədaqətli adamdır. Bu vəfa sədaqət hissi onu həyatda insan kimi dəyişməz sabit saxlayıb...” Həmin yazıda mən Aydın Tağıyevin yaradıcılığından, nəsrimizdə hekayə janrının bir sıra gözəl nümunələrini yaratmasından da səmimiyyətlə söz açmışdım. Ancaq Novruz NəcəfoğlununNağıl adamromanında dostumuz Aydın Tağıyev həm insan, həm yazıçı kimi hərtərəfli tanıdılır, şəxsi yaradıcılıq keyfiyyətləri bütün çalarları ilə verilir.

 

N.Nəcəfoğlu son illərdə bir sıra maraqlı hekayələr, povestlər, publisistik yazılar qələmə alıb, onun maraqla qarşılanan kitabları nəşr olunub. Bu yazıçının əsərlərinin özülündə retro xarakterli, yaddaş lövhələrilə zəngin materiallar dayanır, keçmişin unudulmayan hadisələri, xatirələrdə yaşayan insanlar onun nəsr əsərlərində şirin bir təhkiyə ilə, nağılvari tonda oxucuya çatdırılır. Baxın: “Bir qış gününün xatirəsi”, “Yollar uzanan gün”, “Çarəsiz yolçu”, “Keçən cavan çağım ola”, “Atüstü bir nağıl”, “Bir mən oyaqdım”... Bu adlar unudulmaz xatirələrdən, ötən günlərin silinməz təəssüratlarından xəbər verir. Almaniya Yaponiya səfərindən aldığı təəssüratları da Novruz müəllim ayrıca iki kitabda əks etdirib. bu səfər təəssüratları da ötən günlərin yaşanılan duyğularıdır. EləNağıl adam”ın qəhrəmanı Aydın Tağıyev bizə daha çox ötən illərin, ayların hadisələri, maraqlı məqamları müstəvisində görünür. Amma bir mühüm cəhət nəzərə çarpır ki, “Aydın Tağıyev nağılıhələ bitməyib.

 

Nağıl adam”ın janrı haqqında redaktoru Seyfəddin Hüseynlinin kitabda verilən mülahizələri ilə şərikəm. Doğrudan da, romandagerçək simaların portretləri cızılır”, “əsərdə sənədlərə, yazılar, məktublar halında, geniş yer verilir”, “Nağıl adam”ın məzmunu bütünlüklə xatirat elementlərindəın - yaddaş lövhələrindən... ibarətdir təbii ki, əsər bütün bu cəhətlərilə bioqrafik romandır, daha dəqiq desək, “bioqrafiyalar toplusudur”. Bioqrafik romanda başlıca məqsəd əsərin qəhrəmanının tərcümeyi-halı, keçdiyi ömür yolu haqqında müəyyən bilgilər verməkdir, amma bu, qarşıya qoyulan məqsədin ancaq zahiri, daha çox texniki tərəfidir. İnsan ömrü sırf tərcümeyi-hal şkalasına sığışa bilməz. İnsan ömrü başqaları ilə münasibətdə formalaşır, həyatın, gerçəkliyin hadisələri içərisində yetkinləşir. Onun xarakteri, insani keyfiyyətləri, bir insan kimi yaşadığı hisslər, duyğular da bu kontekstdə üzə çıxır. Əsərin mərkəzində dayanan obraz - Aydın Tağıyev ziyalıdır, müəllimdir, yazıçıdır, həyatın, insanların, öz mühitinin və cəmiyyətin içərisindədir, onun bu səviyyəyə gəlib çatması, Şabrandan Bakıya, Bakıdan da bu məmləkətin müəyyən bucaqlarına (daha çox ədəbi auditoriyasına) yetməsi heç də təəccüblü deyil. Amma ən əsası da budur ki, Aydının özü maraqlı, orijinal bir yazıçı olmaqla yanaşı, həm də maraqlı insandır və Novruz Nəcəfoğlunun da Aydına rəğbətinin, onunla sıx ünsiyyətinin özülünü bu nöqtədə axtarmaq lazımdır. “Nağıl adam” romanının mövzusu, motivləri məhz buradan qaynaqlanır. İnsanlar arasında həqiqi dostluq üçün gərək onların həyata baxışları, münasibətləri bir-bir səmtə tuşlansın, eyni tonda köklənsin, müxtəlif məsələlərlə bağlı ortaq düşüncə tərzi, anlaşma olsun. Məncə, çox sadə bir insan olan Novruz müəllimlə Aydının dostluğunu da elə bu anlaşma ilə izah etmək olar. Ümumiyyətlə, bu bioqrafik romanda bir əsas xətt əsər boyu davam edir ki, bu da DOSTLUQ xəttidir. Aydının bu dünyada bəlkə heç düşməni yoxdu, amma dostlarının sayı-hesabı bilinmir. Sadə insanlardan tutmuş, xalq yazıçılarına, adi fəhlədən tutmuş rəislərə, müəllim həmkarından tutmuş rəhbər işçilərə qədər neçə-neçə dostu var. Dostluğu, dost olmağı bacaran Aydının bu keyfiyyəti, təsadüfi deyil ki, indi bir roman halında özünün bədii təzahürünü tapıb.

 

“Nağıl adamda ilk epizodlar yazıçı dostumuzun necə həssas, duyğusal bir insan olması ilə təqdim edilir: “Dedikcə həssas olan Aydın təbiətən çox duyğusal, kövrək adamdır. Kövrələndə lap körpə kimi məsumlaşır. İnanclı bir şəxs olan dostum hərdən-əlbəttə, yeri gələndə-tanrıya, müqəddəslərə, övliyalara sidq-ürəklə elə and içir ki, o zəqqum kimi acı “saf su” ilə gündə neçə yol öpüşən dodaqlarından sanki şərbət, bal tökülür”.

 

Roman müəllifi maraqlı və təsirli bir epizodu nəql edərkən yazır ki, Şabranda Gülşahnaz adlı bir qız vardı, ruhi xəstəydi. Onu hər gün neçə dəfə şəhərin baş küçəsi ilə aşağı-yuxarı yellənə-yellənə keçib gedən görərdik. Bəzən də şəhər parkında oğrun-oğrun gəzişərdi, amma ruhən xəstə olsa da, zahirən şux, nikbin idi, kimsəni narahat etməzdi. Və Gülşahnazın bu halı Aydına çox pis təsir eləyir. Günlərin birində Gülşahnazı kimsə maşınla vurur və Aydın sanki əziz bir adamını itirmiş kimi qəm-qüssəyə batır, ağlayır...

 

Aydının özününson dərəcə real, inandırıcı lövhələrlə diqqəti cəlb edən hekayələrində onun həssaslığı ilə bağlı belə məqamlara az təsadüf etmirik.

 

Əlbəttə, Novruz Nəcəfoğlu Aydının o həssas ürəyi ilə yazıları arasında vəhdəti tez-tez nəzərə çarpdırır. Hiss olunur ki, müəllif Aydının insani keyfiyyətləri ilə yazıları arasında uçurumun, ziddiyyətin olmamasından hədsiz dərəcədə məmnundur. Təbii ki, burada gündəlik müşahidələrin də rolu böyükdür. Amma ilk növbədə, Aydının sadə həyat tərzinin şeiriyyəti ilə yazılarında nəzərə çarpan şeiriyyətin bir-birini necə tamamladığına heyrət edir. Oxuyuruq: “Aydının “Alma oğurlayan divlər” hekayəsində təsvir etdiyi bağbanın gəzib-dolaşdığı ağacları çağırdığı adlar elə orijinaldır ki, öz-özlüyümdə düşünürəm, bəlkə bundan sonra o akğacları elə beləcə -bu hekayədə sadalanan kimi çağıraq?! Yaşlı bağban ağacların arası ilə gəzib hər birinin yanında ayaq saxlayır, üzünü onlara tutub, qoz ağacına: “Sabahın xeyir, kənək qardaş”, heyva ağacına: “Necəsən, sarı gəlin”, budaqlarını oxşadığı nara: “Siz necəsiniz, güleyşə qızlar”,- deyə-deyə keçir, sonra əncir ağacının altında dayanır. “Əyri-üyrü, gövdəsi boyu insan əlləri kimi qırış-qırış damarları çıxan” əncir ağacını o, nənəsinə oxşadıb: “Xoş gördük, ay nənə!” -deyir”.

 

“Nağıl adamda Aydın Tağıyevin bir insan və yazıçı kimi formalaşmasında mühüm rol oynamış insanlara da geniş yer ayrılır və burada elə insanlardan söz açılır ki, onlar yazıçının mühiti haqqında, dostluq elədiyi, ünsiyyətdə olduğu adamlar barədə dolğun təsəvvür yaradır. Öyrənirik ki, Aydının ata babası Molla Əhəd Axund böyük bir din xadimi imiş. Atası Əhməd kişi Sovet dövründə, gizlində də olsa, namaz qılar, oruc tutar, gecələr xəlvətə çəkilib Quran oxuyarmış. Əhməd kişi müharibədə olmuş, ölüm, qan-qırğın görmüşdü. Yaşı səksəni adlayanda isə ağır xəstəliyə tutulur, 2005-ci ilin sentyabr ayında gözlərini əbədi yumur. İki oğlu, bir qızı, həyat yoldaşı və Aydın - sadə bir ziyalı və yazıçı ailəsi. Təbii ki, bu ailənin özünə görə çətinlikləri, maddi və mənəvi sıxıntıları da olub, amma indi - 64 yaşlı ata, ailənin başçısı kimi, üç övladüç nəvə əhatəsində xoşbəxtliyin dadını ürək dolusu duyur.

 

Novruz Nəcəfoğlu Aydın Tağıyevin Şabran (ümumən Quba və ətraf bölgələr) ədəbi mühitində mühüm rol oynayan, “Şabran” ədəbi məclisində öz sözüyeri olan bir ədib kimi təqdim etməyi də unutmur. Şabranda doğrudan da istedadlı yazarlar az deyil və onların səsi-sorağı Şabrandan Bakıyacan məmləkətimizin çox yerində eşidilir. Onların bir çoxu haqqında ilk yazını qələmə alan, xeyir-dua verən də elə Aydın Tağıyev olub.

 

Təbii ki, bu yazıda mən Novruz Nəcəfoğlunun “Nağıl adambioqrafik romanı haqqında bütün genişliyilə, tam əhatəli şəkildə söz aça bilmədim, amma görünən kəndə nə bələdçi: romanda Aydın Tağıyev və onun insan-yazıçı-dost obrazı, ümumilikdə dostluq anlayışı çox dolğun əks olunub. Odur ki, bu qeydlərimi mən hər iki yazıçımıza həyatda və yaradıcılıqda yeni uğurlar diləməklə yekunlaşdırıram.

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2016.- 7 may.- S.17