Şuşanın dağları -
başı dumanlı...
Şuşa... Həqiqətdə heç zaman görmədiyim,gəzmədiyim,
ruhən isə çox bağlı olduğum Vətən torpağı!
Ruhi yaddaşımda Şuşa
bu cür canlanır: Sakit, havası yayın cırhacırında sərin,
küçələri daş
döşəməli, binaları
milli ornamentlərlə
bəzədilmiş, yaşıl
örpəyə, gül-çiçək
ətrinə bürünmüş,
sübhdən quşların
nəğməsi ilə
oyanan, bulaqlarının
suyu diş üşüdən, küçələrində
addımladıqca ara-sıra
musiqi səsi eşidilən, XVIII əsrin
abu-havasını özündə
saxlayan yaşayış
məskəni!
Qışının şaxtası isə insanı iliyinə qədər üşüdər, payızda
sarı-qızılı libasa
bürünər, başının
üstü çox zaman dumanlı, çiskinli, tez-tez payız yağışları
yağar, küçələrinin
daş döşəmələrini
yuyub par-par parıldadar
.Yazı, yayı başqa bir aləm olan Şuşam mənim!
Yaddaşımda xoşbəxt vaxtlarını
canlandırdığım Şuşa hansı
qeylü-qallar yaşayacağından
xəbərsiz idi.
İndi
o dağlar qartalı Şuşamızın hiyləgər
erməni işğalçılarının
əlinə keçməsindən
24 il ötür.
24 ildir ki, Azərbaycan Şuşasız,
Şuşa da şuşalılarsızdır,
azərbaycanlılarsızdır. Yadıma 1990-cı il 20 Yanvar faciəsi zamanı yaşadığımız ağır,
hüznlü günlər
düşür. O zaman
rus ordusu Bakıda teleradionun enerji blokunu partlatdı, biz də ölkədəki vəziyyətdən
xəbər tuta bilmirdik. O ağır günlərin məlumatsızlıq
girdabında boğulduğumuz
günlərdə hər
axşam saat
18:00-ı səbirsizliklə gözləyirdik. Bakıdakı vəziyyət haqqında Şuşadan yayımlanan
qısa bir verilişlə məlumatlanırdıq.
Millətimizin o ağır
günlərində Şuşa beləcə
pənah yerimiz idi. O ağır günlərimizdə Şuşa Azərbaycana
dayaq dura bildi, biz isə Şuşaya çətin
günündə dayaq
dura bilmədik.
8 may
1992-ci il. Şuşanın işğal günü.
9 May isə şuşalıların,
ümumiyyətlə, azərbaycanlıların
SSRİ tərkibində, alman
faşizminə qalib gəldiyi gün. Bu yaxşılığın əvəzini,
“çox sağ
ol”nu Sovet dövləti bizə dədə-baba torpaqlarımızın
erməni yağılara
verməklə çatdırdı.
17 məscidi, 17 məhəlləsi,
17 bulağı olan Şuşamız indi nə vəziyyətdədir!
Allah evi olan məscidlərə murdar nəfəslər dəyir!
Bulaqlardan su yerinə
axan Natəvanın göz yaşıdırmı?!
Axı o
suyu Şuşaya Xan qızı saxsı borularla uzaq məsafələrdən,
çətin yollardan
çəkdirib gətirmişdi.
Bəlkə o bulaqlar da erməni vəhşiliyinə
dözməyib quruyub?
Tar, qaval sədası
eşidilən, muğam
səsi yayılan o gözəl Şuşamızdan
əsər-əlamət qalmayıb.
Bu duyğular yağışıyla
dolub mən də yağa biləydim Şuşaya!
Dağ qürurlu Şuşam! Hüznlüsən, gözlərin yollarda,
könlün intizardadır.
Bir əlini gözünün
üstə qoyub uzaqlara baxan qocaya bənzəyirsən,
sanki tikan üstündə oturmusan.
Yolumuzu gözləyən Şuşamız! Görüşəcəyimiz gün çox da uzaqda deyil! Təki azad və müstəqil dövlətimiz ədəbi olsun, günbəgün güclənən ordumuz sənin doğma qoynunu da, o biri yerd yerlərimizi də murdar düşmən tapdağından tezliklə azad etsin! Və o zaman “Ərimgəldi” qayasından sənin “Elim gəldi!” harayın yüksəlsin! Amin!
Gülnarə MƏSUM
İsmayıllı, Tirca
525-ci qəzet.- 2016.- 7 may.- S.12