Tərcümə də bir sənətdir...

 

PROFESSOR TOFİQ RÜSTƏMOVUN 80 YAŞI TAMAM OLUR

 

 

Tərcümə bir sənətdir: tərcüməçidən mükəmməl dil bilgisi, yazıçılıq məharəti, mətnin sətiraltı mənasını duymaq bacarığı tələb edən sənət...

Xüsusilə , əgər söhbət bədii ədəbiyyat nümunələrinin tərcüməsindən gedirsə. Tərcümə son dərəcə nəcib, faydalı, səmərəli, eyni zamanda gərgin məsuliyyətli bir işdir. Bu işə qoşulan hər kəs onu dərindən dərk etməlidir...

Azərbaycanda tərcümə sənətinin qədim tarixi var. Ana dilimizdə tərcümələrin ilk nümunələri XIV əsrə aiddir. Burada Qazi Mustafa Zəririn "Siratün-nəbi", "Siyəri-Nəbəvi", İmadəddin Nəsiminin, Əvhədinin farscadan tərcümələri sairə misal ola bilər. Lakin tərcüməçiliyin sürətli inkişafı sənət səviyyəsinə qalxması XIX əsrin əvvəllərinə təsadüf edir. Mədəniyyət ictimai fikrimizin görkəmli nümayəndələri M.F.Axundov, H.B.Zərdabi, N.Nərimanov, C.Məmmədquluzadə, A.Səhhət, Ü.Hacıbəyov başqaları tərcümə işi ilə məşğul olub, onun nəzəri məsələləri barədə qiymətli fikirlər söyləyiblər. M.F.Axundov deyirdi: "Tərcümənin əsas şərti budur ki, onda orijinaldan artıq, əskik bir şey olsun. Bundan yaxşı, bundan yüksək tərcümə ola bilməz". A.Bakıxanovun ruscadan dilimizə İ.Krılovun "Eşşək bülbül" təmsilinin tərcüməsi bu sahədə ilk təşəbbüslərdən biridir.

 

Bu ənənə davam etdirildikcə zamanla tərcümə sənəti müzakirə araşdırma obyektinə çevrildi. Əyyub Abbasov, Hüseyn Şərif, Beydulla Musayev, İslam İbrahimov, Mirzə İbrahimov, Məmməd Arif, İshaq İbrahimov, İsmayıl Şıxlı, Anar, Ələviyyə Babayeva, Natiq Səfərov, Vaqif Əlixanlı kimi tərcüməçilərin əməyi sayəsində neçə-neçə ədəbiyyat nümunələri Azərbaycan dilində oxundu.

 

Yaradıcılığı bu dövrə təsadüf edən professor Tofiq Rüstəmov da tərcüməçilik fəaliyyəti ilə məşğul olub, onun nəzəri praktik məsələlərinə aid fikir söyləyib. Onun tərcüməyə marağı hələ tələbəlik illərindən - "İlk tapşırıq" hekayəsi ilə başlayır.

 

60-cı illərdə T.Rüstəmov M.S.Ordubadi yaradıcılığına müraciət edir, yazıçının "Qırx baqqal", "Ramazan"  hekayələrini rus dilinə çevirir.

 

Bu illər ərzində onun bir neçə nağıl, hekayə, novella tərcümələri ayrı-ayrı mətbu orqanlarda çap olunub: "Axşam məktəbi", "Sındırılmış şüşə", "Sevgi məktubları","İlk məhəbbət" s.

 

1980-ci ildə Tofiq Rüstəmovun tərcüməsində yazıçı, tərcüməçi Lev Ginzburqun "Novıy mir" jurnalında nəşr olunan böyük əks-səda yaradan "O dünyada görüşlər" əsəri "Azərbaycan" jurnalında, 1993-cü ildə isə kitab şəklində çap olunub.

 

T.Rüstəmov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilən F.Dürrenmattın "Böyük Romul" komediyası Q.Caqarovun "Prokuror" pyesinin tərcüməçisi kimi tanınıb.

 

lll

 

T.Rüstəmovun Bestujev-Marlinski yaradıcılığına marağı 60-cı illərdən başlayıb ("İnsan şeytan" oçerki). Daha sonra 1988-ci ildə "Yazıçı" nəşriyyatında "Molla Nur" povesti Azərbaycan dilində çap olunub. Tərcüməçinin hər iki dili mükəmməl bilməsi nəticəsində əsər ustalıqla dilimizə tərcümə edilib. Povestin o dövr Azərbaycan oxucusu elmi ictimaiyyəti arasında tanınmasının səbəblərindən biri elə bu idi. Mətbuat səhifələrində "Molla Nur" onun peşəkar tərcüməsi ətrafında professorlar C.Məmmədli, A.Hacıyev, Z.Əlizadə başqaları müzakirələr aparıb, tərcüməçinin üslubundan, orijinala yaxın söz ifadə seçimindən, Azərbaycan reallığının məharətli təsviri təqdimatı barədə mütəxəssis rəyləri söyləyiblər.

 

Yazıçı-dekabrist A.A.Bestujev-Marlinskinin Qafqaz dövrü yaradıcılığının az öyrənilməsi, külliyatının akademik nəşrinin olmaması tərcüməçi üçün xüsusi çətinlik yaradırdı. Ona görə bu adi tərcümə yox, həm Marlinski yaradıcılığının "Molla Nur"un uzun bir dövrü əhatə edən araşdırması, tədqiqatı idi. Digər tərəfdən bu əsər Sovet oxucusu üçün XIX əsr Azərbaycan şifahi xalq yaradıcılığı elementləri ilə tanış olmaq imkanı yaratdı bu sahədə bilgiləri artırdı.

 

"Molla Nur" povestinin tərcüməsindən sonra Azərbaycan ədəbi mühitində A.B.Marlinski yaradıcılığına maraq artdı. 1990-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı ilk dəfə onun seçilmiş əsərlərini rus dilində oxuculara təqdim etdi. Maraqlıdır ki, kitaba Bestujev-Marlinskinin tərcüməsində M.F.Axundovun "Puşkinin ölümünə" şeiri salınıb. "Nəşriyyatdan" qeydi ilə olan hissədə Azərbaycanla bağlı maraqlı məlumatlar verilir.

 

Diqqət çəkən məqamlardan biri əsərdə "Azərbaycan" sözünün işlənməsidir. "Molla Nur"da tatar sözü tez-tez istifadə olunur. Tərcüməçinin qeydində deyilir: "Povestin bütün hissələrində "tatar" sözü "azərbaycanlı" mənasında işlədilib". Povestin bir hissəsində isə müəllif qeydində "Azərbaycan ləhcəsi" ("aderbaedjanskoe nareçie") ifadəsi var. Xatırladım ki, əsər 1836-cı ildə yazılıb.

 

T.Rüstəmov kitaba Bestujev-Marlinskinin Azərbaycan dövrü yaradıcılığını əhatə edən faktlarla zəngin giriş məqaləsi yazıb. Burada yazıçının ayrı-ayrı povest oçerklərində Azərbaycanın təbiəti, şəhərləri yaşayış məntəqələri, tarixi abidələri, yerli adət-ənənələri haqqında geniş məlumat verilir. T.Rüstəmov Abbasqulu Ağa Bakıxanov haqqında danışılan "Hərbi antikvar" ("Voennıy antikvariy") hekayəsini xüsusi vurğulayır: "...müəllif "tatar atlı ordumuzun cəsur mayoru", "alim-müsəlman", "ziyalı mülayim insan"ı böyük hörmətlə təsvir edir".

 

lll

 

 Dövrünün tanınmış yazıçısı, şairi, ədəbi tənqidçisi, dekabrist hərəkatının fəal nümayəndəsi A.A.Bestujev-Marlinski qırx illik ömrünün yeddi ilini Qafqazda sürgündə keçirib. Azərbaycan ziyalılarından M.F.Axundovun, A.A.Bakıxanovun yaxın dostu A. Bestujev-Marlinski, hələ bir qədər əvvəl şərq dillərinə, xüsusilə türk dilinə, maraq göstərirdi. Azərbaycanda olduğu müddətdə o, dilimizin tarixi, yerli adət-ənənələrimizlə daha yaxından tanış olurbu dili tam öyrənir. Burada onu mərhəmətlə, azərbaycansayağı "İsgəndər bəy" çağırırdılar.

 

Maraqlıdır ki, XIX əsr rus yazıçıları Şərq mövzusuna müraciət edib, əsərlərində türkdilli söz və ifadələrə geniş yer veriblər. Məsələn, Puşkinin "Qafqaz əsiri", "Baxçasaray fontanı" və s.əsərlərini "Quran", "şərbət", "çalma", "xan" kimi sözlər bəzəyir. Lakin canlandırdığı diyarın yerli etnoqrafiyasına, xalq məişətinə bələd olduğundan A.B.Marlinskinin türk dilinə müraciəti və təsvirləri daha maraqlı və əsaslı idi.

 

Bədii tərcümədə orijinalın dilini bilmək, onu hərtərəfli anlamaq vacib şərtdir. Əsərdə müəllif qadın gözəlliyinin təsvirində "cim, əlif, nun" hərflərindən istifadə edərək yazır:"Gülşadın üç hərfdən ibarət çöhrəsinin təsvirini verirəm: J. Mən əminəm ki, heç bir Avropa alimi yığcam J hərfində bu qədər zəriflik olduğunu güman etməyib". T.Rüstəmov isə "Tərcüməçi qeydi"ndə məsələyə aydınlıq gətirir "Cim, əlif və nun hərflərinin birləşməsindən "can" sözü alınır" və yəqin ki, müəllif elə bunu nəzərdə tutub.

 

 Əsərdə Fətəli xanın hakimiyyəti dövründən danışılır. Tərcüməçi burada da tarixi faktları araşdırır və göstərir ki: "Marlinskinin bu məlumatı dəqiq deyildir. Burada 1759-cu ildə Dərbəndi ələ keçirmiş və 1789-cu ildə vəfat etmiş Qubalı Fətəli xandan söhbət gedə bilməz".

 

Əsərin orijinalı ilə tərcümənin müqayisəsində bir məsələ də diqqət çəkir. 1990-cı il nəşrində olan bir hissə: "Ay vay, kakoy stıd! C arməninom, s perevodçikom! Razve musulğman ili russkix ey nedostalo?… Löboy armənin s pridaçey dvux kuskov zerr-bafta, i çetverti qrexa ne stoit! tərcümədə verilmir. Bu da yəqin ki, dövrün tələbi idi. Xatırladaq ki əsərin tərcüməsi 1988-ci ilə aiddir. Əsərin ikinci nəşrində bu nəzərə alınıb, həmin hissə bərpa olunub.

 

"Qaqfaz povestləri" silsiləsinə daxil olan "Molla Nur" məzmun etibarilə Azərbaycan oxucusuna çox yaxındır. XIX əsr həyatımızdan alınmış povestdə T.Rüstəmovun yaradıcı yanaşması tərcüməni canlı səmimi edir. Sanki müəllifin Quba ətrafında hərbi xidmət keçərkən şahidi olduğu hadisələri onunla birgə yaşayır yenidən canlandırır.

 

Bəzən deyirlər ki, bədii əsərlər ancaq o xalqın milli xüsusiyyətlərini özündə birləşdirir və başqa dildə dəqiqliyi ilə həmin ruhu ifadə edə bilməz. Çünki yazıçılar əsərlərində ana dilinin zənginliyindən istifadə edərək müxtəlif obrazlar yaradır, fərqli hiss və duyğuları canlı ifadələrlə oxucuya ötürür. Bu əsərdə isə bir qədər fərqli tərz var. Tərcüməçi bunu belə izah edib: "Əsərin bəzi hissələrini oxuduqca elə güman edirsən ki, yazıçı azərbaycanca düşünüb rusca yazıb. Burada hər obrazın özünəməxsus dili, üslubu, fikir və hərəkət tərzi var". Yəni yazıçı "azərbaycancanı" rus dilində ifadə etməyə çalışıb. T.Rüstəmovun bu povestə diqqəti onun əsəri faktiki olaraq əvvəlki vəziyyətinə qaytarmaq istəyindən irəli gəlirdi.

 

"Molla Nur"u oxuyanda belə qənaətə gəlirsən ki, Tofiq Rüstəmov oxucuların mühakiməsinə verilən povestin əlvan, romantik dilinin illərlə axtardığı "azərbaycanca açarını" tapa bilib. Onun ən ümdə istəyi isə,"Molla Nur"un ana dilimizdə də bədii və üslub cəhətdən orijinalda olduğu kimi öz əksini tapması olub.

 

Bu il "Molla Nur"un 170, onun tərcüməçisi professor Tofiq Rüstəmovun isə 80 yaşı tamam olur. Yubiley ərəfəsində povestin ikinci nəşri oxuculara bir hədiyyədir.

 

Sevinc MƏMMƏDOVA

BDU Jurnalistika fakültəsi, Teleradio jurnalistikası kafedrasının dosenti

525-ci qəzet.- 2016.- 11 may.- S.7.