Üstinsanlığın şərtləri: Humanizm, tolerantlıq multikulturalizm

 

 

Dünyada İslam, Xristian, İudaizm, Buddizm başqa dinlər mövcuddur. Hər bir din həqiqət axtarışındadır. Lakin ümumi bir həqiqətə varmaq qeyri-din mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant, multikultural mövqe tutub sivilizasiyalar arasında dialoq yaratmaq vasitəsilə mümkündür.

 

İnsanlar hələ ibtidai dövrlərdən başlayaraq günəşi, ayı, ulduzu, müxtəlif bütləri ilahiləşdirməyə çalışıblar.

 

Bu, onların insani gücdən üstün olan qüvvələri utopik düşüncələri qeyri-adiliklə qəbul etmələri ya özlərinə rəhbər kimi ilahi bir varlığa ehtiyac duymaları ilə bağlı idi. Dünyada tarixən sülhün əldə olunmamasının, sivilizasiyalar arasında münasibətlərin ziddiyyət təşkil etməsinin əsas səbəbi hər bir inancın bir-birindən fərqlənməsidir. Lakin bütün bunlar sivilizasiyalar arasında toqquşmalara gətirib çıxarmamalıydı. Əksinə olaraq bu, fərqliliklərə hörmətlə yanaşıb toplumlar arasında oxşarlıq, ortaq xüsusiyyətləri önə çəkərək dünya birliyinin möhkəmlənməsi üçün çalışmaq lazım idi lazımdır. Buna nail olmaq üçün insanlar humanizm, tolerantlıq, multikulturalizm kimi ali dəyərlərin ətrafında sıx birləşməlidirlər.

 

Humanizmin ən yüksək pilləsində üstinsanlıq dayanır. Üstinsana latınca "Hyperanthropos" (hyper-üst,ötə anthropos-insan) deyilir. Üstinsan anlayışını ilk dəfə olaraq Friedrich Nietzsche mükəmməl bir şəkildə insanlara anlatmağa çalışıb. Onun "Nitimur in vetitum" ("Qadağan olunana varmaq istəyi") kodu yazıq ki, hərkəs tərəfindən təmiz bir şəkildə anlaşılmayıb. Bu, əslində humanizmin son pilləsinin kodudur. Bu kod dini dəyərlərə qarşı bir düşüncə olaraq deyil, yeni fikirlərə yüksələn yolda maneələrin aşılması istəyi olaraq düşünülməlidir. Üstinsan uca bir pirinsipdir, təkamülün son pilləsidir. "Nitumur in vetitum" kodu dünya toplumun yaranmasında yol göstəricidir. Dünyada millətlərin dilləri, dinləri mədəniyyətlərinin bir-birindən fərqli olması dünya toplumlarının bir araya gəlməsinə maneədir. Toplumlar  üstinsanlıq anlayışını insanlıq qayəsi məqsədi olaraq mənimsədikləri zaman sülh içində bir dünya toplumu yarana bilər.

Üstinsanlıq anlayışı toplumların bir-birinə qarşı yalnız tolerantlıq göstərməsilə bağlı deyil, eyni zamanda toplumların bir üstinsanlıq dəyərləri altında birləşməsidir. Təbii ki, yeni bir anlayışın mənimsənilməsi hər bir fərd üçün çətin bir prosesdir. Ancaq çalışaraq bu yüksəlişə qalxmaq mümkündür. Bu, bir insanlıq vəzifəsi olaraq düşünülməlidir.

 

Sadiq ZAKİROV 

Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi

525-ci qəzet.- 2016.- 11 may.- S.5