60 baharın mənalı anları
Konfutsi yazırdı
ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti,
mənəvi keyfiyyətləri
həqiqətən də
onun əməllərində,
fəaliyyətində real təcəssümünü
tapır.
Yəqin elə buna görədir
ki, xeyirxah və alicənab insan kimi tanınaraq
ömrün kamillik zirvəsinə yetişmək,
bu dünyada iz qoymaq xoşbəxtliyi
heç də hamıya nəsib olmur. Müasirimiz - uzun illər
dövlət orqanlarında
ləyaqətlə xidmət
edərək ömrünün
60-cı baharını cəmiyyət,
ailə qarşısında
alnıaçıq qarşılayan
Nizami Fərəcov isə bu xoşbəxtliyə
qovuşanlardan biridir.
...Uzun illər Ağsu rayonunda aqrar sahədə rəhbər vəzifələrdə
çalışmış, rayonda hörmət-izzət
sahibi olan Əskər Fərəcovun
ailəsində 1956-cı ildə
bir oğlan uşağı dünyaya
göz açdı. Böyük külfət sahibi olan Əskər
kişi bu övladının adını
bütün dövrlərin
mütəfəkkir şairi
sayılan Nizami Gəncəviyə olan sonsuz sevgisinin şərəfinə Nizami
qoydu. Əskər kişinin evində
elmə, təhsilə
olan ciddi münasibət hələ
kiçik yaşlarından
balaca Nizamiyə də sirayət etdi. Nizami orta məktəbi
bitirdikdən sonra, atası kimi taleyini kənd təsərrüfatına, aqrar
sahəyə bağlayaraq
Gəncə şəhərindəki
Kənd Təsərrüfatı
İnstitutuna daxil oldu. 1978-ci ildə ali məktəbi
müvəffəqiyyətlə bitirərək mühəndis-mexanik
ixtisasına yiyələndi.
Nizami Fərəcov
əmək fəaliyyətinə
Abşeron rayon Kənd
Təsərrüfatı İdarəsinin
mühəndis-müfəttişi kimi başladı. Nizami Fərəcov 1981-ci ildə
irəli çəkilərək
Azərbaycan SSR Meyvə-Tərəfəz
Təsərrüfatı Nazirliyinin
Kənd təsərrüfatının
mexanikləşdirilməsi və elektrikləşdirilməsi
idarəsində, Azərbaycan
SSR Dövlət Aqrar-Sənaye
Komitəsində, "Elektromexanikləşdirmə"
Trestində, Bakı Quraşdırma, İşəsalma,
Sazlama Müəssisəsində,
"ASM-2000" Analitik-Sosioloji Mərkəzində rəhbər vəzifələrdə çalışdı.
Nizami Fərəcovun üç
elmi ixtirasına Rusiya paytaxtı Moskvada müəlliflik şəhadətnaməsi verildi.
Nizami Fərəcov
gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi işində
də daim fəallıq göstərib. Elə ömür-gün yoldaşı,
38 ildir birgə həyat sevincini paylaşdığı Sevinc
xanımın atası
- 416-cı Taqanroq diviziyasında batareya komandiri kimi Böyük Vətən müharibəsində
ad-san qazanmış, Mozdok,
Kostroma şəhərləri uğrunda gedən döyüşlərdə rəşadət
göstərmiş, Melitopolun,
Nikolayevin, Odessanın,
nəhayət Berlinin alman faşistlərindən
azad edilməsində ön sırada olmuş, İkinci Dünya müharibəsində
faşizm üzərində
qələbənin qazanılmasında qəhrəmanlıqlar
nümayiş etdirmiş,
Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin
Mirzəyevin mənalı
ömür yolunun təbliğ olunmasında, onun adının əbədiləşdirilməsində
təqdirəlayiq işlər
görmüş və
bu gün də görməkdədir.
Nümunəvi ailə başçısı olan Nizami Fərəcovun həyat yoldaşı Sevinc xanım 40 ilə yaxındır Rabitə Nazirliyi sistemində təcrübəli mütəxəssis kimi çalışır. Oğlanları tanınmış teleaparıcı-jurnalist, Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi Ayaz Nizami oğlu və Heydər Əliyev adına Sarayın mətbuat katibi Anar Fərəczadə talelərini jurnalistikaya bağlayıblar. Evin sonbeşiyi Azər isə Serbiyada maliyyə mütəxəssisi kimi əmək fəaliyyətinə cəlb olunub. Nizami müəllim babalıq sevincini də yaşayır. Onun Nizami, Fərid və Aqşin adlı 3 nəvəsi var .
2004-cü ildən yanğından mühafizə qurumlarında çalışan Nizami Fərəcov nəcib və xeyirxah əmək fəaliyyəti ilə insanlara, cəmiyyətə bu gün də xidmət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı vəzifəsində çalışan Nizami Fərəcov fərdi söhbətləri, kütləvi informasiya vasitələrində çıxışları, xüsusi ədəbiyyat və reklam məhsullarından istifadə etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması yolları haqqında məqsədyönlü biliklər verməklə gündəlik həyatımız üçün çox dəyərli və vacib olan bir işlə məşğul olur. O, hazırda da yorulmadan, tükənməz həyat şövqü ilə, böyük həvəslə sənayedə, kənd təsərrüfatında, təhsil və səhiyyə müəssisələrində, mülkiyyət formasından asılı olmayaraq digər təşkilatlarda, evlərdə yanğına qarşı təbliğat işi apararaq maddi sərvətlərin, insan həyatının yanğın kimi fövqəladə haldan qorunması, həmçinin iqtisadiyyatımızın normal və fasiləsiz fəaliyyətinin təmin olunması üçün təqdirəlayiq təbliğat işləri aparır.
Hikmət
Xudiyev
Əməkdar jurnalist
525-ci qəzet.- 2016.- 13 may.- S.4