Milli Kitabxanada daha bir
görüş
May
ayının 12-də İordaniya Haşimilər
Krallığının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri cənab Nassar Al-Habaşneh və
konsul Saad Gharal Milli Kitabxanada olmuşlar.
Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul etmişdir. K.Tahirov kitabxana haqqında qısa məlumat verdikdən sonra iki ölkənin milli kitabxanaları arasında əlaqələrdən, kitab mübadiləsindən danışmışdır. Səfir bu əlaqələrin daha da möhkəmlənəcəyinə, genişlənəcəyinə, gələcəkdə qarşılıqlı təcrübə müdabiləsinin aparılacağına ümidvar olduğunu bildirmişdir.
Milli Kitabxanada tətbiq olunun yeni iş növləri, avtomatlaşdırma prosesləri ilə maraqlanan qonaqların diqqətini daha çox nadir kitablar, kitabxananın muzeyi, Sərgi zalında təşkil olunan sərgi və guşələr daha çox cəlb etmişdir. Cənab səfir Xatirə kitabına öz ürək sözlərini yazmışdır.
Sonda “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”,
“Azərbaycan” (ərəb dilində) kitabları və mədəniyyət
obyektlərini özündə əks etdirən xəritə qonaqlara hədiyyə edilmişdir.
525-cio qəzet.- 2016.- 13 may.- S.2