Kirman Abdin Yaradıcılığının daha bir uğurlu səhifəsi

 

RƏSSAMIN “İSİNSİN AZACIQ BU DAŞ DUYĞULAR” SƏRGİSİ İLƏ BAĞLI QEYDLƏR

 

 

Aprelin 28-də Rəssanlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda rəssam Kirman Abdinin Məmməd Araz yaradıcılığına həsr olunmuşİsinsin azacıq bu daş duyğularadlı fərdi yaradıcılıq sərgisi sənət adamları geniş ictimaiyyət tərəfindən dərin maraq rəğbətlə qarşılandı.

Qeyd etmək lazımdır ki, Məmməd Araz şəxsiyyətinə, poeziyasına fəlsəfəsinə Azərbaycan təsviri sənət aləmində çox az rəssamlar müraciət edib. Doğrudan da Məmməd Araz poeziyasının yaradıcı təxəyyülünün bədii görüntüsünü bədii estetik obrazını yaratmaq ilk növbədə, rəssamdan xüsusi məsuliyyət tələb edir. Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...” deyən şairin yaradıcılığına üz tutmuş rəssamın, təbii ki, Məmməd Araz qədər vətən sevgisini qəlbinə sığışdıra bilməsi, bunu əks etdirmək məharətinə malik olması lazımdır. Rəşadətli Azərbaycan ordusunun qələbə ruhlu əməliyyatlarla vətəndaşlarımızın qəlblərini sevindirdikləri məqamda rəssamın tam zamanında Məmməd Araz poeziyasının Vətən haraylı çağırışlarını özündə əks etdirən bədii sərgisinin təşkil olunması, bir daha, səngərlərdə dayanmış mərd əsgərlərimizə mənəvi dəstəkdir bu təşəbbüs digər yaradıcı şəxslərə örnək olası, təqdirəlayiq haldır.

Kirman Manaf oğlu Abdin 1959-cu ildə Şahbuz rayonun Külüs kəndində anadan olub. 1982-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1988-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetini bitirib. 1984-cü ildən ölkəmizdə xaricdə təşkil olunan beynəlxalq sərgilərin iştirakçısı mükafatçısı olub. Karikatura müsabiqələrində qalib gəlib xüsusi mükafatlara layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının, Jurnalistlər Birliyinin eləcə 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunda təmsil olunur.

Rəssamın bu fərdi sərgisinin açılışına qədərki yaradıcılıq dövrünü nəzərdən keçirdikdə əmin olursan ki, rəssam heç vətənpərvərlik ruhlu mövzunun işləməsinə elə-belə qərar verməyib. Yəni K.Abdin “31 mart, 1918. Azərbaycanlıların soyqırımı”, “Bakı, 20 Yanvar, 1990” adlı plakat əsərləri ilə artıq özünün bir növ yaradıcılıq kredosunu göstərməyə çalışıb geniş tamaşaçı məhəbbəti qazana bilib.

Rəssam öz sərgisi barədə deyir: “Mənim üçün Məmməd Araz yaradıcılığı hər zaman maraqlı olub. Məmməd Arazın yaradıcılığına 3 aspektdən yanaşmağa çalışdım. Həyata gülən, həyatda qəm çəkən həyatda düşünən Məmməd Arazı göstərməyə çalışdım. Qrafik üslubda Məmməd Araz poeziyasına müraciət etmək mənə elə gəlir ki, bir müəllif olaraq məndən məsuliyyət tələb edirdi. Sevinirəm ki, 3 illik zəhmətimin nəticəsi bu gün bəhrəsini göstərdi bu əsərlər sərgidə nümayiş olunur”.

Qeyd etmək istərdim ki, rəssamın bu sərgisi məndə xoş duyğular oyatdı. Biz əgər, “Bu gün gərək hər anımız Vətən desin!” deyən şairin odda qovrulmuş alovlu misralarının hərarətini K.Abdinin bədii təxəyyülünün məhsulu olan tablolardan sezə biliriksə, deməli, rəssam öz məqsədinə nail ola bilib.

Məmməd Araz bədii duyumu Məmməd Araz dünyagörüşü heç bir çərçivəyə, məhdud məkan sərhəddinə sığa bilməz. Ona görə rəssamın mücərrəd biçimli bədii axtarışları Məmməd Araz poeziyası ilə çuğlaşan əksliklər burulğanı, sonda rəssam tərəfindən şairin poetik fikirləri ilə tam üst-üstə düşən, bədii estetikliyi ilə diqqəti cəlb edən görüntülərə çevrilib.Qayalara həkk olmayan söz itər, Bu bahardan o bahara iz itər”, “Mən özümlə oynadığım şahmata güldüm”, “Dünya heç kimin”, “Mən ömrümün aşrımında anlaya bildim, Nəçiliyim kimliyimdən gərəkli imiş”, “Şəhriyar gəlmədi”, “Fikrimin çəkisi çəkimdən ağır, Dartmaq da çətindir, atmaq da çətin başqa tablolarda  rahatlıqla Məmməd Araz poeziyasının nəhayətsizliyinin rəssam fantaziyasının çalarlarının vəhdətini görmək sezmək mümkündür. Əgər Məmməd Araz poeziyası, Məmməd Araz duyumu hansısa şərhi-bəyansız, izahsız qəbul edilirsə, həmçinin bunu rəssam K.Abdinin şairin yaradıcılığına həsr edilmiş tablolarına  da şamil etmək olar.

 

Qədimlik utanır qədimliyindən,

Qədim abidələr gülüş hədəfi.

Bir dilin bir dilə qənimliyindən,

Dad qılır çalağan, dad qılır əfi”.

 

Şairin “Bu gecə yuxumda Arazı gördümşeirində söyləmiş olduğu yüksək tutumlu fəlsəfi duyumun bədii görüntüsünü təsvir etmək rəssamdan güclü yaradıcılıq əzmi tələb edir Kirman Abdin bu gücü özündə tapa bilib.

Xalq rəssamı Altay Hacıyevlə sərgi barəsində söhbətimizdə ustad sənətkardan çox maraqlı fikirlər eşitdim. A.Hacıyev bildirdi ki, son zamanlar təşkil edilmiş ən mədəni sərgilər sırasına, şübhəsiz, Kirman Abdinin fərdi sərgisini də əlavə edərdim: “Görünür, rəssam qrafika sənətinin incə mətləblərinə yaxından bələddir və şairin poeziyası ilə öz yaradıcılığı arasında harmoniyanı saxlaya bilib”. Qocaman sənətkarın rəssam haqqında söyləmiş olduğu yüksək fikirlər bir daha təsdiq edir ki, K.Abdin qarşısına qoyduğu işin öhdəsindən rəssam kimi uğurla gələ bilib.

Sonda bir daha vurğulamaq istərdim ki, rəssam K.Abdin Məmməd Araz poeziyasının bənzərsiz bədii təxəyyülünə müraciət etməklə, yaratmış olduğu təsviri sənət nümunələri ilə müasir Azərbaycan qrafika sənətinə yeni nəfəs gətirməyə çalışıb. Eyni zamanda rəssamın bu yaradıcılıq təşəbbüsünün digər rəssamlarımıza nümunə olmasını arzu edərdim. Rəssamlarımızın gələcəkdə, Məmməd Arazla yanaşı, ayrı-ayrılıqda Hüseyn Cavid, Məhəmməd Hüseyn Şəhriyar, Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə poeziyasına müraciət etmələri təqdirəlayiq addım olardı.

 

Əsəd QULİYEV

Sənətşünas, Milli İncəsənət Muzeyinin böyük elmi işçisi

525-ci qəzet.- 2016.- 14 may.- S.23