“Cənnətdən yuxarı” Türkiyədə maraqla qarşılanıb

 

Mayın 7-də Ankarada Türkiyə Yazıçılar BirliyininŞənbə söhbətlərilayihəsi çərçivəsində azərbaycanlı yazıçı-jurnalist Təranə VahidinCənnətdən yuxarıkitabının təqdimatı keçirilib.

Tədbirdə yazıçının fərqli üslubda qələmə aldığı qısa hekayələrinin məziyyətlərindən söz açılıb, yaradıcılığı ilə bağlı müəllifə suallar ünvanlanıb, hekayə esseləri oxunub. Sonda Təranə VahidCənnətdən yuxarıkitabını imzalayaraq

Mayın 9-da isə Kayseri şəhərinin Erciyes Universitetinin Ədəbiyyat fakültəsindəCənnətdən yuxarıkitabının geniş təqdimatı imzalanma mərasimi keçirilib. Təqdimatda Erciyes Universiteinin professoru Qafar Mehdiyev, Əddəbiyyat fakültəsinin müəllimi Əsli Xəlilqızı, Türkiyənin tanınmış yazıçısı İmdat Afşar, Kayseri Mədəniyyət Turizm Şöbəsinin müdiri İsmet Taymuş, universitetin müəllim tələbə heyəti iştirak edib.

 Azərbaycan ədəbiyyatının türk dünyasında yorulmaz təbliğatçısı İmdat Afşar çıxış edərək Təranə Vahidin yaradıcılığını geniş təhlil edib. O, yazıçının yaradıcılığından ana xətt kimi keçən Qarabağ hekayələrini müharibə mövzusunda yazılmışən təsirli kiçik nəsr nümunələriadlandırdı. O, qeyd edib ki, bu hekayələr dünyanın istənilən dilinə çevrilsə böyük maraqla qarşılanacaq. Çünki bu hekayələr fərqli üslubda, fərqli düşüncə ustalıqla qələmə alınıb.

Tədbirin sonunda Təranə Vahid ədəbiyyatla bağlı fikir düşüncələrini iştirakçılarla bölüşüb, bu gün Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunun əsas mövzulardan biri olduğunu qeyd edib, Qarabağ dərdlərindən, Vətənindən ayrı düşən insanların yaşantılarından həsrətlərindən söz açıb.

Tədbirdə iştirak edən tələbələr ayağa qalxaraqQarabağ bizimdir, bizim olacaq!” şüarını səsləndirərək yazıçıyla həmrəy olduqlarını bildiriblər.

Təranə VahidCənnətdən yuxarıkitabının türk dilində işıq üzü görməsində əməyi olan hər kəsə - nəşrin redaktoru Əsli Xəlilqızı Əliyevaya, kitabı türk dilinə çevirən Ünal Yoldaşa, kitabın korrektoru Fatma Nura eləcə Erciyes Universitetinin müəllim tələbələrinə öz təşəkkürünü bildirib.

Müəllif yüzdən artıq kitabını imzalayaraq tədbir iştirakçılarına hədiyyə edib.

Xatırladaq ki, Təranə Vahidin Türkiyədə çap olunanCənnətdən yuxarıkitabının ilk imza günü aprelin 29-da Trabzon 3 kitab sərgisində keçirilib böyük maraqla qarşılanıb.

 

Mehparə SULTANOVA

Ankara

525-ci qəzet.- 2016.- 14 may.- S.12