Türklərin “Yaşamaq haqqı”

 

Xalq yazıçısı AnarınYaşamaq haqqı  tarixi-kulturoloji traktatı bu günlərdə Türkiyənin nüfuzlu İLESAM təşkilatı onun rəhbəri Məhməd Nuri Barmaqsızın  təşəbbüsü ilə Ankarada, “Tulparsnəşriyyatında çapdan çıxıb.

Kitabı türkcəyə tərcüməçi Məhməd Reza Qoçi çevirib. Bu əsər ilk dəfə 2013-cü ildə Anarın “LİK Azerbaydjanaüçcildliyində rus dilində çap olunub. Əsərin Azərbaycan dilində   kitab şəklində çapı planlaşdırılır. LakinYaşamaq haqqı”nın ayrıca kitab kimi məhz türkcə, Türkiyədə işıq üzü görməsini tarixi zərurət hesab etmək olar. Çünki burada  təkcə Azərbaycan tarixinə yox, bütövlükdə ümumtürk tarixinə ekskurs olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzübəri bir çox mühüm yazılı mənbələrə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür. Eyni zamanda əsəri türk oxucusu üçün oxunaqlı, maraqlı edəcək bir çox mətləblər yazıçı tərəfindən təsvir olunur, açılır. Belə ki, əsərdə tariximizin ağrılı tərəfləri, qonşularımızın ərazi iddiaları, kütləvi qırğınlar, müharibələr, itkilərimiz, 20 Yanvar hadisələri Qarabağ müharibəsi əsas, önəmli yer tutur. Yazıçının bütün bu hadisələrin bilavasitə iştirakçısı olması, özünün müşahidə etdiyi gizlin məqamları qələmə alması bir çox məsələlərin üzərinə işıq salır, çətin bir dönəmdə, gərgin siyasi hadisələrin mərkəzində mədəniyyətin, ədəbiyyatın vəziyyəti təsvir olunur.Bu məsələlər türkcə kitabın da üz qabığında xüsusi vurğulanır əsərin qısaca təqdimatı bu cür verilir:

 

Yaşamaq haqqırisaləsində əsasən mədəniyyət müstəvisi yer alsa da, burada siyasətə tarixə yer verilmişdir. Çünki mədəniyyət siyasət bir-birinə qırılmaz tellərlə bağlıdır. Ədəbiyyat da, sənət tarix fonunda inkişaf edir. Ayrı cür desək, mədəniyyət siyasətin ayrılmaz bir hissəsidir. Siyasətdə mədəniyyət artdıqca o daha təsirli olur. Lakin mədəniyyət siyasətə qədər az uyarsa, o qədər azadlığını qorumuş olar. İstənilən halda mədəniyyətlə siyasət arasında qarşılıqlı qaçılmaz bir bağlılıq vardır. Tarixə gəlincə, tarix siyasi mədəni həyatın olaylarından (özəlliklə iqtisadi həyatdakı olaylar, inqilablar, inkişaf savaşlar daxil olmaqla) ibarətdir. Keçmişdə , bu gün mədəniyyətə xidmət edənlərin ömürləri tarixin tərkibinə çevrilib, həyatları siyasi gerçəkliklə hesablaşaraq keçib. Yaşamaq haqqıkitabında çeşidli mövzulara müraciət edilsə , burada ana xətti türkçülük, türk milli şüuru ideologiyası təşkil edir.

 

Xalqın millətin yaşamaq hissi milli şüurun təməli olan dili yaşatmaqdan keçir. Türklərin birliyinin özünümüdafiə hissindən bəlirlənməsi ideyası da kitabda yer alan xüsusi məqamdır”.

 

Türkiyəli naşirin qeyd etdiyi bu məsələlər - türk birliyi, ümumtürk düşüncəsi, təfəkkür tərzi ən nəhayət Türkiyə ilə Azərbaycan dostluğu, qardaşlığı, münasibətləri kitabda əsas yer tutan mövzulardandır.

 

Yaşamaq haqqıtraktatını Anarın türk xalqlarının dili, tarixi ədəbiyyatının  təbliğatı üçün gördüyü işlərin davamı hesab etmək olar. Hələ sovetlər dönəmindənKitabi- Dədə Qorquddastanının tanınması, yayılması, təbliğatı üçün çabaları, “Min beş yüz ilin Oğuz şeiri”, “Min ilin yüz şairiantalogiyalarını tərtib etməsi, böyük türk şairi Nazım Hikmətə həsr etdiyiKərəm kimiromanı, türk dünyasının böyük şəxsiyyətləri barədə yazdığı saysız-hesabsız esselər, türk dünyasının çeşidli yerlərində konfranslarda, simpoziumlarda çıxışları s. - bütün bunlarYaşamaq haqqıkitabında bu ya digər şəkildə əksini tapıb.

 

May ayının sonlarında Türkiyənin Kırşehir Kitab FuarındaYaşamaq haqqıkitabının imza gününün İLESAMın təşkilatçılığı ilə Ankarada təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur.

 

NƏZRİN

525-ci qəzet.- 2016.- 14 may.- S.11