Ataxan Paşayevin
yeni kitabı
"TARİXİ YADDAŞIMIZIN ETİBARLI SAXLANC YERİ"
Bugünlərdə "Elm və Təhsil" nəşriyyatı görkəmli arxivşünas
alim, tarix elmləri doktoru Ataxan Paşayevin "Tarixi yaddaşımızın
etibarlı saxlanc yeri" adlı kitabını çap edib.
Kitabda Ataxan Paşayevin elmi fəaliyyətini əhatə edən üç böyük istiqamətə - Azərbaycan
Xalq Cümhuriyyəti,
erməni vəhşilikləri
və " Molla Nəsrəddin" jurnalına
dair arxiv sənədlərinə istinadən
müxtəlif illərdə
qələmə aldığı
məqalələrdən, eləcə
də kitablara və arxiv sənədləri
toplularına yazdığı
müqəddimələrdən seçmələr toplanıb.
A.Paşayev 300-dən çox elmi və publisistik məqalənin, ensiklopedik
oçerklərin və
10-dan artıq kitabın
müəllifidir. O, bir
sıra mötəbər
beynəlxalq elmi-praktik
konfranslarda öz elmi məqalələri ilə çıxış
edib.
Yeni kitabın ilk səhifələrində
Ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Tariximizin böyük himayədarı" məqaləsində
müəllif yazır:
"Böyük zəka
sahibi Heydər Əliyev hansı sahəyə müraciət
etmişsə, orada böyük müvəffəqiyyətlər
qazanmışdır. Onun
fəth edə bilməyəcəyi bir zirvə, öhdəsindən
gələ bilmədiyi
iş yox idi. Çoxları bunun səbəbini
dahi şəxsiyyətin
nadir fitri istedadında
görürlər. Bu,
həqiqətən də
belədir və təkzibolunmaz faktdır.
Ancaq Heydər Əliyevin iş üslubuna yaxından bələd olanlar bu dahi şəxsiyyətin
həyatda qazandığı
böyük müvəffəqiyyətlərin
səbəbini İlahi
tərəfindən verilmiş
böyük fitri istedadı ilə yanaşı, onun əməksevərliyində, özünə
qarşı hədsiz
tələbkarlığında və daim öz
üzərində gərgin
işləməsində görürlər.
Hər hansı dövlət əhəmiyyətli məsələdən
söhbət gedəndə,
o, həmin məsələyə
dair müxtəlif mənbələrdən mümkün
qədər çoxlu
sənəd və materiallar toplamağı tapşırırdı. Onların
üzərində ətraflı
iş gedirdi. Əldə olunmuş nəticələri
kompüter dəqiqliyi
ilə işləyən
fikir süzgəcindən
keçirir və irəli sürdüyü
hər hansı fikrin məntiqi müqabilində müsahibinə
alternativ söz deməyə yer qoymurdu".
Filologiya
elmləri doktoru,
professor Əsgər Rəsulov
kitaba yazdığı
önsözdə qeyd
edir ki, Ataxan müəllim özünün aforizm kimi səslənən
"Hansı xalqın
ki, mükəmməl
arxivi var, o xalqın həqiqətən
də, mükəmməl
yazılmış tarixi
var" düşüncəsinə
heç bir zaman dönük çıxmayıb: "Onun
mükəmməl olması
üçün böyük
əmək sərf etdiyi arxiv sisteminin
materialları əsasında
yazdığı kitab
və məqalələr
də öz məzmun və mündəricəsi, tarixi
fakt və sənədlərə sədaqəti
ilə seçilir. Ataxan müəllimin
"XIX-XX əsrlərdə ermənilərin Azərbaycan
xalqına qarşı
ərazi iddiaları, soyqırımları və
deportasiyalar", "Köçürülmə",
"Tarixi həqiqətlər
və erməni soyqırımları", "Deportasiya", "Bakıda
1918-ci il mart faciəsi",
"Şamaxı faciələri",
"Zəngəzur faciələri",
"Quba qırğınları",
"Qarabağ bölgəsində
erməni vəhşilikləri",
"Erməni xisləti"
əsərləri ermənilərin
tarix boyu, eləcə də günümüzdə ortaya
atdıqları uydurma
problemlərə, türk
dünyasına qarşı
məkrli planlarına
qarşı çıxmaq
baxımından əvəzsiz,
inkarı mümkünsüz
və təkzibolunmaz mənbələrdir. Ataxan
müəllimin tarixşünaslıq
anlayışı ümummilli
liderimiz Heydər Əliyevin tarixə və tarixçiliyə dair düşüncəsindən
qidalanır: "Tarixi
olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək
lazımdır. Tarixi təhrif
etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz".
Ataxan müəllimin bu yeni kitabı cümhuriyyət tarixi ilə əlaqədar yazılan çox maraqlı əsər olaraq gərgin,
tarix baxımından elmi axtarışların nəticəsi
kimi çox dəyərlidir.
Artıq iki yüz ildən
çoxdur ki, milli hissiyyatımızla oynayan qara qüvvələrin
məkirli siyasəti xalqımızın tarixi yaddaşına qanla yazılıb. Ataxan müəllimin məqalələrində xalqımızın
erməni işğalçılarına
qarşı uzun illərlə apardığı
mübarizə tarixi faktlara söykənərək təsvir olunur. On doqquzuncu
əsrin sonlarından
və iyirminci əsrin əvvəllərindən
başlayaraq ermənilərin
xalqımıza qarşı
yeritdiyi soyqırım
müharibələrini, işğalçılıq
siyasətinin mərhələləri
kitabda geniş şəkildə şərh
edilir.
Vətən sevgili, yüksək vətəndaşlıq duyğuları
ilə vətəninin
mənafeyini hər şeydən üstün tutan, dövlətimizə,
dövlətçiliyimizə sədaqəti, etibarı ilə bağlanan Ataxan müəllimin bu kitabı xalqımızın qan yaddaşının şahididir. Ataxan müəllim müsahibələrinin
birində qeyd edir ki, "Azərbaycan arxivlərində
ermənilərin yalan
iddialarına cavab verəcək sənədlər
var. Təəssüf ki,
Azərbaycan tədqiqatçıları
bu sənədlərlə
işləməyə elə
də maraq göstərmirlər... Erməniləri ifşa etməyi özünə həyat yolu seçən çox az tədqiqatçı
var".
Ataxan Paşayevin yazdığı
məqalələr tarixi
faktlara, elmi araşdırmalara söykənərək erməni vandalizminin iç üzünü açır,
tarixi gerçəkliklərin
xalqa, eləcə də beynəlxalq ictimaiyyətə
çatdırılması yolunda çox əhəmiyyətli rol oynayır.
Kitabda xalqımızın Cümhuriyyət
tarixinin görkəmli
şəxsiyyətləri olan
Əlimərdan bəy
Topçubaşov, Fətəli
xan Xoyski, Nəsib bəy Yusifbəyli və Məhəmməd Xan Təkinskinin Azərbaycanın müstəqilliyi
uğrundakı mücadiləsindən
bəhs edən məqalələr Ataxan müəllimin gərgin araşdırmalarının məhsuludur.
A.Paşayev 1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara
qarşı ilk açıq
təcavüzü və
vəhşilikləri haqqında
bəhs edərkən
yazır: "Ermənilər
elə bir millətdirlər ki, onlar getdikləri yerlərdə əvvəlcə
özlərini çox
həlim, sakit, işgüzar, sözəbaxan,
yolagedən göstərirlər.
Lakin özlərinə yer edərək möhkəmləndikcə
artıq geydikləri quzu dərisini çıxarıb, canavar
dişlərini göstərirlər".
Kitabın digər bölmələrindəki
"Türksoylu millətlərə
qarşı soyqırımın
gerçəkləşməsində millətçi erməni partiyaları", "Deportasiya",
"Böyük amallar
carçısı", "Naxçıvanda muxtariyyət
necə yarandı"
və "Soyadlarımıza
tarixi baxış"
adlı məqalələr
yaxın və uzaq tariximizin qaranlıq səhifələrini
gözümüz önündə
canlandırır. İnanırıq ki, yaxın gələcəkdə A.Paşayevin
bu kitabı ingiliscə və başqa dillərdə də çap olunub yayılacaq.
Nazim ƏHMƏDLİ
525-ci qəzet.- 2016.- 17 may.- S.7