Akademik Əbdülkərim Əlizadənin
110 illiyi qeyd olunub
AMEA-nın Şərqşünaslıq
İnstitutu görkəmli
şərqşünas alim,
akademik Əbdülkərim
Əlizadənin 110 illiyinə
həsr olunmuş yubiley tədbiri keçirdi.
AMEA-nın əsas binasında keçirilən
tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva
akademik Əbdülkərim
Əlizadənin İnstitutun
ilk direktoru olduğunu
qeyd edərək, görkəmli alimin həm də Azərbaycan mətnşünaslığının
banisi hesab olunduğunu söylədi.
Məhz Əbdülkərim
Əlizadənin rəhbərliyi
altında ilk dəfə
mətnşünaslıq sahəsində
iş başlanıb.
Akademik Əbdülkərim Əlizadənin
SSRİ-də və xaricdə tanınan alimlərimizdən olduğunu,
elmi əsərlərinin
və hazırladığı
elmi-tənqidi mətnlərin
bir çox xarici ölkələrdə
onu məşhurlaşdırdığını
deyən G.Baxşəliyeva,
böyük alimin
"XIII-XIV yüzillikdə Azərbaycanın sosial-iqtisadi
və siyasi tarixi" adlı monoqrafiyasının Azərbaycanın
monqol istilası dövrünü əks etdirən qiymətli bir əsər olduğunu qeyd etdi, tənqidi mətnlərini hazırladığı
əsərlərdən, o cümlədən,
Rəşid-əd-dinin "Came-ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin
"Dəstur-əl-katib fi
təyin-əl-məratib" əsərlərindən söz
açdı.
G.Baxşəliyeva Nizaminin "İsgəndərnamə"
poemasının "Şərəfnamə"
hissəsinin elmi-tənqidi
mətnini yüksək
elmi səviyyədə
hazırladığı üçün
Ə.Əlizadəyə və
əsərin redaktoru
professor Y.E.Bertelsə Nizaminin
800 illik yubileyi münasibəti ilə
1948-ci ildə SSRİ Dövlət
Mükafatı verilməsini
xatırlatdı.
Əbdülkərim Əlizadənin eyni zamanda fəal bir təşkilatçı
və ictimai xadim olduğunu söyləyən Gövhər
xanım akademikin Şərqşünaslıq İnstitutuna
rəhbərlik etdiyi dövrdə görülən
işlərdən də
söz açdı.
Sonra Milli Məclisin deputatı,
AMEA-nın vitse-prezidenti,
AMEA Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli çıxış edərək
akademik Əbdülkərim
Əlizadəni bir
universal alim kimi dəyərləndirdi. İ.Həbibbəyli
universal düşüncəyə malik olmasının Ə.Əlizadəni fərqləndirən
ana keyfiyyət olduğunu bildirdi.
Əbdülkərim Əlizadənin bu gün şərqşünas
alimlər üçün
bir örnək olduğunu deyən İ.Həbibbəyli onu
ilk növbədə bir
mətnşünas kimi
xarakterizə edərək,
alimin Azərbaycanda mətnşünaslıq məktəbini
yaratdığını, elmimizə
bir çox qiymətli əsərlər
bəxş etdiyini vurğuladı.
İ.Həbibbəyli Ə.Əlizadənin mətnşünas
kadrların yetişdirilməsində,
xidmətlərindən, təşkilatçılıq
fəaliyyətindən də
söz açdı.
Sonra məruzələr
dinlənildi.
AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev "Akademik Əbdülkərim
Əlizadə və Azərbaycan şərqşünaslığı"
mövzusunda məruzə
etdi. Akademik Əbdülkərim
Əlizadənin müasir
şərqşünaslıq və tarix elminin
inkişafında müstəsna
yer tutan alimlərdən biri olduğunu bildirən Ş.Mustafayev məruzəsində
onun həyat yolundan ətraflı söz açdı, şəxsi və elmi taleyini öz
dövrünün, xalqının
və ölkəsinin
taleyinin güzgüsündə
dəyərləndirdi, akademik
Əlizadənin Azərbaycan
şərqşünaslıq elminin formalaşması və inkişafındakı
rolu haqqında fikirlərini bölüşdü.
Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq
və yazılı abidələrin tədqiqi
və nəşri şöbəsinin müdiri
professor Mehdi Kazımov
"Akademik Əbdülkərim
Əlizadə mətnşünas
alim kimi" mövzusunda məruzə etdi. M.Kazımov məruzəsində Ə.Əlizadənin mətnşünaslıq
sahəsində xidmətlərindən
söz açaraq, akademikin elmi-tənqidi mətnlərini hazırladığı
əsərlərdən ətraflı
danışdı.
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi professor Şahin
Fərzəliyev "Akademik
Əbdülkərim Əlizadə
necə varsa" mövzusunda məruzə etdi. Məruzədə akademikin şəxsi
və elmi keyfiyyətlərindən söz
açan Ş.Fərzəliyev,
Ə.Əlizadəyə ithaf
etdiyi bir neçə şeirini də tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonda məruzələr
ətrafında çıxışlar
oldu və alimlərin akademik Ə.Əlizadə haqqında
xatirələri dinlənildi.
525-ci qəzet.- 2016.- 18 may.- S.2.