"Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" kitabının müzakirəsi

 

 

Azərbaycan Naşirlər Poliqrafçılar İctimai Birliyində İradə Ələsgərovanın "Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsində nəşr edilmiş Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuş "Azərbaycan kitabının bədii texniki tərtibat tarixi" kitabının (monoqrafiyasının) müzakirəsi keçirilib.

 

Müzakirəni Azərbaycan Naşirlər Poliqrafçılar İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, dosent, tanınmış naşir publisist Bəhruz Axundov açaraq görkəmli mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzeti ilə bünövrəsi qoyulmuş milli mətbuatımızın 140 illiyinə ithaf olunmuş monoqrafiya haqqında ümumi məlumat verib, kitabın bugünkü əhəmiyyətindən danışıb, kitabçılıq sənətinin inkişafına xidmət edən faydalı bir əsər olduğunu söyləyib.

 

Müzakirədə Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, Azərbaycan Naşirlər Poliqrafçılar İctimai Birliyinin İdarə heyətinin üzvləri - "Nurlan" nəşriyyatının direktoru, filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədli, "Renessans" nəşriyyatının direktoru Ələddin Əsədov, BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahmud Mahmudlu, eləcə professor Alxan Məmmədov, "Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsinin İstehsalat işləri üzrə direktoru Akif Rüstəmov başqaları çıxış edərək İ.Ələsgərovanın "Azərbaycan kitabının  bədii texniki tərtibat tarixi" monoqrafiyasını faydalı bir araşdırma, kitab sənətinin tarixinin öyrənilməsi müasir dövrdə nəşr işinin daha da təkmilləşdirilməsi inkişafına xidmət edən gərəkli bir əsər kimi qiymətləndiriblər.

 

Tarixən tək nüsxə olaraq yazılan, sonralar əllə köçürülüb çoxaldılan əsərlər əlyazma adlanır. Əlyazmalar, xüsusilə islam aləminin, Şərq ölkələrinin elmi ədəbiyyat nümunələrinin qorunub saxlanmasında yeganə qaynaqdır. Azərbaycan əlyazmaşünaslıq elmində bu nüsxələrin tarixi, məkanı, arealı, zamanı, məzmunu, dil xüsusiyyətləri, bədii keyfiyyətləri poliqrafik təsvirləri yüksək səviyyədə tədqiq olunub olunur. Lakin əlyazma ümumiyyətlə, Azərbaycan kitabının bədii texniki tərtibatı indiyədək elmi şəkildə lazımi qədər araşdırılmamışdır. Bu cəhətdən İradə Ələsgərovanın "Azərbaycan kitabının bədii texniki tərtibat tarixi" adlı monoqrafiyası lazımlı vəsaitdir. Burada əlyazmadan başlayaraq, Azərbaycan çap kitabının bədii texniki tərtibat tarixindən, xüsusiyyətlərindən inkişaf perspektivlərindən danışılır. Monoqrafiyada müəllif qarşısına bir sıra vacib məqsəd vəzifələr qoyur: Azərbaycan kitabının meydana gəlməsi  onun orta əsr inkişaf təkamül yolu haqqında müfəssəl təsəvvür yaratmaq; onları sənətkarlıq xəttatlıq baxımından tədqiq etmək; çap kitabının poliqrafik imkanlarının, texniki bədii tərtibat üsullarının təsnifatını vermək,  bütün bu məsələləri müəyyən zaman kəsiyi tarixi dövrlərlə müəyyənləşdirmək. Müəllif müasir dövr Azərbaycan kitabının tərtibatı inkişaf perspektivlərindən bəhs edərkən rəssam dizaynerlərimizin bu sahədəki əməyini yüksək qiymətləndirir. Bütün bunların fonunda naşirlik sənəti naşir əməyi formalaşır. Bu gün Azərbaycanda kitabçılıq işinin inkişafının yeni mərhələsində bu kitabın əhəmiyyəti olduqca böyükdür.

 

Şübhə etmirik ki, İradə Ələsgərovanın "Azərbaycan kitabının bədii texniki tərtibat tarixi" adlı monoqrafiyasının elmi nəticələri praktik olaraq Azərbaycan kitabçılığının inkişafında mühüm rol oynayacaq.

 

N.MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 18 may.- S.2.