Milli Kitabxanada
müşavirə keçirilib
Dünən Milli Kitabxanada respublikanın aparıcı
kitabxanalarının, Bakı
şəhər MKS-nin
və universitet kitabxanalarının iştirakı
ilə müşavirə
keçirilib.
Müşavirənin məqsədi mövcud kitabxana qanunvericiliyinin müasir kitabxanaların qarşısında duran vəzifələrlə tam uyğunlaşdırılması,
yeni qanunvericilik aktlarının hazırlanması
məqsədilə təkliflərin
işlənməsi və
müvafiq orqanlara təqdim olunmaq üçün təkliflərin
hazırlanması olub.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq "Kitabxana işi haqqında" Qanunun
90-cı illərin ortalarında
yazıldığını, o dövr üçün mükəmməl olduğunu,
lakin bu günün tələblərinə
cavab vermədiyini, digər əlaqəli qanunlarla uzlaşmadığını,
kitabxanaların komputerləşdirilməsi,
virtual xidmət, elektron
kitabxanaların yaradılması
və fəaliyyəti,
respublika çap məhsullarının Arxiv
Fondunun yaradılması,
nəşr məhsullarının
qeydiyyatının aparılması
və sair məsələlərlə bağlı
qanunun təkmilləşdirilməsinin
zəruriliyindən danışıb,
hətta qanuna yeni maddələrin əlavə olunmasını
məqsədəmüvafiq hesab edib.
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
Prezident Kitabxanasının
direktoru Mayıl Əhmədov, AMEA Mərkəzi
Elmi Kitabxanasının
direktoru Leyla İmanova, F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının
direktoru Şəhla Qəmbərova, C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanasının
direktoru Tahir Sadıqov, Respublika Elmi Pedaqoji Kitabxananın
direktoru Tamilla İsmixanova və başqaları çıxışlarında
qanunun yenidən işlənməsi üçün
İşçi qrupun
və Koordinasiya Şurasının
yaradılmasının zəruriliyini qeyd ediblər. Onlar kitabxanaların yerli və xarici nəşrlərlə komplektləşdirilməsində,
elektron kitabxananın əlyetərliliyində mövcud
olan problemlərin, kitabxanaçının hüququ,
sosial vəziyyətinin
yaxşılaşdırılması məsələlərinin, kitabların
universal standartlara uyğun
rəqəmsallaşdırılmasının,
kitabxanaçıların peşə
bayramının təyin
olunmasının, kitabxanalar
üçün vahid
kitab satış mərkəzinin yaradılması
məsələlərinin qanunla
tənzimlənməsinə toxunublar.
Müşavirənin sonunda
bir ay müddətində
təkliflərin hazırlanıb təqdim olunması qərara
alınıb.
525-ci qəzet.- 2016.- 19 may.- S.7.