Aydınlıq layihəsi: "Azərsu"
20 il sonranı necə qurur?
"Əhalinin içməli su təminatı: görülmüş
işlər, real vəziyyət və
perspektivlər"
"Milli Su Təchizatı
və Kanalizasiya Xidmətləri Layihəsi"
çərçivəsində 2007-ci ildə Azərbaycan hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanır. Məqsəd şəhər və
rayon mərkəzlərində, o cümlədən, onlara yaxın kəndlərdə
etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin
təmin etməkdir.
Layihə çərçivəsində cəbhəyanı rayonlardan
biri olan Tərtərin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da nəzərdə tutulub. "Tərtər
şəhərinin içməli
su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"
2035-ci ilə perspektiv
inkişaf nəzərə
alınmaqla Tərtərdə
26 min nəfərin içməli
su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin
yaşadığı rayonun
11 kəndinin də içməli su təchizatının yaxşılaşdırılması
nəzərdə tutulur.
Ümumilikdə bu layihədən
47 min nəfər faydalanacaq.
Layihəyə əsasən, rayon mərkəzini
və ətraf kəndləri keyfiyyətli
içməli su ilə təmin etmək üçün
9 ədəd subartezian
quyusunun qazılması
layihələndirilib. Tərtər
şəhərinin dayanıqlı
su təchizatının
aparılması məqsədilə
3,6 km uzunluğunda magistral su xətti
və 2 su anbarı tikiləcək. Şəhərdə mərkəzləşdirilmiş
su təchizatı şəbəkəsinin yenidən
qurulması məqsədilə
110 km uzunluğunda paylayıcı
şəbəkə yaradılacaq,
2959 ünvana birləşmə
veriləcək və
hər bir abonent smart-kart sayğacla təmin olunacaq.
Layihəyə uyğun olaraq Tərtər şəhərində
kanalizasiya şəbəkəsi
də yaradılacaq. Şəhərdə
yaranan tullantı sularının optimal idarə
edilməsi üçün
kanalizasiya xətti,
2672 kanalizasiya quyusu tikiləcək, 2900-dən çox
ünvana birləşmə
veriləcək, tullantı
sularının kənarlaşdırılması
məqsədilə kanalizasiya
kollektoru inşa ediləcək. Tərtər şəhərində yaranacaq tullantı suları gələcəkdə
Bərdə şəhəri
yaxınlığında inşa
ediləcək çirkab
sutəmizləyici qurğuda
təmizlənəcək. Tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə
tutulub.
Bundan başqa
"Milli Su Təchizatı
və Kanalizasiya Xidmətləri Layihəsi"
çərçivəsində daha 9 rayonda milli su təchizatı
və kanalizasiya sistemi yenidən qurulacaq. Astara, Daşkəsən,
Gədəbəy, Tərtər,
Samux və Qazax şəhərlərinin
su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən
qurulması "Azərsu"
Açıq Səhmdar
Cəmiyyətinin İslam
İnkişaf Bankı
ilə birgə maliyyələşdirdiyi "Azərbaycanın
6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi"
çərçivəsində həyata keçirilir. 2011-ci ildə Azərbaycan
hökuməti İslam
İnkişaf Bankına
(İİB) layihənin maliyyələşdirilməsi
üçün rəsmi
müraciət edib.
Həmin
ilin dekabrında
İİB tərəfindən təqdim edilmiş İstisna Sazişi və Agent Saziş Azərbaycan hökumətinə
təqdim edilib. 2012-ci ilin aprelində
hər iki saziş Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən
imzalanmış, avqustun
25-də qüvvəyə minib.
"Gədəbəy şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi
2035-ci ilə qədər
perspektiv inkişaf nəzərə alınmaqla
Gədəbəyin 1500 sakininin
içməli su təchizatı və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü,
Qaradağ) 12 min sakini
də içməli su ilə təmin
olunacaq. Ümumilikdə, layihədən 23 mindən
artıq insan faydalanacaq. İstehlakçıların keyfiyyətli və
dayanıqlı su təchizatının təmin
edilməsi məqsədilə
su mənbəyi Südlübulaq seçilib.
Su mənbəyindən şəhərə magistral
su kəmər çəkiləcək, 7 anbar
tikiləcək. Şəhər
ərazisində paylayıcı
su şəbəkəsi
yaradılacaq, 2560 ünvana
ev birləşmələri
veriləcək və
hər bir abunəçi sayğacla
təmin olunacaq.
Layihə çərçivəsində ilk dəfə Gədəbəydə
kanalizasiya şəbəkəsi
yaradılacaq. Şəhərdə
yaranan tullantı sularının idarə edilməsi üçün
66,2 km uzunluğunda kanalizasiya
şəbəkəsi, 1,5 km uzunluğunda kanalizasiya kollektoru, 2050 kanalizasiya quyusu tikiləcək. Şəhərdə yaranacaq tullantı
sularının təmizlənməsi
üçün məhsuldarlığı
sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu
layihələndirilib. Layihə bu il başa
çatacaq.
2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla
Astarada 28,5 min nəfərin içməli
su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
da hesablanıb. Gələcəkdə bu layihədən
rayonun 27 kəndi də daxil olmaqla,
ümumilikdə 102 min sakin
faydalanacaq. Astara şəhəri
və ətraf kəndlərin sakinlərinin
keyfiyyətli və dayanıqlı içməli
su ilə təmin edilməsi üçün su mənbəyi Xanbulan anbarının sahilində
tikilmiş sutəmizləyici
qurğu seçilib.
Lənkəran şəhəri və ətraf kəndlər də bu mənbədən istifadə edir. Mənbədən Astaraya
24,8 km uzunluğunda magistral su kəməri
çəkiləcək, 2 su anbarı tikiləcək. Şəhər
ərazisində 112,8
km paylayıcı su şəbəkəsi inşa
ediləcək, 5120 ünvana
ev birləşmələri
veriləcək və
hər bir abunəçi sayğacla
təmin olunacaq. Layihə çərçivəsində ilk dəfə Astarada kanalizasiya şəbəkəsi
yaradılacaq. Şəhərdə
yaranan tullantı sularının idarə edilməsi üçün
70,5 km uzunluğunda kanalizasiya
şəbəkəsi, 8 km mikrotunel tipli kanalizasiya kollektoru, 2000 kanalizasiya quyusu, 2 nasos stansiyası tikiləcək. Şəhərdə yaranacaq tullantı
sularının təmizlənməsi
üçün məhsuldarlığı
sutkada 16 min kubmetr olan çirkab sutəmizləyici qurğunun
tikintisi layihələndirilib.
"Daşkəsənin içməli
su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi
2035-ci ilə perspektiv
inkişaf nəzərə
alınmaqla Daşkəsəndə
16,2 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə rayonun
Alunitdağ və Mədənçilər qəsəbələrinin
də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə 17,8 min sakin bu
layihədən faydalanacaq.
Daşkəsən, həmçinin Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilib. Su mənbələrindən Daşkəsənə 20 km uzunluğunda magistral kəmər çəkiləcək, 4 su anbarı tikiləcək və 3 nasos stansiyası quraşdırılacaq, paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Daşkəsəndə kanalizasiya şəbəkəsi də yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün kanalizasiya xətti, 410 ədəd kanalizasiya quyusu tikiləcək, 2560 ev birləşməsi veriləcək. Daşkəsəndə yaranan tullantı suların təmizlənib kənarlaşdırılması çirkab sutəmizləyici qurğu tikiləcək.
"Azərsu" ASC" regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində "Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmaqla 3 mərhələdə həyata keçirilir.
İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilib. Layihənin I mərhələsi çərçivəsində çayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları, 2 su anbarı, 3 su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər özüaxımlı magistral və anbarlararası kəmərlər çəkilib və laboratoriya binası inşa edilib. Layihənin II mərhələsində Şamaxının içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilib. Su təchizatının dayanıqlığını və özüaxımlı rejimdə nəqlini təmin etmək üçün 4 anbar inşa edilib. Şəhər üzrə layihələndirilmiş 131 km içməli su şəbəkənin 125 km-lik hissəsində işlər başa çatdırılıb, 7 minə yaxın ünvana birləşmə verilib. Eyni zamanda 130 km kanalizasiya şəbəkəsinin 114 km-lik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 2692 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4100 ünvan qoşulub. Yaranacaq tullantı suların təmizlənməsi layihənin sonuncu mərhələsi çərçivəsində hazırda inşası davam etdirilən və sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyci qurğuda həyata keçiriləcək.
Qəbələ üçün supaylayıcı sistemin və sugötürücü qurğuların tikintisinin I mərhələsi üzrə keçirilmiş beynəlxalq rəqabətli tenderin qalibi "AS Tikinti" MMC şirkəti arasında 2011-ci ildə müqavilə imzalanıb. Layihə çərçivəsində Qəbələdə 6 subartezian quyuların qazılması, xarici elektrik təchizatı, 1177 metr magistral suyığıcı boru kəməri, 15600 metr magistral su xətləri, 9 su anbarının tikintisi nəzərdə tutulub. Bütün qurğular üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb.
Qəbələnin su təchizatı sistemi və çirkab su kollektorlarının tikintisinin II mərhələsi üzrə keçirilmiş beynəlxalq rəqabətli tenderin nəticəsi olaraq "Azərsu" ASC ilə Almaniyanın "PWT Wasser- und. Abwassertechnik GmbH." şirkəti arasında 2012-ci ildə müqavilə imzalanıb, Qəbələdə 94102 metr su şəbəkəsi xətlərinin və 95104 metr kanalizasiya şəbəkəsi xətlərinin tikintisi nəzərdə tutulub. Qəbələdə çirkab su təmizləmə qurğusunun və əlaqəli qurğuların tikintisinin III mərhələsi üzrə keçirilmiş beynəlxalq rəqabətli tenderin nəticəsi olaraq "Azərsu" ASC ilə "Alke - Alkataş Birgə Müəssisəsi" (Türkiyə) arasında 2012-ci ildə müqavilə imzalanıb. Həmçinin, çirkab su təmizləmə qurğusu da tikiləcək.
Saatlının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə də beynəlxalq rəqabətli tenderdə "Azərsutəchizattikinti" ASC rayonun su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə qalib elan edilib. Dünya Bankından müvafiq razılıq alındıqdan sonra "Azərsu" ASC ilə "Azərsutəchizattikinti" ASC arasında müqavilə imzalanıb. 2012-ci ildə layihəsinin təməlqoyma mərasimi keçirilib. Bu məqsədlə Saatlıda 2 su anbarı, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması, 134062 metr şəhərdaxili paylayıcı su xətlərinin çəkilməsi, 5500 ev birləşmələri, 660 yanğın hidrantı, əsas və ikinci dərəcəli çirkab su kollektorları, 111738 metr kanalizasiya şəbəkəsi xətləri, 15 ədəd çirkab su nasos stansiyasının tikiləcək.
"Sabirabadın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı şəhərlərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib. Rayonda 2 su anbarı, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması, bununla yanaşı, paylayıcı su xətti, kanalizasiya xəttinin çəkilməsi, 8 çirkab su nasos stansiyasının tikintisi nəzərdə tutulub.
Ləman Mustafaqızı
Lent.az
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün
525-ci qəzet.- 2016.- 19 may.- S.6.