“Terror multikulturalizmə qarşı

Bakı Beynəlxalq Multikulturalizm mərkəzi yeni layihəyə

 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Terror multikulturalizmə qarşıadlı növbəti möhtəşəm layihəyə start verib.

Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK),  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) birgə dəstəyi ilə həyata keçiriləcək uzunmüddətli layihə çərçivəsində ölkəmizdə, eləcə Avropa ölkələrində silsilə beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar forumların  keçirilməsi,televiziya proqramları, videoçarxlar filmlərin çəkilməsi, kitablar, broşürlər, bülletenlər, tarixi sənədlərin xarici dillərdə nəşri nəzərdə tutulur.

Layihənin məqsədi zaman–zaman erməni ekstremistləri tərəfindən Azərbaycan ərazisində yaşayan həmvətənlərimizə- müxtəlif etnik köklərə mənsub Azərbaycan xalqlarına qarşı törədilən terrorun tarixi, miqyası, acı nəticələri bundan sonra bu terrorun  qarşısının alınması istiqamətində birgə əməkdaşlığın perspektivləri ilə bağlı dünya ictimaiyyətini  məlumatlandırmaqdır.

BBMM- alim mütəxəssislərin iştirakı ilə keçirilən iclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev  çıxış edərək sözügedən layihəni mühüm siyasi-elmi aksiya kimi səciyyələndirib: “ Multikulturalizm asanlıqla əldə olunan bir dəyər deyil. Bunun üçün əsrlər lazım olur, sınaqlardan keçmək lazım gəlir. Əsrlərlə yaşı olan Azərbaycan multikulturalizminin formalaşma mərhələsində qarşılaşdığı maneələrdən biri erməni terrorudur. Erməni terroru dini etnik müxtəlifliyi özündə ehtiva edən Azərbaycan multikulturalizminə ən böyük təhlükələrdən  biridir.Əslində bugün Azərbaycanı narahat edə bilən  heç bir erməni təxribatı yoxdur. Biz ermənilərin bütün təxribatlarına qarşı həmişə sözümüzü deyirik deyəcəyik. Amma hər halda bəzi məsələlərdə adda-budda yox, məqsədyönlü şəkildə müxtəlif qurumlarla əl-ələ verərək birgə təşəbbüslə fəaliyyət göstərmək lazımdır”.

“Terror multikulturalizmə qarşılayihəsi çərçivəsində bu yaxınlarda təşkil ediləcəkErməni terroru Azərbaycanmövzusunda ilk beynəlxalq elmi-praktik konfransda  ABŞ, Fransa, İran, Rusiya, Gürcüstan Ermənistandan alim mütəxəssislərin iştirakı gözlənilir. Toplantıda çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, DQİDK-nin sədr müavini Gündüz İsmayılov, DİDK-nin aparat rəhbərinin müavini Tahir Hacıyev, Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov,  tarixçi alim Gültəkin Nəcəflierməni terroruna məruz qalan Azərbaycan xalqının həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından layihəni çox əhəmiyyətli təşəbbüs kimi dəyərləndiriblər.

Toplantıda  Terror multikulturalizmə qarşı” layihəsinin icrası ilə bağlı daimi təşkilat komitəsi yaradılıb. Daimi təşkilat komitəsində Dövlət müşaviri,  akademik Kamal Abdullayev,  AMEA-nın Prezidenti, akademik Akif Əlizadə , DQİDK–in sədri Mübariz Qurbanlı , DİDK-nin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev,  Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev,  AMEA-nın Tarix İnstitunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov,  AMEA-nın Hüquq İnstitunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva,  AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə,  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və BBMM-in icraçı direktoru Azad Məmmədov təmsil olunur.

 

525-ci qəzet.- 2016.- 19 may.- S.2.