Azərbaycanqəzetində parlament hesabatları şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Məarif nəzarəti hər kəsə imkan verməlidir ki, öz ana dilində oxusun. Böylə imkan verilməmək bəlasındandır ki, bu gün bən sizinlə istədigim kibi danışa bilmiyoram. Bizdə böylə olmamalıdır. Hazırda məmləkətimizin sənət məktəblərinə böyük ehtiyacı vardır. Məarif nəzarəti milli ümumi məktəblərlə bərabər sənət məktəbləri güşadına da çox əhəmiyyət verməlidir.

 

Möhtərəm məbuslar! Daha bir mühüm məsələ var ki, hər bir dövlətdə birinci ədd olunur. Hətta böyük dövlətlər bu məsələyə diqqət verməlidirlər. Bu da ərzaq məsələsidir. Bu məsələdən dolayı sair məmləkətlərdə nizamsızlıqlar, ixtişaşlar törəyir. Ərzaq məsələsini nizama salan hökumət öz işinin yarısını həll etmiş oluyor. Azərbaycan hökuməti özünü borclu biliyor zəruri şeyləri ümum millətlər və bütün füqərayi-kasibə arasında ədalətlə təqsim etsin. Bu barədə hökumət çalışıyor. Fəqət ərzaq məsələsi ticarət və yollar məsələsilə sıxı surətdə mərbutdur. Ticarət nəzarəti sair dövlətlər ilə mübadileyi-əmvalı yoluna salmazsa, dəmir yolları ilə mal müntəzəmən gəlməzsə şübhəsiz ki, ərzaq işlərini qaidəyə salmaq olmaz. Keçmiş hökumət dövründə dəmiryollarında çox xətalar, nöqsanlar, hətta xəyanətlər olmuşdur. Amma təsəvvür ediniz ki, son zamanlar dəmiryoluna dörd dəfə böyük təpik dəymişdir. Əvvəla, rus qoşunları cəbhədən qayıdarkən yolları söküb dağıtdılar, ikinci, anarşi vəqti öz cəmaətimiz öz yollarımızı söküb dağıtdı (soldan - eyb olsun), üçüncü təpik Bakı davası zamanı dəydi, nəhayət, dördüncü təpik türk qardaşlarımızdan dəydi. Çünki həmişə hamı əskər getdigi yola zərər yetirdigi kibi bunlar da Azərbaycan dəmir yoluna sədəmə vurdular. Şimdi böylə bir yoldan nə gözləmək olar? Bundan əlavə yollarda özümüzdən qulluqçumuz olmadığından xaricilər dəxi biliyorlar ki, onlar getsələr yol fəna olacaqdır, ona görə də bildiklərini ediyorlar. Bununla bərabər hökumət sizə söz veriyor ki, böylə nizamsızlıqları tezliklə düzəldib suyi-istemal və xəyanətləri rəf etsin.

 

Maliyyə nəzarəti həqqində dəxi bir neçə söz söyləməliyəm. Özünüz bilirsiniz ki, bu vəqtədək bizim özümüzə məxsus pulumuz yoxdur. Ancaq müvəqqəti bonlar kəsilmişdir. Maliyyə nəzarətinin bir vəzifəsi tezliklə Azərbaycan pulu çıxarmaqdır, birtezlik ilə vergiləri cəm etmək lazımdır. Bunu da deməyə ehtiyac yoxdur ki, vergilərin ən çoxu, ən ağırı dövlətlilərin öhdəsinə düşməlidir, nəinki kasıbların. (Mərkəzdən və soldan alqış).

 

Ədliyyə nəzarətinə keçdikdə: özümüzə məlumdar ki, ədliyyə nəzarəti düzgün olmadıqca heç bir məmləkətin işi getməz. Bundan əlavə o olmalıdır ki, məhkəmədə şikayətçi ilə hakim bir-birinin dedigini anlasın. Binaənileyh hökumətimiz məhkəmə işlərinin də milli lisanda olması uğrunda ciddi tədbirlər görəcəkdir. Post-teleqraf, səhhəti-ümumiyyə və sairə nəzarətləri işləri həqqində uzun baş ağrısı vermək istəməyib ancaq bu qədər diyoram ki, bu barədə dəxi hökumət lazımınca tədbir görəcəkdir.

 

Hökumət və dövlət işlərində gərək hökumət və gərəksə cəmaət üçün iki mühüm məsələ vardır: fəhlə və əkinçi məsələləri. Millətin əksəriyyəti fəhlə və əkinçidən ibarətdir. (Mərkəz və sol alqış). Hökumət biliyor ki, topraq əkinçiyə verilməzsə, fəhlənin həyatı təmin edilməzsə heç vəqt yeriməz. (Mərkəz və sol alqış). Binaənileyh hökumət təzilikcə bir məsai nəzarəti təsis ediyor. (Mərkəz və sol alqış). Əminəm ki, məsai nəzarəti fəhlə həyatını təmin edəcəkdir. Fəhlələri 8 saatdan artıq işlətməyə qoymayacaqdır. Bundan əlavə ümum fraksiyalar ilə hökumət rəyi topraq məsələsində bir olub hökumət lazım biliyor ki, topraq əvəzsiz kəndlilərə verilsin. (Sol və mərkəzdən sürəkli alqışlar).

 

Möhtərəm məbuslar! O hökumət ki, sizin rəyinizlə işliyor, özünə başqa yol götürmüyor və götürə bilməz də. (Soldan və mərkəzdən alqış). Onu da biliyorsunuz ki, topraq məsələsi öylə mühüm bir məsələdir ki, bir qələm çəkməklə həll oluna bilməz və heç bir məmləkətdə hələ bu vəqtadək qaidəyə salınmamışdır. Bunu diqqətlə qaidəyə salmaq, bu xüsusda müfəssəl və qəti məlumat toplamaq və hamıyı razı buraxacaq bir dərəcədə həll etmək lazımdır. Bunu da tezliklə əmələ gətirməgi hökumət öz öhdəsinə alıyor. Məclisi-Müəssisan dəvətinədək hökumət topraq məsələsini lazım və mümkün surətdə bir səhmana salacaqdır.

 

Sözümü qurtararkən təkrar ediyoram ki: hökumət qarşısında duran məsələlərin ən mühümi istiqlalımızı müdafiə məsələsidir. Məmləkətin hər guşəsindən, millət içindən gəlmiş siz məbuslar da bu fikirdəsiniz, bütün millətin zehnini hamıdan artıq işğal edən bu məsələdir. Bütün millət bir işdə həmrəy olub ciddən çalışsa o millət nə qədər ufaq da olsa məqsədinə çatacaqdır. (Alqış). Hökumət isə bu məsələyi gözlərinin bəbəgi kibi qoruyacaqdır. (Gurultulu, sürəkli alqış). Siz biliyorsunuz ki, hökumət nə qədər müşkülqorxulu bir zamanda öhdəsinə nə qədər ağır bir vəzifə götürüyor. Bizi böylə bir vəzifə götürməyə cürətləndirən və ümid verən sizin kömək və etimadınızdır. Şimdi Allahdan tövfiq və sizdən kömək istəyərək yeni kabinə əzasını sizə xəbər veriyoram:

 

Təşkil etdigim yeni kabinə işbu zəvatdan ibarətdir:

 

Baş vəzir və xariciyyə naziri Fətəli xan Xoyski (yəni bən)

 

Daxiliyyə naziri - Xəlil bəy Xasməmmədov

 

Dövlət müfəttişi - Məhhəmməd Həsən Hacınski

 

Hərbiyyə naziri - Səməd bəy Mehmandarov

 

Maliyyə naziri - Protasov

 

Post teleqraf - Aslan bəy Səfikürdski

 

Ticarət və sənaye naziri - Mirzə Əsədullayev

 

Təriq və məabir naziri - Xudad bəy Məlikaslanov

 

Maarif naziri - Nəsib bəy Yusifbəyov

 

Ərzaq naziri - Zizqar

 

Ədliyyə, səhiyyə, ziraət və məsai nəzarətləri boş buraxılmışdır. Çünki bu yerlərdən birisi ruslara, 3-də ermənilərə verilməlidir.

 

“Azərbaycan”, 29 dekabr 1918, ¹73

 

Mühəvvəl - həvalə edilmiş Sədəmə - toxunma, toqquşma

 

İstizah - aydınlaşdırma

 

Azərbaycan Məclisi-Məbusanında Yeni kabinə təşkili

 

(keçən nömrədən mabədi)

 

Rəisi-Vükəlanın proqram nitqindən sonra 5 dəqiqə tənəffüs elan edilərək bədə fraksiyalar yeni kabinə və onun proqramı həqqində rəylərini bəyan ediyorlar.

 

Birinci növbədə Türk Ədəmi-Mərkəziyyət - “Müsavat” fraksiyası tərəfindən firqə rəisi nitq irad ediyor.

 

Rəsulzadə Məhəmməd Əmin - Möhtərəm məbuslar! Yeni təşkil olunmuş kabinənin bəyannaməsini müzakirədən əvvəl haman bəyannaməyi nə kibi bir zamanda eşitdigimizi qeyd etmək istiyoram. Xaricən məmləkətimizin nə kibi bir vəziyyətdə bulunduğu bəllidir. Fəqət bu müşkül vəziyyət yalnız xaricdə olmuyub daxil də böylədir. Müşkülat qarşısında olduğumuz bu gün cari olan hadisələrdən aşkardır. Bu gün şəhər həyatı büsbütün durdurulmuşdur.

 

Hökumətimizin bəyannaməsində denildigi kibi əhalinin bir hissəsi də burada hazır degildir. Gərək məclisimizin bu nöqsanı və gərəksə daxili işlərimiz nə tövr müşkülat qarşısında olduğumuzu isbat edər. Əvət, müxtəlif cərəyan və hərəkətləri ruhlandıran bir ruh, bir amal vardır. Onlara isnadda bulunmaq istəməm. Bu kürsi böhtandan uzaq qalmalıdır. Və əldə isbat olmadan söz söyləməmək bizim əxəss amalımızdır. (Alqış). Bu gün ortada olan həbsləri bəhanə edərək şəhərimizin həyatı durdurulmuşdur. Bunlar nəşr etdikləri bəyannamələrində və qəzetlərində nə diyorlar? Bunlar diyorlar ki, bizim düşmənimiz aclıq və aclıq qədər müdhiş Azərbaycan hökumətidir. (soldan - doğrudur, səslər - eyibdir!). Bu təsəvvürlərlə şəhərin həyatını dayandırıb damarlarını fəlc bir halə gətiriyorlar. Böylə mühüm bir zamanda hökumət rəisinin istiqlaliyyətimizin göz bəbəgi kibi mühafizə olunacağını söyləməsi kibi münasib bir zaman olamaz (sürəkli alqış). Əsl məqsədləri bu ikən siyasi hürriyyətlərdən bəhs ediyorlar. Batil məqsəd üçün həqq söz söylüyorlar. Kəlamülhəqq      bədiəülbatil. Fəqət biz göz bəbəgi kibi müdafiə olunacaq istiqlaliyyətimizin hər fitnəyə qarşı müdafiə olunacağını ümid edəlim. Bu əzmdə yalnız bir hökumət degildir.

 

Bütün millət bu əzmdədir. Bu gün bizim istiqlalımızı tanımaq istəməyənlər həqiqi demokrat degildirlər. Çünki həqiqi demokratlar, həqiqi sosialistlər üçün qara cins cins yoxdur. Bunlar üçün ancaq həqq və hüquq vardır. Bütün əmələlər və zəhmətkeşlər bilməlidirlər ki, Azərbaycanın da buna həqqı vardır. Bu xüsusda bütün həqiqətpərəstlər bizimlədir. Bunlar hürr bir millətin istiqlaliyyətini göz bəbəgi kibi sevən hökumət ilə də bərabər olacaqlardır. Hökumətin bəyannaməsində mühüm bir nöqtə görüyoruz ki, o da bizMüsavat” firqəsi və siz demokratik firqələr nöqteyi-nəzərindən şayani-qeyddir. Hökumət diyor ki, millət, bir millətin əksəriyyətini təşkil edən əmələlərlə kəndçilərdən ibarətdir. Milləti müdafiə etmək əmələ və fəhlə və kəndliləri müdafiə etmək deməkdir. Hökumət bu xüsusda bizi daima özü ilə bərabər görəcəkdir. Fəqət lazımdır ki, bu söz, sözdə qalmayıb işə keçsin. Hökumət rəisi ağzından eşidilən sözlər bunu isbat ediyorlar. “Müsavat” fraksiyasının deklarasiyasındakı bir çox maddələri hökumət bəyannaməsində gördügümüzdən məmnun oluruz.

 

Hökumət bu bəyannaməsinə sadiq qaldığı müddətcə tamamilə “Müsavat” firqəsi və əzasının etimadına məzhər olur (Alqışlar).

 

Əhməd bəy Ağayev - Möhtərəm əfəndilər! Bəndən əvvəlki natiq, möhtərəm rəfiqim hökumət həqqində pək həssas, pək sıcaq bir nitq irad etdi ki, möhtəviyyatına şərik oluyoram. Fəqət onunla bənim aramızda bir fərq var ki, onun atəşi çox, bənim atəşim sönmüş, o gəncdir, bən ixtiyar. Onun bir az göglərdə gəzməgə həqqi var. Bən isə yeri görməyə məcburam. Hökumətin bəyannaməsində söylədigi Azərbaycan istiqlalı bizim həpimizin əfzəli-amalımızdır. Hər bir kəndi şərəfini, kəndi amalını bilən azərbaycanlı bunu duymalı və bu yolda olmalıdır. (Alqışlar). Lakin bu amalın ölməməsi və onun qövldən-felə gəlməsi üçün birinci amil belə hökumət kəndisidir. Bunu unutmayalım ki, məmləkətimiz qayət böyük təhlükələrlə mühaziddir. Gecə qaranlıq fırtınalar oluyor, bizbir taxta para kibi fırtına içində yuvarlanıyoruz. Bunu qurtaracaq yenə hökumətdir.

 

Bunu qurtarmaq üçün də bən bir əzmkar hökumət istərəm. Fəqət söylədigim taxta para təkcə bizdən ibarət degildir ki, onun üçün düşünmədən işə başlıyalım. Bu taxta paranın üzərində iki milyonluq Azərbaycan, onun şərəfi, qadınları və çocuqları bulunuyor. Bunları xilas etməklə böyük bir vəzifə ifa etmiş oluyoruz. Rəisi-Vükəla bu qism bir vəzifəyi öhdəsinə götürdügü xüsusunda bəyan etdigi bütün fikrinə iştirak ediyoram. Bununla bərabər hökumətin dəxi bir proqramı olmalıdır. O da bu taxta parayı aparmaq üçün bir sükan təşkil edəcəkdir. O sükan üzrə sağa-sola baxmayaraq düz, doğru amalına tərəf kürəklərini çəkib o taxta parayı əzmkaranə bir sahili-nicata çıxarmalıdır. Əcəba, hökumətin sükanı və əlindəki kürəklər nədən ibrət ola bilər? Birisi kəndi üçün yapdığı proqramdan, digəri də o iradədən ki, o da bəyannamədən məlum oldu. İstiqlaliyyətimizi xaricən qəbul etdirmədən əvvəl hökumətimizi daxildə təsdiq etdirməliyiz. Ona görə hökumətimiz daxilixarici düşmənlərimizi məhv edəcək bir hökumət olmalıdır (Mərkəzdən alqış).

 

Məəttəəssüf bu vəqtə kibi hökumət bunları etməmişdir. Məəttəssüf hökumət iradəsini göstərdigi zaman olmamışdır (Mərkəzdən - düzdür!). Məəttəəssüf ələmlə deyəcəgəm ki, hökumət daxilində işlər lazım olmayan adamlar əlinə tapşırılmışdır. Binaənileyh daxildə hökuməti düzəldəcək qəti tədbirlərə müraciəti lazım biliyoram. İşləri yoluna salmaq üçün ən layiq, ən müdəbbir adamların başına gətirilməsini arzu edərəm. Yalnız bu vasitə ilədir ki, suyi-istemallara xitam verilər və hökumət nahiyələrin hər birində varlığını ehsas etdirər. Bir də rəisi-hökumət tərəfindən bir ordu təşkilinin lüzumu göstərildi. Onsuz da hökumət özünü heç kimsəyə ehsas etdirəməz. Onun üçün lazım biliyoram ki, heç bir mövqe, sinif fərqi olmadan hamı əskərligə alınsın. Heç bir yuxarı, aşağıya, nəhayətə qədər tərəhhüm edilməsin. (Ümumi alqışlar).

 

Nəzarətlərə sıxılmışların, gizlənmişlərin kaffəsi alınmalıdır. (Soldan və mərkəzdən alqış). Böylələrə şiddətli cəzalar verərək həp ordu içərisinə atmalıdır. Əks halda cüftçinin çocuğu alındıqda verməməgə həqqı var.

 

Bu surətlə hökumətdən daxildə əzm və səbat istərəm.

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 21 may.- S.21