İmperiyalar və onların süquta sürüklənməsi

 

Proloq

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Fransanın baş naziri qeyd etmişdi: “Biz yüngül ürəklə müharibəyə gedirik”.

 

Bədbəxtlikdən fransızlar üçün “yüngül ürək” heç də kifayət deyildi. Onlar daha yaxşı rəhbərlik edilən və daha yaxşı təşkil olunmuş Prussiya qüvvələri ilə vuruşmalı idilər. Şərqi alman dövlətləri özlərinin Prussiya ilə müttəfiqliklərindən şərəf duyurdular və fransızlara qarşı müharibə cəhdinə qoşuldular. Prussiya orduları Fransanın içərilərinə irəlilədilər və 2 sentyabr 1870-ci ildə Sedanda bütöv fransız ordusunu və III Napoleonun özünü əsir götürdülər.

 

Dörd aylıq ağır müqavimətdən sonra 1871-ci ilin yanvarında Paris, nəhayət, işğal edildi və may ayında rəsmi sülh müqaviləsi imzalandı.

 

Fransa 5 milyard frank (1 milyard ABŞ dollarına yaxın) təzminat ödəməli idi. Elzas və Lotaringiyadan yeni alman dövlətinin xeyrinə imtina etməli oldu. Bu itki fransızları hirsləndirdi və onları qisas almağa can atmaq vəziyyətində qoydu.

 

Cənubi alman dövlətləri də Şimali Alman Konfederasiyasına daxil olmaqla razılaşmışdılar. 18 yanvar 1871-ci ildə XIV Luininin Versal sarayındakı Güzgülü salonda I Vilhelm İkinci Alman imperiyasının (Birinci orta əsrlərdəki Müqəddəs Roma imperiyası idi) Kayzeri və ya imperatoru elan edildi. Bu vaxt Bismark taxtın yanında ayaq üstə dayanmışdı. Almaniya birliyinə Prussiya monarxiyası və Prussiya ordusunun gücü ilə nail olunmuşdu. Real düşüncədə, Prussiya heç də Almaniyanın içində deyil, Almaniya Prussiyanın içində meydana gəlmişdi. Alman liberalları da həmçinin sevinirdilər. Onlar da birlik və azadlıq arzu edirdilər, lakin birliyə nail olunması bu vaxt daha böyük əhəmiyyət kəsb edirdi.

 

Almaniyanın birləşməsində Prussiyanın liderliyi avtoritarizmin, hərbi dəyərlərin liberal dəyərləri üstələməsi, konstitusion hisslərin yeni alman dövlətində inkişaf etməsi mənasını verirdi. Sənaye resursları və hərbi qüdrətlə yeni dövlət qitədə ən güclü qüvvəyə çevriləcəkdi. Dövlətlərin yeni Avropa tarazlığı artıq hazır idi. 

 

14. Rusiyada təhkimçiliyin ləğvi. Avropa və “yeni imperializm” 

 

Krım müharibəsində Rusiyanın məğlubiyyəti onu Qərbi Avropa dövlətlərindən uzaq saldı. Çar II Aleksandr Krım müharibəsinin ortalarında hakimiyyətə (1855-1881-ci illər) gəlmişdi. O, öz səylərini Rusiyadakı sistemin ciddi surətdə dəyişdirilməsinə yönəltmişdi. Təhkimçilik çar Rusiyası üçün ən ağır yük idi. Rus piyadasının onurğa sütununu təşkil edən təhkimçi kəndlilər savadsız olduqlarından, getdikcə mürəkkəbləşən müharibə maşınından və silahlardan baş çıxara bilmirdi. II Aleksandr deyirdi ki, “Təhkimçiliyin mövcud olması dəyişilməmiş qala bilməz. Yuxarıdan təhkimçiliyi ləğv etmək daha yaxşıdır, nəinki onun aşağıdan ləğv edilməsini gözləyəsən”. 3 mart 1861-ci ildə Aleksandr azadlıq edikti dərc etdi. Kəndlilər artıq mülkiyyət sahibi ola, öz seçiminə görə evlənə və qanun məhkəmələrinə ərizə ilə müraciət edə bilərdilər. Bununla yanaşı, azadlığın faydası məhdud idi. Hökumət kəndliləri torpaqla təmin etmək üçün onu mülkədarlardan almalı idi, mülkədarlar isə çox vaxt yaxşı torpaqları özlərinə saxlayırdılar. Həm də kəndlilər tam azad deyildilər. Kəndlilər öz mirlərinin və ya kənd icmalarının hakimiyyətinə tabe idilər. Torpaq sahibi olan kəndlilər bədbəxtlikdən torpaq aclığı ucbatından əsasən köhnə qaydadakı fermerliyə üstünlük verirdilər.

 

1880-ci illərdə Avropa dövlətləri dənizlərin o tərəfindəki əraziləri tutmaq üçün intensiv hərəkət etməyə başladılar. Bəzilərinin “yeni imperializm” adlandırdıqları bu hadisə avropalıların Asiyanı və Afrikanı piroq kimi kəsib götürməyə həvəsləndirdi.

 

Yüksələn rəqabət Avropa dövlətlərini xaricdə müstəmləkələr tutmağa tələsdirdi. Məsələn, Böyük Britaniya çox vaxt iqtisadi səbəblərə görə deyil, fransızları, almanları və ya rusları Britaniya maraqlarına ziyan vuracaq bazalar yaratmaqdan daşındırmaqdan ötəri yeni regionlara genişlənirdi. Müstəmləkələr həmçinin beynəlxalq nüfuz üçün mənbə idi. Müstəmləkələrə yiyələnməyə can atmaq başlandı, bunda isə iri dövlətlər uğurlu olurdular. Britaniya xarici işlər nazirinin yazdığı kimi, “Mən 1880-ci ildə Xarici İşlər Nazirliyini tərk edəndə heç kəs Afrika barədə düşünmürdü. Mən 1885-ci ildə yenidən ora qayıdanda Avropa millətləri Afrikanın müxtəlif hissələri üstündə, hansılara ki, onlar yiyələnəcəklər, bir-birləri ilə sözləşirdilər”.

 

Vətənpərvərlik hissi çox vaxt imperializmə olan marağı artırırdı. Məktəblər coğrafiyanı tədris edəndə müstəmləkə ərazilərinin xəritələrindən istifadə edirdilər. Qəzetlər və jurnallar çox vaxt əsgər məktublarını dərc edirdilər ki, imperializmi həyata keçirmək öz ölkəsi naminə qəhrəmanlıq macərasına bənzəyir. Coğrafi cəmiyyətlər və hərbi-dəniz liqaları kimi valontyor qrupları imperializm macəraları üçün həvəs tərbiyə edirdi.

 

İmperializm həmçinin sosial Darvinizmlə və irqçiliklə bağlı idi. Sosial Darvinistlər inanırdılar ki, millətlər arasındakı mübarizədə həvəs qabiliyyətə çevrilir və sağ qalır. Ali irqlər hərbi qüvvələri ilə özlərinin necə güclü və cəsarətli olduqlarını göstərmək üçün aşağı irqlər üzərində ağalıq etməlidirlər. Bir ingilis yazırdı ki, “Ağ adamın inkişafı üçün qara adam və sarı adam hətta aşağı olaraq qalmalıdır və birinci özünü yüksəyə və daha yüksəyə qaldırdıqca axırıncılar da elə etməlidirlər ki, bəşəriyyətdən kənar yığılan (şaqren dərisi kimi - müəllif) və heyvana yaxın, daha yaxın kimi meydana çıxsın”.

 

1880-ci ildən əvvəl Afrikada digər avropalıların məsələlərini ilk dəfə fransızlar və portuqaliyalılar salmışdılar. Potquliyalılar Avropada və Mozambikdə öz məskənlərini qurmuşdular. Fransızlar müsəlman Şimali Afrikasında Əlcəzairi 1830-cu ildə işğal etmişdilər. 1880-ci ildə avropalıların Afrikada ərazi tutmağa can atması ciddiləşdi. 1900-cü ildə Fransa Qərbi Afrikanın nəhəng zonasını və Tunisi özlərinin Afrika imperiyasına əlavə etdi. 1912-ci ildə isə Mərakeş üzərində protektorat qurdu.

 

Mərkəzi Afrika həmçinin Avropa müstəmləkələri siyahısına əlavə olundu. Bura maraq ilk dəfə 1860-cı və1870-ci illərdə şotland missioneri Devid Livinqstonun və Britaniya-amerikan jurnalisti Henri Stenlinin kəşflərindən sonra qalxdı. Lakin Mərkəzi Afrikanı müstəmləkəyə çevirməyə can atan, 1865-1909-cu illərdə Belçika kralı olmuş II Leopold idi. O, Afrikada imperiya yaratmağa böyük həvəs göstərirdi. O deyirdi: “Bizim Yer kürəsinin təkcə elə hissələri oradadır ki, ona hələ nüfuz edilməmişdir. Əhali ilə əhatə olunmuş bütöv bu qaranlığa daxil olmaq səlib yürüşüdür, əgər mən bunu edə bilsəm, həmin səlib yürüşü bu proqress əsrinə layiq olacaqdır”. Leopold üçün mənfəət proqressdən daha vacib idi. Onun afrikalılarla davranışı olduqca zorakı olduğundan, hətta bəzi avropalılar onun hərəkətlərini məhkum edirdilər. 1871-ci ildə Leopold Mərkəzi Afrikanın tədqiqatı və sivilizasiyalaşması üçün Beynəlxalq Assosiasiya yaratdı və Henri Stenliyə Konqoda Belçika məskəni yaratmaq tapşırığını verdi. Leopoldun hərəkətlərindən təşviş keçirən fransızlar həmçinin Konqo çayından şimala tərəf olan əraziyə doğru hərəkət etdilər. 1884-cı və 1900-cü illər arasında qalan Afrikanın əksər hissəsi Avropa dövlətləri tərəfindən kəsilib götürüldü. Almaniya da həmin vaxt imperialist dövlətlər cərgəsinə daxil oldu. İlk öncə Bismark müstəmləkələrin əhəmiyyətinə laqeyd idi, lakin Alman imperiyası üçün daxili siyasi təzyiqlər artdıqca o, siyasi bir dönüş edənə çevrildi. Özünün ifadə etdiyi kimi, “Bütün bu müstəmləkə işi spekulyasiyadır, özünü belə göstərməkdir, ancaq biz seçkilərə görə ona möhtacıq”, almanlar cənubi-qərbi Afrikada Toqolandda və Tanqanikada müstəmləkələr qurdular.

 

1914-cü ildən isə Britaniya, Fransa, Belçika, İspaniya və Portuqaliya bütün Afrika qitəsini hissə-hissə kəsib, özlərinə götürdülər. Yalnız azad olunmuş Amerika qulları tərəfindən yaradılan Liberiya və Efiopiya azad dövlətlər kimi qaldılar. “Ağ adamın yükü” barədəki humanitar rasionalizmin əksinə, Afrika müstəmləkə imperiyalarını yaratmağı qət etmiş Avropa dövlətləri tərəfindən işğal edildi.

 

Avropalılar 1880-ci ildən əvvəl Afrika qitəsinə nisbətən az qaydada nəzarət edirdilər. Əvvəllər onların iqtisadi maraqları daha məhdud olanda (bu mənada Afrika ilk növbədə qul ticarəti üçün vacib idi), Avropa dövlətləri əsasən mövcud müstəqil dövlətlərlə iş görmək, geniş ərazilərə birbaşa nəzarətə cəhd etməkdən daha yaxşı idi. Əksər hallarda avropalıların Qərbi Afrikada mövcudluğu regional ticarət şəbəkəsinə nəzarət etmək və həm də missioner fəallığı üçün dayaqlar qurmaqdan ibarət idi. Buna baxmayaraq, XİX əsrin son iki onilliyində koloniyalar sahibi olmaq üstündə yarış başlandı, bütün böyük Avropa dövlətləri torpaqları tutmağa girişdilər.

 

Napoleon müharibələri ərzində Britaniya Keyptaunda nəzarəti əldə etməklə Cənubi Afrikada kök salmışdı. Bu şəhəri vaxtilə hollandlar salmışdılar.

 

Müharibədən sonra britaniyalılar sakinləri həvəsləndirdilər ki, özlərinin Kap koloniyası adlandırdıqları yerə getsinlər. Britaniya siyasətçiləri holland kolonistlərinin nəslindən olan burlara və ya afrikanyorlara nifrət edirdilər. Britaniyalılar və burlar arasında düşmənçilik davam edirdi. 1877-ci ildə Kap koloniyasının britaniyalı qubernatoru Transvaalı tutdu. Lakin bur qiyamı Britaniya hökumətini məcbur etdi ki, o, Transvaalı müstəqil Cənubi Afrika respublikası kimi tanısın. Britaniyalılar və burlar arasındakı bu mübarizələr regiondakı Zulu və Xosa tayfalarından olan adamların ağ adamlar qrupu tərəfindən qırğınının və özlərinə tabe etmələrinin qarşısını ala bilmədi.

 

1880-ci illərdə Cənubi Afrikada Britaniya siyasəti əsasən Sesil Rods (1853-1902-ci illər) tərəfindən həyata keçirilirdi. Rods almaz və qızıl kompaniyaları yaratmışdı, onların emal edilməsilə qiymətli mallar istehsalını da inhisara götürmüşdü və bu, onu özündən sonra Rodeziya adlanan Transvaalın şimal ərazisinə nəzarəti ələ keçirməyə qadir etmişdi. O, bir dəfə demişdi: “Əgər Allah burada olsaydı, mən düşünürəm ki, onun məni Afrikanı Britaniyanın qırmızı rənginə (Britaniya əsgərləri daim döyüş formasında qırmızı pencək geyinirdilər - müəllif) boyamağımdan xoşu gələrdi”. Onun məqsədlərindən biri “Kapdan Qahirəyədək” seriya şəklindəki Britaniya müstəmləkələrini yaratmaq idi, onlar bir-birilə dəmir yolu ilə birləşəcəkdi. İmperialist ambisiyaları onun 1896-cı ildəki devrilməsinə səbəb oldu. Britaniyanın razılığı olmadan Cənubi Afrika Respublikası hökumətinin devrilməsinə çalışdıqdan sonra Britaniya hökuməti onu Kap koloniyasının baş naziri vəzifəsindən istefa verməyə məcbur etdi. Baxmayaraq ki, Britaniya hökuməti burlarla müharibədən qaçmağa ümid edirdi, lakin hər iki tərəf münaqişəyə başlamağa çalışan öz ekstremistlərini dayandıra bilmədi.

 

1899-cu ildə Bur müharibəsi başlandı və bu, burların səmərəli əleyhdar olduğunu sübut etməsinə görə, 1902-ci ilə qədər davam etdi. Burlar partizan taktikasından istifadə edirdilər, britaniyalılar qələbə çalmaqla yanaşı, çox sayda itki verdilər və müharibə onlara çox baha başa gəldi. 87 min buru məğlub etmək üçün 450 min britaniyalı və ittifaq qüvvələri lazım oldu. Britaniyada qəzetlər yüksək saydakı itkilər barədə məlumat verirdilər. Bur qadınları və uşaqları öz vətənlərində müharibə əleyhinə qalxdılar.

 

Britaniya siyasəti məğlub edilmiş burlara qarşı böyük barışıq ruhunda idi. Transvaal və Oranc Azad Dövləti 1907-ci ildən təmsilçilik hökumətlərinə malik idi və 1910-cu ildə Cənubi Afrika Birliyi yaradıldı. Kanada, Avstraliya və Yeni Zelandiya kimi, o da Britaniya imperiyası daxilində bütünlüklə özünü idarə edən dominyona çevrildi.

 

 

(Ardı var)

 

Telman Orucov

525-ci qəzet.- 2016.- 21 may.- S.20