VƏTƏN
Məndən sənə,
Səndən ona
Uzanan qollardı,
Vətən!
Məndən, səndən,
Ondan sonra yaşayacaq
Yoldu Vətən!
Gəldi, getdi
İgidlərim, ərənlərim.
Hey boşaldı, doldu
Vətən!
Sərhəd bilməz
Quşlar
kimi
gah yaz, gah da
qışlar kimi
əbədidir...
Uçar
Təbriz,
Dərbənd sarı.
Bu Borçalı,
Bu da Göyçə
Qarabağda dərdim
Sarı...
Sarı-sarı tarlaları,
Yaşıl-yaşıl bostanları,
Nəhayətsiz ostanları
Bərbəzəkli ormanları
Vaxtsız soldu...
Vətən, Vətən...
Yollar
çəkdik,
Dağlar boyu.
Körpü saldıq
Namərd keçdi.
Unutmadıq
Neçə soyu,
Neçə boyu.
Vətən, Vətən...
Anam
getdi,
atam getdi.
Dərd
içində yandım,
yandım...
Torpağımı yağı çaldı
Diri ikən
ömür getdi...
Məlul, məlul dolanıram.
Yoxdu kölgəm,
izim mənim.
Tanıdınmı?
Mən ki, ruham.
Axı yoxdu
üzüm mənim.
Ancaq qəlbim,
Duyğularım
Hey yanacaq, yaxılacaq
Sənin
üçün,
onun üçün,
Bizim üçün...
Vətən, Vətən...
QARABAĞDA
Bu nəğmələr, bəstələr,
Qəlb
yaxan şikəstələr,
Eh daha nələr, nələr
Qəribdi Qarabağda.
Yol gözləyən elləri,
Nəğmə deyən dilləri,
O bənövşə telləri
Səribdi Qarabağda.
Bir igid inadını,
Bu ellər öz adını,
O qartal qanadını
Gəribdi Qarabağda.
MƏNİM
XIZIM
(nəğmə)
Başın üstə ulu Dubrar,
Ayağını Xəzər yuyar,
Hər gözəlin nazlı Nigar,
Anam, atam, oğlum, qızım -
Mənim Xızım.
Cəfər, Müşfiq şöhrət
tacın,
Cabir oğlun, Zeynəb bacın,
Neçə-neçə ağrın-acın,
Anam, atam, oğlum, qızım -
Mənim Xızım.
Güneylərin yazdı, yaydı,
O kükrəyən Ataçaydı.
Hər dalğası hay-haraydı,
Anam, atam, oğlum, qızım -
Mənim Xızım.
ANA
Sənsiz
bu yerlərə yenə də gəldim,
Hələ gələcəyəm... canımda
can var.
Hələ döyünəsi qəmli
ürəyim,
Hələ sənsiz mənə zindan cahan var.
Oğlumun, qızımın təəssüf
dolu
Qara gözlərində
mərhəmətə bax.
İllər hər yaranı
sağaltsa belə,
Sağalmaz yaram da, bu
hikmətə bax.
Zaman da, məkan da ayırdı bizi,
Qalmışam aranla, dağ arasında.
Gəzirəm sən gəzən
cığırı, izi,
Hələ də çəmənlə
bağ arasında...
lll
Anasız
bir ömür heçdi, hədərdi,
Anasız bir ömür qəmdi, kədərdi.
Anasız
bir ömür tale, qədərdi,
Qoruyaq anaları...
Yuxusu çəkilmiş gözdü
analar,
Bir şirin nəğmədi,
sözdü analar,
Neçə nazımıza dözdü
analar,
Qoruyaq anaları...
Qəmli
bayatıdı, şirin
nağıldı,
Ürəkdə abidə, başda ağıldı.
O getdi nəğməli dünyam dağıldı,
Qoruyaq anaları...
Başımın üstündə hey çaxar şimşək,
Onsuz dünyam viran, dözməyir ürək,
Dili dualıdı, özüsə
kövrək,
Qoruyaq anaları...
lll
Min ildir yol gəlirəm,
Mənzilə çatmamışam.
Nə bir dost, nə bir həmdəm
Arayıb, tapmamışam.
Cismim dərdə aşiyan,
Ruhum göylərə
uçdu.
Mənzilim göy, kəhkəşan,
Yolum eniş-yoxuşdu...
Mən dağlar övladıyam,
Anam dağ,
atam zirvə.
Heç
nə əbədi deyil,
Ömür yol gedir hələ...
Sanma dağ-daş əbədi,
Hər şey ürəkaçandı.
Sənə doğru, ilahi,
Yol gəlirəm haçandı...
Könül qırıq, ruh
xəstə,
Sanki axır-zamandır.
Vaxt ötür asta-asta,
Dövran
yaman dövrandır...
lll
Ömrüm ömürlərə calandı, getdi,
Yad-yalan
odumda qalandı, getdi,
Beləcə bir ömür talandı, getdi,
Daha nə umarsan dünyadan, könül?
Sən görən zirvələr
ucadan-uca,
Çatmaz neçə ömür düysəm uc-uca.
Kimdi qiymət verən mənəvi borca,
Daha nə umarsan dünyadan, könül?
Ağıllı ötürür bir-bir
ayları,
Dəli vurub keçir coşqun çayları.
Qiymətə mindirdik ağlı
zayları,
Daha nə umarsan dünyadan, könül?
Bir ömür verilib, vallah, hərəyə,
Gözləmə o dağı durub
yeriyə...
O yaz bəlkə döndü bir gün geriyə,
Daha nə umarsan dünyadan, könül?
Dinsəm
deyəcəklər, dinmə
qonaqsan,
Dünya, çoxuna yay, mənə sazaqsan.
Yol çəkən gözlərim,
yoldan uzaqsan,
Daha nə umarsan dünyadan, könül?
Eləcə mavidir o göy,
o dəniz,
Hələ də sayrışır o
uzaq yıldız.
İlahi,
beləcə kirimiş,
yalqız
Daha nə umarsan dünyadan, könül?
lll
Heç
yadımdan çıxmadı,
O yaz, o qış, o bahar.
Sonuncu nəfəsədək
Yol gələcək
arzular.
Solacaq o
bağça-bağ,
Ağacdakı son yarpaq...
Hər şey bəyaz, ağappaq
Yol gələcək
arzular.
Çıxacaq mənvərindən,
Bu yer, bu göy, kainat.
Adiləşəcək dünya,
Adiləşəcək həyat.
Təptəzə sevgilər də
Olacaq bir az boyat.
Yol gələcək arzular,
Yol gələcək
arzular.
BİLMƏDİM
Min illərin qoxusunu,
Ata bilmədim, bilmədim.
Yuxularım quş yuxusu,
Yata bilmədim,
bilmədim.
Yer gizlədi igidləri,
Hər biri bir dünya idi.
Dəli
könül, ağla,
kiri,
Taleyə bata bilmədim.
Fələk necə yazdı,
pozdu
Bilmədim ki, qışdı, yazdı.
Sabaha inamım azdı,
O dağa çata bilmədim.
Ömrümün mənası budur,
Zaman hər şeyi doldurur.
Dəli
şeytan, uzaqda dur,
Günaha bata bilmədim.
Yol gedirəm yorğun-arğın,
Öndə dağlar, mənzil uzun.
O illər qar, boran, çovğun,
Gəldim həyata, bilmədim.
Neynim saçımda qırovu,
Ağlım qəlbimin girovu.
Ucuz alıb sözü-sovu,
Mən baha sata bilmədim.
Qadağalar yerli-yersiz,
Keçmədi ömrümdən izsiz.
Sevgimi duyğusuz, hissiz,
Odlara ata bilmədim.
lll
Kəsilməyə başım yox,
Sınmağa qol-qanadım.
Bir dövrə düşmüşəm
ki,
Yaddan çıxıbdı
adım.
Yuxum çəkilib ərşə,
Bu nə təlaş,
əndişə?
Saldılar dilə-dişə
Dost oldu mənə
yadım.
Yurdum paradı, neylim,
Elim darandı, neylim,
Çəkdiyim əzablardan
Dağım arandı, neylim?
Gözümün yaşına bax,
Bağrımın daşına bax,
Yad qazanda qaynayan
Elimin aşına bax...
Ofelya BABAYEVA
525-ci qəzet.- 2016.- 21 may.- S.19