Afaq Məsud dünyası  

 

Nizami Cəfərov

 

 

 

Afaq Məsudun ilk hekayələrindən başlayaraq, demək olar ki, bütün yaradıcılığını bürüyənölüm kabusuonun ideya- bədii dünyasını anlamaq üçün, əgər belə demək mümkünsə, universal bir motivdir.

 

Yazıçının təfsilatı ilə təsvir etdiyiölüminsan həyatının fizioloji sonu olmaqdan daha çox, təbii ruhi mövcudluğundünya nöqtəsi ya haradansa  (hansıməlumluq”dansa) harayasa (hansıməchulluğ”asa) “keçid”dir. həyatın yalnız refleksləri deyil,   qədər mistik görünməsinə baxmayaraq, həm mahiyyətidir.

 

Afaq Məsud yazır:

 

Ölümü anladıqca bədənimin mümkün  qədər çəkisiz - ətsiz sümüksüz  olmasının vacibliyini anlayır, üz tutduğun görünməz aləmin incəliyinə uyuşmayan bu  kobud ağırlığınla törədə biləcəyin əngəlliklərdən  vahimələnməyə bilmirsən”.

 

Ölüm kabusu” (qorxusu!) Afaq Məsudun, yaşından, cinsindən, sosial mövqeyindən asılı olmayaraq, qəhrəmanlarının hisslərinə  hər an hakim ola bilər.

 

Öldürdülərhekayəsi elə ilk cümlələrdən narahat psixoloji  ovqat yaradır... Qızı Fəridə ilə kənddən şəhərə gələn Fatma  axtardığı mənzili tapsa da, əmisi qızı Sona xanım  onu soyuq qarşılayır. Biləcəriyə oğlunun arxasınca gedən Fatma qızını Sona xanımgildə qoyur. Hər  şeydən təsirlənib ağlayan kənd uşağı Fəridə yad şəhər evində  özünə yer tapa bilmir.

 

Fatma Bakıya əsgərliyə yola saldığı oğlu Xasayın Biləcəridə kimlərləsə savaşdığına görə  milisə düşdüyünü eşidib gəlmişdi. bakılı qohumlardan kömək gözləyirdi... Ancaq gözlədiyi kimi olmur... Özü tək gedir...

 

“...Külək pəncərənin nəfəsliyini taqqıldatdıqca Fəridəni ağlamaq tuturdu, üzünü  balışa basıb hönkür- hönkür ağlamaqdan  özünü güclə saxlayırdı. Burda ağlamaq  olmazdı”...

 

Fəridənin narahatlığı son həddə çatır...

 

“Dəhlizdə balaca bayquş səsiylə ulayan  uşağın ağlamağı da, hər əşyası xüsusi dəbdəbə saçan bu havasız ev də, haranısa qapı kimi döyən külək də bu axşam Fəridəyə,  yaxınlaşmaqda olan qorxulu və təhlükəli nədənsə xəbər verirdi”...

 

Fəridə, ona dəfələrlə tapşırılmasına baxmayaraq, özünü ağlamaqdan  saxlaya bilmir... “Ağlına gələn fikir isə bu  idi ki, çox güman ki, anası onu bura - bu evə elə bundan ötrü gətirmişdi. Xasayı axtarmaq bəhanəsiylə aradan çıxıb onu bu adamlara birdəfəlik təhvil verərək kəndə qayıtdı. Özü demiş, “uşaqların yavanlığını çatdıra bilmədiyindən”,  onu da başından beləcə əkmişdi, Sona əmiqızısının köhnə arzusunu da - “ev işlərində ona  hayan olacaq üzüyola qız uşağını tapmaq  tapşırığını da beləcə yerinə yetirmişdi. Ötən  il ondan iki yaş böyük bacısını böyük  vəzifələrdə işləyən dayıuşaqlarına təhvil verdiyi  kimi, onu da bu evə təhvil vermişdi”...

 

Hekayə yazıçının ümumi üslubu üçün səciyyəvi olan məntiqlə sona çatır:

 

“...Fəridənin ağlamağından, ya küləyin növbəti həmləylə pəncərələrə çırpılıb şüşələri titrətməsindən, meşin üzlü çöl qapısının zəngi vuruldu.

 

Gələn Fatma idi. Özünü qızının səsinə hövlnak içəri salıb Fəridəni qucağına basdı. Anasının bu hərəkətindən qəhəri birə  on artdı, başını anasının qarnına basıb ağlamaqdan nəfəsi kəsilə- kəsilə:

 

- Mən...ni bur...da öldürdü...lə-ə-ər!!!  Öldürdülə-ə-ər!!!..- deyib zarıdı.

 

Fatma donuq halda əmisi qızına baxdı.

 

Sona xanımın da, Rəhim müəllimin də üzü elə idi, elə bil Fatma gedəndən bəri, həqiqətən, uşağı öldürməklə məşğul olmuşdular”...

 

Əslində, məşğul olmuşdular... Fatma da, Sona xanım da, Rəhim müəllim də, hətta onların uşaqları, nəvələri də... Hamı məşğul olmuşdu...

 

Çünki Fəridə bu cür “ölüm”ə bütün ruhu, varlığı  ilə “hazır” idi: başqaları üçün adi  göründüyü, yaxud başqalarında bu cür öldürücü təsirə və ya təzyiqə qarşı müdafiə “qlaf”ı olduğu halda, Fəridədə bu immunitet yoxdur... Ancaq onun daxilində gizlənmiş  öz dünyasını qorumaq ehtirası (və enerjisi!) kifayət  qədər güclüdür...

 

Görünür, “Gecə”, haradasaÖldürdülər”in assosiativ davamıdır...

 

Gecəhekayəsi ömrünün son aylarını, hətta günlərini yaşayan, hər il çıxdıqları yaza artıq  çıxa bilməyən qoca cütlüyün son duetidir. Çovğunlu, qaranlıq, soyuq bir gecə... Yuxu ilə  gerçəklik arasında  vurnuxan Talıb kişi... onun  xırdalıbfindıq boyda olmuş”, yorğanın altında gizlənmiş qarısı...

 

Talıb kişi ölməmişdən əvvəl yuxu- xəyalı ilə artıq çox- çox geridə qalmış ötən  günlərə gedir...

 

Çovğun başlamamışdan bir müddət əvvəl Talıb kişinin yuxusuna saqqallı, əbalı  nurani bir adam girmişdi. O, Talıb kişinin  əlindən tutub yatağından qaldırmış, arxasınca  çəkə- çəkə harasa ucu- bucağı görünməyən ağappaq səhralığa bənzər qəribə bir yerə aparmışdı... Elə ordaca əlindən buraxıb qeybə çəkilmişdi   Talıb kişi külək uğultusuyla dolu həmin o səhrayla təmtək qalmışdı... Sonra necə  olmuşdusa Talıb kişinin ayağının altında yer  tərpənmişdi Talıb kişi aşağı baxıb görmüşdü ki, sən demə, bayaqdan bəri donub dayandığı yer - səhnədi... Bir qədər irəlidə aşağıda əllərində musiqi alətləri saysız- hesabsız musiqiçilərdən ibarət böyük orkestr onun işarəsini gözləyir... Onda Talıb kişini elə səhnədəcə ağlamaq tutmuşdu... Bədənində çoxdandan bəri yadırğadığı tanış istiliyi hiss eləmiş, bir vaxtlar elədiyi kimi, saçlarını sığallayıb  əllərini havaya qaldırmışdı... Gözlərini yumub  orkestrə başlamaq işarəsi vermişdisə də, orkestr çalmamışdı”...

 

Bu isə nə az, nə də çox, həyatın sonu demək  idi. Ancaq o tək deyildi,  bir qarısı da var idi... “Hələ lap cavanlıqdan xırdaydı, qocalıb indi az qala fındıq boyda  olmuşdu. Çarpayının tən ortasında, yorğanın bir ucunun altında  dovşan kimi yığılıb xırda oynaq gözlərilə ona baxırdı”...

 

Hekayə, demək olar ki, “şıltaq” qarı ilə təmkinli qoca  arasındakı “mənasız” olduğu qədər də mənalı  dialoqdan ibarətdir. Və cütlüyün bu  dialoqu qarının “monoloqu ilə başa çatır:

 

Göy guruldayır... Talıb!.. Eşidirsən?.. Bu nə vaxtın gurultusudur?..  Heç qışda da  göy guruldayar?.. Bəlkə yağış yağır?.. Dur bir pəncərədən bax. Sən düz deyirdin. Yaz lap  yaxındaymış... Talıb, Talıb, A Talıb... Danış, qurbanın olum, qorxuram axı!.. Talıb... Talıb... Talıb?!.”

 

Belə görünə bilər ki, hekayənin qəhrəmanı Talıb kişidir, əslində isə bütün hissləri, həyəcanları, “amorf” yaşantıları ilə onun arvadı - qadın  ön plandadır... Və məsələnin bu tərəfini ədəbiyyatşünas Maral Yaqubova,  fikrimizcə, kifayət qədər aydın şərh edir:

 

Sosial iyerarxiyada kişi qadından öndədir, o qadının inandığı, güvəndiyi,  güclü bildiyi müdafiəçi ərdir. “Hə, sən məndən ağıllısan”. Və ya “Sən qoyarsan mən ölüm”.  “Mən ölmüşəm ki, sən öləsən!” “Gecə”. Lakin zaman dəyişməlidir, qoca və qarı göyün  üzündə keçmişin xəyali məkanında qalır.

 

Afaq Məsudun hekayələrində maraq doğuran faktlardan biriölümdür. Kişi və qadının hakimiyyət uğrunda müharibəsi təbii ki, ikilidən birinin ölümünü şərtləndirirdi. Maskulinin ölümü iki çərçivədə baş verir: birincisi, Talıb kişinin ölümü - köhnə  kişilərin sonuncu nümayəndəsinin ölümü yeni mərhələyə keçiddə qarşıda duran  maneənin dəfi idi”...

 

Lakin burada etiraz doğuran odur ki, mətləb xeyli dərəcədə sosiallaşdırılır və nəticədə belə bir prozaik qənaət meydana çıxır ki, guya  Talıb kişinin ölümü ilə onun  arvadının hansısa feminist arzu  ya idealları yerinə yetirilmiş  olur... “Talıb kişinin ölümünün  yeni mərhələyə keçiddə qarşıda duran maneənin dəfi” kimi təqdimi də istər- istəməz şübhə yaradır... Hər şeydən əvvəl ona görə ki, Afaq Məsudun bədii idrak məntiqi və ya stixiyası insanın “tərcümeyi- hal”ının təsəvvür edildiyindən də çox dərin qatlarına nüfuz eləmək iddiasındadır.

 

Xalq yazıçısı Anar yazır:

 

“Şəhər nəsri”, “kənd nəsri” təbirləri, şübhəsiz, şərti anlayışlardır. Amma  əgər bu “ərazi prinsiplərinə” riayət etməli olsaq, Afaq, əlbəttə, şəhər yazıçısıdır. Bu ərazini bir az  da daraltsaq, görərik ki, Afaq şəhərin küçəsiylə, meydanıyla, məktəbiylə geniş təsvirinə deyil, dörd  divar arasındakı bir mühitin təsvirinə meyl edir, şəhər mənzilində cərəyan edən həyat tərzini, insan  münasibətlərini göstərmək istəyir... Afaqın  Tutuquşu”, “Yataqxana”, “Şənbə gecəsi” hekayələrində, “Qarğış” povestində təsvir etdiyi həyat  dörd divar arasında məhdudlaşsa da, müəllif insan xarakterinin, psixologiyasının, taleyinin daxilinə, dərinliklərinə nüfuz edir”.

 

Yazıçı müsahibələrinin birində xatırlayır ki, “iyirmi iki yaşında yazdığım “Bekar” hekayəsini oxumaq üçün Ramiz Rövşənə vermişdim.  O, hekayəni oxuyub mənə qaytarandaAlber KamyununPastaronniy” əsərini oxumusan?”  dedi. Onda mən Alber Kamyunun adını ilk dəfə idi eşidirdim. Sonradan o əsəri  oxuyub heyrətə gəldim... 50-ci illərdə  uzaq Əlcəzairdə yaşayıbyaratmış fransız yazıçısı ilə müxtəlif dövrlərdə və ərazilərdə  eyni bir adamı yazmışdıq... Mənim “Bekar”ım xarakteri, düşüncə tərzi, anaya və özünə münasibəti, həyat temperaturu, ədaları, hətta hərəkət  plastikasıyla Kamyunun “Yad”ıyla eyni adam idilər.  Onların hər ikisi üçün həyat - hər dəqiqəsinin içində bütöv bir ömür yaşadıqları  ölçüsüz, nəhəng zaman kəsiyi idi. Fərq bircə bundaydı ki, Kamyu öz “Yad”ının  taleyini qəddar məhkəmənin hökmü ilə, mənsə “Bekar”ımın müqəddəratını onun öz yatağında həll edirdim”...

 

Sual olunur: Afaq Məsudun hekayələrində, ümumən yaradıcılığında dünya ədəbiyyatı ilə tez-tez etiraf olunan oxşarlığın səbəbi nədir?.. Nə zaman ki, yazıçı mövzunu,  süjeti, obrazı (və ümumiyyətlə, ədəbiyyat adlanan hadisəni) öz daxilində təbii bir şəkildə inikas olunmuş, süxurlaşmış “həyat”dan alır, hansısa sosial- ideoloji, yaxud patetik texnologiyalarla uydurmur, onda oxşarlıq qaçılmazdır. Və o da qaçılmazdır ki, bu oxşarlıq nə qədər oxşar olsa da, labüd fərqlər də verəcəkdir.

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 2016.- 21 may.- S.15