Bayraqlaşan poeziya, yaxud istiqbal və
istiqlal şairi
Xalq şairi Nəriman Həsənzadənin ən
çox kömək etdiyi, yaxşılıq etdiyi şairlərdən
biri mənəm. O, dəfələrlə həm özümün, həm
də sözümün qolundan tutub.
O, mənim
ustadımdır.
“Övliyayla
oturub duran qul axırda
sultan olur” deyənlər yanılmayıblar.
“İnsan dahi olar insan yanında” deyəndə isə əziz
ustadım yanılmayıb.
Qədirşünas sənətkarın, insanın qədrini
bilmək hər birimizin borcumuzdur.
Ustad
deyir: “Poeziyamız çox güclüdür. Ancaq
o poeziyaya sahib çıxmaq lazımdır.
Şair kimdir?
Şairliyini
bilməyən!
Şairlə
bir
görüş, ya adi söhbət,
Allaha xidmətdi,
bəndəyə hörmət!
Bu poeziyada ürək gözdə döyünür.
Kirpiklər nədir bəs? “Gözün nəbzidir!”
Bu poeziya
kəşflərlə, müdrik fikirlərlə dolu
poeziyadır,şair özünün
böyük sənətkarlıq emblemini də özü
haqda öz əlləriylə yaradıb, deyib:
Nə
vaxt yetişirsə böyük sənətkar,
Hər xalqın şöhrəti o vaxta
düşür.
Ukraynanın
ölməz şairi
Uvan Frankonun dediyi “Böyük şair xalqın
vicdanıdır” fikri sözbəsöz
Nəriman Həsənzadənin boy-buxununa da biçilib.
Bu poeziya
doğrudan da
bütövlükdə vicdan mücəssəməsidir,
millətimizin şöhrətidir.
Bu poeziya
adicə bir parçanı da bayraqlaşdıran poeziyadır,
bayraqlaşan poeziyadır!
Həyatın
əzəli qanunu budur,
Bağı dolaşarlar bağ bağ olanda.
Hər
torpaq dünyada məmləkət olmur,
Parça
var, yaşayır bayraq olanda!
Bu poeziya öz nüvəsi-özəyi ilə Azərbaycanın
ərazi bütövlüyü haqqındadır, müstəqilliyi
haqqındadır. Vətənin İstiqbal şairinin də
imzaladığı İstiqlal aktıdır. Azərbaycan
zaman-zaman bölünsə də, kiçilsə də, bu
poeziyada
Vətən!
Vətən, deyən şair ürəyi
Vətənin
ən böyük ərazisidir!
Bu poeziya
Sözü nüfuza mindirən poeziyadır! Şair çox
doğru deyir ki:
Söz
var, o, dillərə ağızdan düşür,
Ağız var, söz orda nüfuzdan düşür.
N.Həsənzadə
sözümüzü (və özümüzü)
nüfuzdan düşməyə qoymayan böyük qələm
sahibidir, ustad sənətkardır! Yalnız böyük
şair deyil, böyük dramaturqdur, filosofdur, tarixçidir,
publisistdir, araşdırmaçıdır, müəllimdir,
kulturoloqdur, estetikdir!
Bir
sözlə, böyük mütəfəkkirdir!
O,
yalnız Azərbaycan xalqının deyil, bütün türk
dünyasının şairidir. Turan
dünyasının xalq şairidir.
Nuru paşa qılıncı ilə kömək
üçün Azərbaycana gəlmişdi.
Nəriman Həsənzadə öz qələmi ilə
çox-çox illərdən sonra onu hörmətlə
Türkiyəyə yola saldı, Türkiyəyə
qaytardı-”Nuru paşa” poemasıyla.
Ağstafa çayının Kürə qovuşduğu
səmtdə albanlarla Pompey arasındakı döyüşdə
qəhrəman Qasid həlak olub, Nəriman Həsənzadə
onun intiqamını nəinki Pompeydən, həm də bizi istəməyənlərin
hamısından aldı.
Möhtəşəm
bir sənət əsəriylə!
Mikayıl Muşfiq “Oxu tar” deyə haray çəkəndə
muğam sənəti məhv olmaq təhlükəsilə
üz-üzəydi. Nəriman Həsənzadə mənəviyyatımızın
hamisi Mehriban xanımın səsinə səs verərək,
Müşfiq ənənələrini yaşadaraq,
“Sözü tara verin!” dedi. Bir danılmaz həqiqəti
də təsdiq etdi:
Dünyada
hər hünər yaşayan deyil,
Şair qələmiylə
vəsf edilməsə!
Və bir
daha gördük ki;
Bir ad bir
torpağa emblem olur,
...Söz
millət adından danışmaq üçün,
Şairə
verilir... qalan heç kəsə!
Bu
aforistik misraları oxuya-oxuya hərdən mənə elə
gəlir ki, “Ədəbiyyatın bir dəqiqəlik
sükutu-cəmiyyətin məhvidi” deyən Saltıkov - Şedrin nə qədər
haqlıymış. N.Həsənzadə
kimi sənətkarlar da olmasaydı cəmiyyət çoxdan məhv
olardı! Əslində cəmiyyətin həyatı-
şairin həyatıdır, şairin həyatı- cəmiyyətin
həyatı!
N.Həsənzadə
kimi sənətkarların həmişə qürurla deməyə
haqqı var:
Mən
heç kəsin əvəzinə
Gəlməmişəm
bu dünyaya,
Bir
ömrüm var, bir adım var!
Öz
imzam adım oldu,
Adım - həyatım oldu.
Böyük
sənətkarımız məqalələrindən
birində yazır: “Puşkinin, Lermontovun, Qoqolun, Belinskinin,
Dobrolyubovun yaradıcılığı hərəsi bir mərhələdir.
Nə üçün onlara əsl vətəndaş
deyirlər?
Çünki onlar xalqla ədəbiyyatın, mənəviyyatın
həmrəylini yarada bilmişlər”.
Nəriman Həsənzadənin də
yaradıcılığı bu missiyanı yerinə yetirir.
Əsl vətəndaşlıqdan güc alır, xalq
müdrikliyini ortaya qoyur. Bunun nəticəsidir ki, onun poeziyası
xalq müdrikliyi ilə dolu poeziyadır. Aforizm kimi səslənir:
Şəxsiyyət
istəyir bütün zamanlar,
Yoxsa cəmiyyətdə
inkişaf olmaz!
...Qanmazın
qanana hökm eləməsi
Həyatın daimi faciəsidir.
...Həyatda
ən böyük istedad belə
Bir sığal görməsə yüksələ bilməz.
Alim var,
kiminsə xidmətindədir,
Tapım
istedadı, o, darda qalır.
...Hər
kəs öz ədəbi şöhrətindədir,
Doğma ədəbiyyat kənarda qalır.
...Ədəbi aləmdə Göyəzən
dağı S.Vurğunun adıyla birgə göylərə
baş çəkir.
“Dəli Kür” deyəndə İsmayıl
Şıxlı yada düşür. Dağ kəlindən söz
düşən kimi
Hüseyn Arif gəlib durur adamın
gözünün qabağında. İnanıram ki, indən
sonra nə vaxt, harda Atabəylər haqda, Pomney haqda söz
düşəcək, söhbətin dramaturq, mənzum xronikaların ədəbiyyatımızda
ilk ustadı N. Həsənzadədən getdiyi məlum olacaq.
N.Həsənzadə mənim üçün ilk
növbədə xarakterik şairdir. Xarakteri olan şairdir. Milli
şairdir. Müdrik şəxsiyyətdir.
Öz intonasiyası ilə heç kimə bənzəmir.
Özü və səsi nadir intonasiyası ilə
seçilir.
N.Həsənzadə qəhrəmanları olan
şairdir. Mən onun qəhrəmanları içində ən
çox Zümrüd quşu adlı qəhrəmanı sevirəm.
Zümrüd
quşu (Azərbaycanın rəmzi olan ana obrazı) - öz
sevgisi, öz əyilməzliyi, dönməzliyilə və
öz vətənpərvərliyilə, mərdliyi və qəhrəmanlığıyla
öz xalça toxumaq sənətkarlığıyla
dünyanın ən böyük sənətkarı ilə
yarışa girə biləcək bir azərbaycanlı, bir
türk qadınının, türk anasının
adıdır!
Nağıllarımızdakı Zümrüd quşu Məlikməmmədi
qaranlıqdan işığa çıxarmışdı.
Bu
Zümrüd quşu-bu
ana məxsus olduğu xalqın adını,
istedadını zülmətlərdən işığa
çıxarır!
Döyüşdə həlak olmuş ərinin meyidini
rus komandirindən tələb etmək üçün
döyüş meydanına gedir və orda şəklini
xalça üzərində toxuduğu Puşkinlə
qarşılaşır, onun köməyi ilə ərinin nəşini
alıb, aparıb öz doğma yurdunda dəfn edir.
Bu anaya bu ürəyi bəlkə də əfsanəvi
Zümrüd quşu vermişdi. Mənə elə gəlir ki, N. Həsənzadənin
də böyük istedadında, böyük adında o
Zümrüd quşunun (həm əfsanəvi, həm də əfsanəvi
ana anlamında) əli var!
N. Həsənzadə
poeziyası enerjisi, işığı olan poeziyadır.
Özü də
bu işıq ancaq türk tarixinə, türk fəlsəfəsinə,
türk ruhuna- bütövlükdə bəşəri amallara aid
işıqdır!
Zümrüd quşu işığa doğru uçur. Və həm də yalnız bu işığa
doğru uçmur, bu işıqla uçur!
Ən nəhayət,
işıq olub uçur!
...Nəriman
Həsənzadənin həm sözündə, həm də
özündə bir Prometeylik var! Və mən yüz faiz əminəm
ki, qədim və güclü bir xalqın mədəniyyətinin,
ədəbiyyatının ən güclü
(işıqlı!) ən qədim (və ən müasir!)
yaradıcılarından biri də Xalq şairi Nəriman Həsənzadədir!
Əminəm
ki,
işığı ( odu) ilk dəfə allahlardan
oğurlayıb insanlara Prometey gətirməyib...
...Zümrüd
quşu da gətirib!
O
Zümrüd quşu ki, qanadlarında Nəriman Həsənzadənin
özü və sözü var! Nəriman Həsənzadə
poeziyası həmişə külü altında odu- közü olan Ocaq yeridir!
Ağstafada
80 illik yubileyində dediyim bir şeiri indi əziz
ustadımın 85 illiyi münasibətilə də bir daha demək
istəyirəm:
Ocaq yeri,
pərvanələr,
Üstünə oda gəlibdi.
O, qələmi
götürəndə,
Vurğunlar yada gəlibdi.
El
şairi çoban Əfqan,
Çıxmayır heç yuxusundan.
Ürəyində
ana vətən,
Əlində badə gəlibdi.
Bənzərsiz
bənzərə çəkib,
Rəssamdı,
mənzərə çəkib!
Koroğlutək
nərə çəkib,
Minib
Qırata, gəlibdi!
Alnı,
üzü qırışıqlı,
Alnı, üzü nur, işıqlı.
Bir
gör necə yaraşıqlı,
Necə də
sadə gəlibdi!
İnsaf hardadı yerlərdə?
Şair dardadı yerlərdə.
Budu,
burdadı... yerlərdə,
Ərşi-Əlada
gəlibdi!
Nə
gizlədim sizdən axı,
Kimim var ki, sizdən yaxın?
Görüşə
qəbrindən qalxıb,
Bir mələkzadə gəlibdi.
Əlindəki
bayraq qoşa,
Dilindəki
dua: “yaşa!”
Görüşünə
Nuru Paşa,
Nabat xala
da gəlibdi!
Kimdi
aşıb- daşan kişi?
Dəli
Kürtək coşan kişi!
Daim təzələşən
kişi,
Köhnə bəyzadə gəlibdi.
Doğma
budu, qərib budu,
Abbas budu,
Qərib budu!
Əbədilik
durub, budu,
Qartal
qayada, gəlibdi!
İşlər
çox əla gedibdi,
Yollarda lalə bitibdi.
Dünya
kamala yetibdi,
Ağstafada,
gəlibdi!
...Hərənin
bir and yeri var. N. Həsənzadənin and yeri torpaqdır,
bayraqdır, millətdir, müstəqilliyimizdir,
istiqbalımızdır, istiqlalımızdır. Bunu poetik
şəkildə özü belə vurğulayıb:
Vətən
oddan keçib, alovdan keçib,
Dönmə
Vətən oğlu, bu yoldan, and iç!
İstiqlal
eşqinə millət and içib,
And
içən millətə Nəriman, and iç!
Onun yetirmələri
olaraq biz də
bu andlara qoşuluruq, biz də and içirik: Həm
istiqbalımıza və istiqlalımıza!
Həm də
bu millətin fədailərindən birinə-əzizimiz Nəriman
Həsənzadənin özünə və Sözünə!
İnsan
öz boyundan ucadır oğlum,
Hə
görmək mümkündür,
nə
ölçmək olmur!
N.Həsənzadənin
özünün də, sözünün də boyu belədir:
Özü öz boyundan-Özü Sözündən,
Sözü Özündən ucadır!
Nəriman
Həsənzadə ədəbi məktəbdir!
Mən
N.Həsənzadədən öyrəndim böyük Ədəbiyyatın
sirlərini! Vətəni, torpağı,
xalqı sevməyi. İstiqbal və istiqlala vurğun
olmağı!
Mən
N.Həsənzadədən öyrəndim istedadlı gənclərə
xeyirxah münasibət göstərməyi!
Mən
N.Həsənzadədən öyrəndim “Zümrüd
quşu” nun qanadına minməyi, işığa doğru
uçmağı, işıq olmağı!
Mən
N.Həsənzadədən öyrəndim şair ola-ola
tarixçi olmağı, müəllim olmağı, filosof
olmağı! Öyrənə-öyrənə anladım ki:
Şair-filosofun
tələbəsiyəm,
Filosof-şairin
qələbəsiyəm!
Ustadım deyir ki, şair yoxsa, Vətən yoxdur.
Nəriman Həsənzadə bütövləşmiş Azərbaycandır!
İstiqbal carçısı və istiqlal
yolçusudur!
Barat VÜSAL
525-ci qəzet.- 2016.- 21 may.- S.14.